Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3106/2026 22.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 oğlunun, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə 2500 manat məbləğində cərimə edilməsinə dair ## #### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi rəisi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## #### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə 2500 manat məbləğində cərimə edilməsinə dair ## #### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Həmin qərarından narazı qalan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi apellyasiya şikayəti verilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının ləğv edilməsi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## #### 2025-ci il tarixli MN ******* saylı qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri xidməti ərazisində yerləşən şadlıq saraylarının və restoranların fəaliyyəti zamanı atmosfer havasına atılan zərərli tullantıların təsirinin qiymətləndirilməsi ilə bağlı X4 Monitorinq İdarəsinin mütəxəssisləri ilə birgə tərəfimizdən keçirilmiş monitorinq-ölçmə işləri zamanı ünvan 3 ünvanında yerləşən "Neolit City” şadlıq sarayında atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarının ətraf mühit üçün yol verilən norma daxilindən artıq olduğu müəyyən edilmişdir. Araşdırma zamanı obyektin əməkdaşları onun sahibi haqqında heç bir məlumat verməmiş və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün sözügedən obyektin vergi ödəyicisi olan səlahiyyətli şəxsinin müəyyənləşdirilməsi üçün İdarə tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinə məktub ünvanlanmışdır. Sözügedən qurumdan İdarəyə daxil olmuş cavab məktubunda "Neolit City” təsərrüfat subyektində Qərardan şikayət verən orqan (şəxs) qeydiyyatda olduğu məlum olmuşdur. Qərardan şikayət verən orqan (şəxs) İdarənin ## ### 2025-ci il tarixli Ç-BM/****-*** nömrəli məktubu ilə inzibati araşdırmaya dəvət olunmuş, lakin o müəyyən olunmuş vaxtda araşdırmaya gəlməmişdir. Araşdırma ilə bağlı ## #### 2025-ci il tarixli ***** nömrəli akt, obyektin sahibi Qərardan şikayət verən orqan (şəxs) barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1.-ci maddəsinə əsasən ## #### 2025-ci il tarixli MN- ******* nömrəli protokol tərtib edilmişdir. Eyni zamanda obyektin fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlər həddində saxlanılmasının təmin edilməsi üçün Qərardan şikayət verən orqan (şəxs) icrası məcburi olan müddətli "Məcburi göstəriş” verilmişdir. İdarənin bütün çağırışlarına məhəl qoymayan Qərardan şikayət verən orqan (şəxs) barəsində ## #### 2025-ci il tarixli MN ******* saylı protokol və ## #### 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılraq İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən 2500 manat məbləğində cərimə olunmuşdur. Bildiririk ki, şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda xitam verilə bilər və məhkəmə qərarında göstərilən "aparılan monitorinq barəsində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə məlumat verilməməsi” şəxsin əməlində inzibati xəta tərkibinin və inzibati xəta hadisəsinin olmaması anlamına gəlmir, şəxsin əməlində inzibati xəta tərkibinin olmasını istisna etmir, sahibkarlıq subyektləri bundan (yoxlamaların dayandırılması) sui istifadə edərək qanunvericiliyin tələblərini pozmamalı, eyni zamanda məhkəmələr tərəfindən işə baxılarkən yanlış olaraq qanunvericliyin həmin normasına aidiyyəti olmadığı halda istinad etməklə qanunvericiliyi pozmuş şəxsin əməlinə əsassız olaraq haqq qazandırmamalı və onların məsuliyyətdən kənar (cəzasız) qalmasına şərait yaratmamalıdılar. Qeyd olunan hallara əsasən Nizami Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli *(*-**)-****/**** saylı qərarının ləğv edilməsinin və Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmasını əsaslı hesab etmişdirlər. Məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi apellyasiya şikayətinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini əsassız hesab edərək,səlahiyyətli orqan tərərfinən protokolun qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyindən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının fikirlərini dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarın isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 tərəfindən qəbul olunmuş ## #### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, ünvan 2 ünvanında yerləşən “Neolit City” şadlıq sarayının fəaliyyəti zamanı zərərli maddələrin miqdarının normadan artıq olmasına görə, 2500 manat cərimə tənbeh növü tətbiq edilmişdir; -X9 (İcarəyə verən) ilə Qərardan şikayət verən orqan (şəxs) (İcarəçi) arasında bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 200 kv.m olan əmlak kompleksi icarəyə verən tərəfindən icarəçiyə icarəyə verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapdığından onun barəsində tərtib edilmiş qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin prosessual hüquqlarının təmin edilməsi üzrə qanunvericiliyin tələblərinə riayət olunmamışdır. İş materiallarından müəyyən edilir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən şəxs bu barədə məlumatlandırılmamış, ona protokolun məzmunu ilə tanış olmaq, izahat və etirazlarını bildirmək, sübutlar təqdim etmək, vəsatətlər vermək və müdafiə hüququnu həyata keçirmək imkanı yaradılmamış, protokolun surəti də ona təqdim edilməmişdir. Şəxs inzibati xəta haqqında iş üzrə icraatın aparılmasından yalnız iş icra şöbəsinə daxil olduqdan sonra xəbərdar olmuşdur. Belə ki, məhkəmə iclasında da protokolu tərtib etmiş orqanın nümayəndəsi tərəfindən barsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin lazımi qaydada xəbərdar edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin Məcəllə ilə müəyyən edilmiş hüquqları vardır Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə onun hüquq və vəzifələri izah edilir. Həmin Məcəllənin 100.4-cü maddəyə əsasən isə Protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Məhkəmə, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı şəxsin prosessual hüquqlarının təmin edilməsinə dair qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Apellyasiya şikayətinin dəlilərinə münasibətdə isə inizabi xətanın mövcudluğunu sübut edən və ya protokolun qanunvericiliyi n tələblərinə uyğun tərtibi təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, həmin qərarla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə 2500 manat məbləğində cərimə edilməsinə dair ## #### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə 2500 manat məbləğində cərimə edilməsinə dair ## #### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-3106/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3106/2026
22.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver