Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-3105/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarından X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan X2 apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli nömrəli qərarından verilmiş şikayət səlahiyyəti olmayan şəxs tərəfindən X2 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməkdən imtina edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş apellyasiya şikayətini X2 etibarnamə üzrə nümayəndə qismində imzalasa da, şikayətə vəkil qurumları tərəfindən verilən order əlavə etməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsi: Maddə 65.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Maddə 65.1-1. Məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Maddə 65.6. Vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən orderlə təsdiq edilir. Nümayəndənin səlahiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilən etibarnamə ilə təsdiq edilir. Maddə 106. Inzibati xəta haqqında işin baxılmağa hazırlanması 106.0. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu;... Maddə 128. Inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququ 128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2. Inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə;... Maddə 132. Inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq 132.1. Inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu;... Qeyd edilən əsaslara görə məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından səlahiyyəti olmayan şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməkdən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarından X2 tərəfindən verilmiş apellyasiya qaydasında şikayətin icraata qəbul olunmasından imtina olunsun. Qərardad qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-3105/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-3105/2026
23.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver