Məhkəmə qərarları › İş №3(3-6)-3090/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3090/2026

22.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3090/2026 22.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X3, Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi Nümayəndə, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, müəyyən etdi : Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli qərarına əsasən şikayət təmin edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin rəisi apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli iş *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Işin baxılması zamanı yol-nəqliyyat hadisəsinin araşdırılması zamanı toplanmış sənədlər tədqiq edilməmişdir. Digər tərəfdən, məhkəmə iş üzrə mövcud sübutları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Qərarda yalnız CD daşıyıcısına baxış keçirildiyi və həmin görüntülərdən pozuntu faktının müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Lakin məhkəmə video görüntülərinin hansı hissələrinin tədqiq edildiyini, həmin görüntülərin hadisəni tam əhatə edib- etmədiyini, eləcə də inzibati orqanın qərar qəbul edərkən əsaslandığı digər sübutlara hansı hüquqi qiymətin verildiyini göstərməmişdir. Bundan əlavə, məhkəmə qərarı qəbul edilərkən inzibati orqanın qəbul etdiyi qərarın qanuniliyini və əsaslılığını təsdiq edə biləcək vəzifəli şəxsin və ya nümayəndəsinin izahatını dinləmədən, habelə zərurət olduqda digər iştirakçıların məhkəmə iclasına çağırılması məsələsini həll etmədən iş üzrə yekun nəticəyə gəlmişdir. Bu isə işin faktiki hallarının tam müəyyən edilməsinə mane olmuşdur. Məhkəmə yalnız video görüntülər əsasında inzibati xətanın sübuta yetirilmədiyi qənaətinə gəlmiş, lakin inzibati iş materiallarında mövcud olan digər sübutların qarşılıqlı əlaqədə qiymətləndirilməsini həyata keçirməmişdir. Halbuki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən sübutlar ayrılıqda deyil, onların məcmusu əsasında qiymətləndirilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarını tam araşdırmamış və nəticədə vaxtından əvvəl iş üzrə icraata xitam verilməsi barədə qanunsuz qərar qəbul etmişdir. Göründüyü kimi qərardan şikayətə baxmış hakim ümumiyyətcə bu halları araşdırmadan yalnız formal yanaşma edərək qanuni və əsaslı tənbeh vermə haqqında qərarı ləğv edərək yenidən araşdırmaya göndərilməsi üçün hüquqi əsaslar mövcud olmamışdır. Məhkəmə iclasında Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi inzibati xətanın törədilməsini əks etdirən video görüntüləri təqdim edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyaisya şikayətinin dəlillərini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Işin halları və hüquqi məslələr: Təqdim olunmuş materialları nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq və proses iştirakçısının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli qərarı ləğv olunmalı və Bakı şəhəri X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər DYPI tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP seriyalı ******* saylı “Inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. -Qərarın məzmunundan görünür ki, sürücü Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdə saat 08:45-da ünvan 1 ünvanında “BMC PROCITY 12M CNG AVTOBUS” minik markalı, **-JN-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarına əsasən şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhər DYPI tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP seriyalı ******* saylı “Inzibati tənbeh vermə haqqında” qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən avtobus kamerasından çəkilmiş CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında Qərardan şikayət verən orqan (şəxs) “BMC PROCITY 12M CNG AVTOBUS” minik markalı, **-JN-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən onun tərəfindən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulması faktını müəyyən etmək mümkün deyil. Birinci instansiya məhkəməsi işin faktiki hallarına hüquqi qiymət verərək hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı təmin edilmədən və iş tam araşdırılmadan iş üçün mühüm əhəmiyyət kəsb edən hallara düzgün qiymət verilməyərək qərar qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyasında məhkəmə iclasında şəhər kameralarından çəkilmiş video görüntüyə baxış zamanı Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “BMC procity 12M CNG Atobus” markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobillə Əhməd Rəcəbli küçəsi ilə hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmaqla Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibi vardır və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini aşkar şəkildə pozulmuşdur. Qeyd olunan hallar iş materiallarına əlavə edilmiş video görüntü ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 120-ci maddəsinə əsasən Bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 124.2-ci maddəsinə əsasən Inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir; Göstərilənlərə əsasən hesab edirəm ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilərək Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilməli, verilmiş şikayət təmin edilməməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP seriyalı ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilərək Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərəkiş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilməsinə dair Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar