Məhkəmə qərarları › İş №3(3-6)-3089/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3089/2026

16.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3089/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Müdafiəçi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Vəkil, Tələbkar zərərçəkmiş şəxs2, X4 qanuni vərəsələri zərərçəkmiş şəxs1 və X7 iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati icraat haqqında iş aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon Icra şöbəsinin icra məmuru X1 tərəfindən ## ######## 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Inzibati xəta haqqında protokola və ona edilmiş əlavəyə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 62000 (altmış iki min) ABŞ dolları (ödəniş gününə dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 395,4 (üç yüz doxsan beş manat qırx qəpik) manat məbləğində pul vəsaiti iddiaçı X2 xeyrinə tutulmalıdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 349.353 (üç yüz qirx doqquz min üç yüz əlli) ABŞ dolları (ödəniş gününə dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) məbləğində borc və ödənilmiş dövlət rüsumunun 883 (səkkiz yüz səksən üç) manat hissəsi tutularaq iddiaçı zərərçəkmiş şəxs2 ödənilməlidir. Borclu bu günə qədər borcunu ödəməmişdir. Borclu icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, inzibati həbs haqqında qərarın dərhal icra edilməsi, həbsetmənin əvvəlinin ## ######## 2026-cı il tarixdən saat 15:00-dan hesablanması, şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Yasamal Rayon Icra Şöbəsinə və Yasamal Rayon Polis Idarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Bakı şəhəri Yasamal Rayon Məhkəməsi hakim Orxan Məmmədli qərar qəbul edərkən icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini və Azərbaycan Dövləti uğrunda gedən döyüşlərdə xidmətini, eyni zamanda icra sənədinin icra olunmasında hərəkətlərini nəzərə almayaraq ən ağır tənbeh növü tətbiq etmişdir. X3 Məcəlləsinə zidd qəbul edilmişdir, icra sənədinin icrasında yayınma halları olmamış və eyni zamanda üzərinə həbs qoyulmuş əmlakları qiymətləndirilmədən, hərraca çıxarılmadan və təklif etdiyi torpaq sahəsi qiymətləndirilmədən bu cür qərar qəbul edilməsi qanunazidd haldır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun çıxış etdilər və məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən tələbkar zərərçəkmiş şəxs2 apellyasiya qaydasında verilmiş şikayətə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən X4 qanuni vərəsələri zərərçəkmiş şəxs1 və X7 apellyasiya qaydasında verilmiş şikayətə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq tələbkar və Bakı şəhəri Yasamal Rayon Icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının Bakı şəhəri Yasamal Rayon Icra şöbəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 62000 (altmış iki min) ABŞ dolları (ödəniş gününə dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 395,4 (üç yüz doxsan beş manat qırx qəpik) manat məbləğində pul vəsaiti iddiaçı X2 xeyrinə tutulmalıdır. Iş materiallarında olan ##.##.2026-cı il tarixli, V-**/**** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2025-ci il tarixdə vəfat etmiş X2 vərəsələri arvadı X5, qızları X6, zərərçəkmiş şəxs1 və X7 olmaqla, onların hər biri miras əmlakdan 1/4 hissədə irs almalıdırlar. Şəhadətnamə üzrə miras əmlak Bakı şəhəri Yasamal Rayon Icra Şöbəsi tərəfindən ##.##.2024-cü il tarixli icraata başlama haqqında qərara əsasən mərhum X2 icra sənədi üzrə ödəniləcək 395,40 manat və 62.000 ABŞ dolları məbləğində pul vəsaitindən ibarətdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 349.353 (üç yüz qirx doqquz min üç yüz əlli) ABŞ dolları (ödəniş gününə dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) məbləğində borc və ödənilmiş dövlət rüsumunun 883 (səkkiz yüz səksən üç) manat hissəsi tutularaq iddiaçı zərərçəkmiş şəxs2 ödənilməlidir. Icra məmuru tərəfindən ##.##.2026-cı il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya bildiriş təqdim edilmiş və tələbin icrası üçün 10 günlük müddət verilmişdir, həmçinin izahat verərək icra sənədi barəsində xəbərdar olduğunu bildirmişdir. Iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadından görünür ki, təqdimat təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/****-*** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus Abşeron rayonu, Masazır kəndində 0,924 ha torpaq sahəsi, 0,75 ha əkin sahəsi, 0,5964 ha əkin sahəsi, 0,6948 ha əkin sahəsi həmçinin Abşeron rayonu, Saray qəsəbəsində 0,944 ha həyətyanı torpaq sahəsi, 0,931 ha həyətyanı torpaq sahəsi, 1 ha torpaq sahələrinin və Sumqayıt şəhəri 2-ci mikrorayon, ev 5/11, ** saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadından görünür ki, təqdimat qismən təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli və *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədilə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus "QAZ 33021 yük” markalı, **-HE-*** dövlət qeydiyyat nömrə nişanlı, "Hyundai Santafe minik" markalı, **-RC-*** dövlət qeydiyyat nömrə nişanlı, "Mercedes C220 CDI minik" markalı, **- EM-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. Iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadından görünür ki, təqdimat təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli icra sənədinə əsasən, ##.##.1969-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus Abşeron rayonu, Masazır kəndində 0,924 ha torpaq sahəsi, 0,75 ha əkin sahəsi, 0,5964 ha əkin sahəsi, 0,6948 ha əkin sahəsi həmçinin Abşeron rayonu, Saray qəsəbəsində 0,944 ha həyətyanı torpaq sahəsi, 0,931 ha həyətyanı torpaq sahəsi, 1 ha torpaq sahələrinin və Sumqayıt şəhəri 2-ci mikrorayon, ev 5/11, ** saylı mənzilin üzərinə qoyulmuş həbs götürülmüşdür. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzrlü səbəb olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra sənədinin bir ildən artıq müddətdə icra edilməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qətnaməsini icra etməməsini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “Icra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “Icra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Iş materialları ilə müəyyən olunur ki, borcluya məxsus əmlaklar üzərinə həbs qoyulmuş, sonradan həmin əmlakların girov predmeti olması müəyyən edildiyindən onların üzərinə qoyulmuş həbs götürülmüşdür. Eyni zamanda, borcluya məxsus nəqliyyat vasitələri üzərinə də həbs qoyulmasına baxmayaraq, həmin nəqliyyat vasitələrinin faktiki olduğu yer müəyyən edilməmiş və polis orqanları tərəfindən nəqliyyat vasitələrinin aşkar edilməsi mümkün olmamışdır. Iş materiallarından görünür ki, icra məmuru tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş bütün zəruri icra hərəkətləri həyata keçirilmiş, borclunun əmlak vəziyyəti araşdırılmış, mülkiyyətində olan əmlaklara həbs qoyulmuş, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır, lakin həmin tədbirlər borcun faktiki ödənilməsi ilə nəticələnməmişdir. Buna baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən icra sənədlərinin tələblərinin yerinə yetirilməsi və tələbkarlar qarşısında mövcud olan borcun ödənilməsi istiqamətində real və nəticəyə yönəlmiş hərəkətlərin həyata keçirilməsi müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, borclunun davranışı təsadüfi və ya ehtiyatsız xarakter daşımır. Iş materialları ilə müəyyən edilir ki, o, uzun müddət ərzində icra orqanının çağırışlarına gəlməmiş, icra hərəkətlərindən yayınmış, həmçinin əvvəllər eyni hərəkətlərinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Şəxsin məhkəmə qərarlarını illərlə icra etməməsinə dözümlü münasibət göstərilməsi məhkəmə müdafiəsinin səmərəliliyini faktiki olaraq aradan qaldırmış olardı. Məhkəmə nəzərə alır ki, borclunun müharibədə iştirak etməsi Azərbaycan Respublikası IXM-nin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən haldır. Bununla belə, həmin hal uzun illər ərzində davam edən qərəzli icra etməməni, icra orqanının qanuni tələblərindən yayınmanı, axtarışda olmasını və əvvəllər tətbiq olunmuş inzibati tənbehin nəticəsiz qalmasını aradan qaldırmır. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə tənbeh etmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə bildirməyi zəruri hesab edir ki, şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir, şikayətdə göstərilən dəlillər şəxs birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunculuq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə həmçinin təyin olunmuş inzibati tənbehlə bağlı hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə iş üzrə sübutları qiymətləndirərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsi barədə düzgün və ədalətli nəticəyə gəlmişdir. Təyin olunmuş inzibati tənbeh inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğundur. Ona görə də, birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsaslar müəyyən edilmədiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati icraat haqqında iş aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati icraat haqqında iş aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar