Məhkəmə qərarları › İş №3(3-6)-3120/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3120/2026

22.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3120/2026 22.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Abbasov Səvxan tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Yasamal Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İnzibati Xətalar Məcəlləsinin 528.1 ci maddəsi ilə təqsirli bilərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək E. Mövsümovanın adına verilmiş Dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ## ### 2026-cı il tarixdə sərəncam verərək inzibati işi icraata qəbul etmişdir və məhkəmə iclasının ## ###### 2026-cı il tarixə təyin edilmişdir. Digər tərəfdən məhkəmədə E.Mövsümovaya qarşı mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə ərizə ilə müraciət etmiş və məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə qeyd olunan mənzilin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. 1 Saylı Bakı Ərazi İdarəsinin ## #### 2026cı il tarixli məktubu ilə məhkəmənin qərardadının icra olunduğu bildirilmişdir. Hal-hazırda tələbkarın adına verilmiş dövlət reyestrindən çıxarışın ləğvi barədə iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatındadır. Bundan əlavə tələbkarın Yasamal Rayon Məhkəməsində qaldırdığı “kompensassiya verilməklə yaşayış hüququna xitam verilməsi” barədə iddiası baxılmamış saxlanılmışdır. Hesab etmişdir ki, İcra haqqında Azərbaycan Respublikası Qanunun 17.1.4-cü maddəsinə əsasən, icra üzrə icraat dayandırılmalıdır. O icra şöbəsində qərarın icrasının yuxarıda qeyd olunan məsələlərə baxılıb qurtarılana qədər icraatın dayandırılmasını xahiş etmişdir, lakin barəsində əsassız qərar qəbul edilmişdir. O məhkəmə qərarını icra etməkdən boyun qaçırmamışdir. Bir müddət möhlət verilməsini xahiş etmişdir. Həmin evdə yaşayır, bütün əmlakları qeyd olunan mənzildə yerləşir. Mövsümova Esmira bir gün belə o mənzildə yaşamamışdır. Açarı əldə etməkdə məqsədi mənzili satmaqdan ibarətdir. Satışa məhdudiyyət qoyulması ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarı vardır. Bütün bunlara görə qərarın icrasının icra məmuru tərəfindən dayandırılasını xahiş etmişdir. Hesab edir ki, icraatın müəyyən müddətə dayandırılması mümkündür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlmədiyindən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məslələr: Təqdim olunmuş materialı nəzərdən keçirib, şikayətin dəlillərini araşdırıb, tərəfin çıxışını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(5-104)- ***/****-*** nömrəli, ## #### 2026-cı il tarixli icra sənədinə əsasən iş üzrə mübahisəyə baxılıb yekun vurulanadək ünvan 1 (köhnə ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 124, mənzil 17) ünvanında yerləşən yaşayış sahəsinə daxil olmaq üçün açarın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən X2 təqdim edilməsi və onun mənzildən istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təmin edilməlidir. - Yasamal rayon İcra şöbəsinin borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanladığı tələbin könüllü icrası haqqında ## #### 2026-cı il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 16(5-104)- ***/**** saylı icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən icra məmuru S.Abbasov inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(5- ***)-***/****-*** nömrəli, ## #### 2026-cı il tarixli icra sənədinə əsasən iş üzrə mübahisəyə baxılıb yekun vurulanadək ünvan 1 (köhnə ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 124, mənzil 17) ünvanında yerləşən yaşayış sahəsinə daxil olmaq üçün açarın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən X2 təqdim edilməsi və onun mənzildən istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təmin edilməlidir. İcra sənədinin icrasına ## #### 2026-cı il tarixli qərarla başlanılmış və borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclunun hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Qanuni qüvvədə olan məhkəmə qərarını bu günədək icra etməməsi, əmlak və gəlirləri barədə dəqiq məlumat verməməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanunauyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2006-cı il tarixli, * nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Həmin Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş iş materiallarından da göründüyü kimi icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə həm rəsmi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Belə ki, iş materiallarının tədqiqi nəticəsində aydın görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/****-*** nömrəli, 11 iyun2026-cı il tarixli icra sənədinə əsasən iş üzrə mübahisəyə baxılıb yekun vurulanadək ünvan 1 (köhnə ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 124, mənzil 17) ünvanında yerləşən yaşayış sahəsinə daxil olmaq üçün açarın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən X2 təqdim edilməsi və onun mənzildən istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təmin edilməsinə dair icra sənədi üzrə ## #### 2026-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin borclu icra sənədini könüllü icra etməmişdir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində qeyd edilən inzibati xətanı törətməsi inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlmişdir. İnzibati tənbeh tətbiq edilməsi məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, birinci instansiya məhkəməsi əsaslı olaraq barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi göstərilənləri və işin hallarını hərtərəfli nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilməklə qüvvəsində saxlanılmalı, şikayətin dəliləri əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq qərara alıram: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar