Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3092/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "ASİAMED" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra MMC-nin) nümayəndəsi, “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili nümayəndə2 ilə, "ASİAMED" MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından "ASİAMED" MMC-nin nümayəndəsi, vəkil nümayəndə2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Protokolu tərtib edən orqan tərəfindən hüquqi şəxs “ASİAMED” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş # ### 2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, MMC 92850.00 Avro məbləğində pul vəsaitini ## #### 2024-cü il tarixdə avans olaraq xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, həmin vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya valyuta vəsaiti geri qaytarılmamışdır. Nəticədə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta ##.##.2026-cı il tarixdə hüquqi şəxsin Bakı şəhəri, Nərimanov rayonu, X2, ev 2, mənzil 30 ünvanında törədilmişdir. İş materiallarından görünür ki, “ASİAMED” MMC-in İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş # ### 2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə hüquqi şəxs “ASİAMED” MMC Azərbaycan Respublikasının İXM-nin 430.4cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 92850.00 Avro valyuta vəsaiti məbləğinin 20% miqdarında, yəni 18.570 Avro (avronun Azərbaycan manatına məzənnəsi ilə) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qərardan narazı qalan "ASİAMED" MMC-nin nümayəndəsi, vəkil nümayəndə2 apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqi şəxsin əməlində inzibati xətanın tərkibi yoxdur. Belə ki, ## #### 2024-cü il tarixdə 92850.00 Avro məbləğində ödəniş “ASİAMED” MMC-nin hesabından BİOTRONİK BİYOMEDİKAL TEKNOLOJİLER LTD STİ hesabına avans yolu ilə köçürülmüşdür. Köçürmənin qarşılığında olan mallar ## ##### 2024cü il tarixində ölkəyə gətirilmişdir. İş materiallarına əlavə etdiyimiz müvafiq gömrük bəyannaməsi də bunu tam sübut edir. Belə ki, ## ##### 2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, həqiqətən də, ## ###### 2024-cü il tarixli, ********-*** nömrəli müqavilə üzrə BİOTRONİK BİYOMEDİKAL TEKNOLOJİLER LTD STİ şirkəti tərəfindən 92850 avro məbləğində mallar göndərilmişdir. Gömrük bəyannaməsi malı göndərən və qəbul edən şirkət, ödənişin məbləği, malın növü və müqavilənin tarixi və nömrəsi ilə tam üst-üstə düşür. Bununla da tam sübuta yetir ki, mallar ölkəyə ödənişdən 1 ay keçməmiş gəlmişdir. Yəni, hüquqi şəxsin əməlində inzibati xətanın tərkibi yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "ASİAMED" MMC-nin nümayəndəsi, vəkil nümayəndə2 “xxxx” ASC tərəfindən verilmiş avans ödənişin bağlanması barədə məktubu məhkəməyə təqdim edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Nümayəndənin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, "ASİAMED" MMC-nin şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin "ASİAMED" MMC-nin İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq edilməsinə dair ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: “xxxx” ASC-nin ##.##.2026-ci il tarixli, *-*-**/*-****/**** nömrəli məktubu və ona əlavə olunan cədvəldən görünür ki, “ASİAMED” MMC-nin hesabından ## #### 2024-cü il tarixdə 92850.00 Avro məbləğində ödəniş avans yolu ilə köçürülmüş, lakin gömrük bəyannaməsi təqdim edilməmişdir. Apellyasiya icraatı zamanı nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, "ASİAMED" MMC (VÖEN: **********) tərəfindən ##.##.2024-cü il tarixində "BIOTRONIK BIYOMEDIKAL TEKNOLOJILER LTD STİ" şirkətinin xeyrinə aparılmış 92850 EUR (doxsan iki min səkkiz yüz əlli avro) avans ödənişi ##.##.2026-cı il tarixində təqdim olunmuş ************** nömrəli gömrük bəyannaməsi ilə tam bağlanılmışdır. Lakin iş materiallarında olan tərəflər arasında bağlanmış ## ###### 2024-cü il tarixli, ********-*** nömrəli müqavilədən görünür ki, müqavilə "BIOTRONIK BIYOMEDIKAL TEKNOLOJILER LTD STİ" şirkəti ilə "ASİAMED" MMC arasında deyil, "BIOTRONIK BIYOMEDIKAL TEKNOLOJILER LTD STİ" şirkəti ilə "ASİAMED Medical Company” şirkəti arasında bağlanmışdır. Odur ki, apellyasiya icraatı zamanı nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli məktubu şirkət adı fərqliliyi baxımından həqiqəti əks etdirmir və hüquqi qüvvəsi yoxdur. Protokolu tərtib edən orqan Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X1 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında # ### 2026-cı il tarixli, EP ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs “ASİAMED” MMC tərəfindən 92850.00 Avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ##.##.2016-cı il tarixli, **/* saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi “ASİAMED” MMC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsin 92850.00 Avro məbləğində vəsaiti ## #### 2024-cü il tarixində avans olaraq Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməyini, lakin 92850.00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədin 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq banka təqdim edilməməsini nəzərə alaraq, həmin hüquqi şəxsi İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati cərimə tətbiq etmişdir. Apellyator apellyasiya şikayətində köçürmənin qarşılığında olan malların ## ##### 2024cü il tarixində ölkəyə gətirilməsinə dair fikirləri ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu fikirlər müdafiə xarakteri daşıyır və apellyatorun dəlilinin əsassız olduğuna dəlalət edir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: "ASİAMED" MMC-nin nümayəndəsi, vəkil nümayəndə2 tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin “ASİAMED” MMC-in İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati qaydada cərimə edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı hüquqi şəxsin nümayəndəsi, vəkil nümayəndə2 tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-3092/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3092/2026
21.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver