Məhkəmə qərarları › İş №3(3-6)-3121/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3121/2026

28.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3121/2026 28.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsi tərəfindən “xxxx” MMC barəsində IXM-nin 405-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokola əsasən AZ1073, ünvan 1 ünvanında “xxxx” MMC ##.##.2026-cı il tarixdə qeydiyyata alınmışdır, lakin nizamnamə kapitalı ##.##.2026-cı ildə ödənilməsinə baxmayaraq, 5 iş günü ərzində deyil, ##.##.2026-cı il tarixdə qeydiyyat orqanına təqdim edilmiş, nəticədə “xxxx” MMC tərəfindən IXM-nin 405-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə həmin Məcəllənin 53.1.6cı maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarın ləğv olunmasını və hüquqi şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin qeydiyyat zamanı təsdiq edilmiş nizamnaməsinin 2.3-cü maddəsinə əsasən, Cəmiyyətin nizamnamə kapitalı Cəmiyyət dövlət qeydiyyatına alındıqdan sonra üç ay ərzində təsisçilər tərəfindən ödənilməlidir. "xxxx” ASC-nin ##.##.2026-cı il tarixli ** nömrəli qəbzindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin təsisçisi X1 adından "xxxx" MMC-nin bank hesabına nizamnamə kapitalının artırılması təyinatı ilə 10 manat vəsait ödənilmişdir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsi tərəfindən arayış araşdırılaraq, aşkar olunmuşdur ki, təsisçi tərəfindən nizamnamə kapitalı Cəmiyyətin qeydiyyat tarixindən 3 ay müddət ərzində ödənilsə də, bu barədə məlumat 5 iş günü ərzində qeydiyyat orqanına təqdim edilməmişdir. Nəticədə Cəmiyyət tərəfindən Inzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və qeydiyyat orqanı tərəfindən ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hüquqi şəxsin təsisçiləri tərəfindən nizamnamə kapitalının ödənildiyini təsdiq edən sənədlər hüquqi şəxsin bank hesabına nizamnamə kapitalını təşkil edən məbləğin mədaxil olunduğunu göstərən bank qəbzi və ya həmin məbləğin hüquqi şəxsin kassasına mədaxil olunduğunu sübut edən və ciddi hesabat blankı hesab edilən hüquqi şəxsə məxsus kassa-mədaxil orderi ola bilər. Hüquqi şəxsin təsisçiləri tərəfindən nizamnamə kapitalının ödənildiyini təsdiq edən sənədlər Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsinə təqdim edilmədiyi halda nizamnamə kapitalının həqiqətən qanunvericiliklə və hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilmiş müddət ərzində ödənilmədiyi faktını aşkar etmək mümkün deyildir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə əvvəlcədən məlumat verməmişdirlər. Odur ki, məhkəmə proses iştirakçılarının iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçılarının çıxışını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair mübahisələndirilən *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, AZ1073, ünvan 1 ünvanında “xxxx” MMC ##.##.2026-cı il tarixdə qeydiyyata alınmışdır, lakin nizamnamə kapitalı ##.##.2026-cı ildə ödənilməsinə baxmayaraq, 5 iş günü ərzində deyil, ##.##.2026-cı il tarixdə qeydiyyat orqanına təqdim edilmiş, nəticədə “xxxx” MMC tərəfindən IXM-nin 405-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot Idarəsinin çıxarışından görünür ki, “xxxx” MMC ##.##.2026-cı il tarixdə dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalının miqdarı 10.00 manat təşkil edir. ## ###### 2026-cı il tarixli hesaba mədaxil qəbzlərindən görünür ki, 10 manat nizamnamə kapitalı ## ###### 2026-cı il tarixdə ödənilmişdir. Məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs “xxxx” MMC-nin barəsində IXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, hüquqi şəxs “xxxx” MMC barəsində MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol ## #### 2026-cı il tarixdə tərtib edilmişdir. Halbuki, nizamnamə kapitalının ##.##.2026-cı ildə ödənilməsinə baxmayaraq, 5 iş günü ərzində qeydiyyat orqanına təqdim edilmədiyindən inzibati xətanın törədilməsi vaxtı həmin məlumat təqdim edilmədiyi üçün ## ###### 2026-cı il tarixi hesab olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, inzibati xətanın törədildiyi gündən, yəni ## ###### 2026-cı il tarixdən dörd aydan çox müddət keçdiyindən hüquqi şəxs barəsində inzibati tənbeh tədbiq edilə bilməz və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsinin dispozisiyasına əsasən məsuliyyət Məhdud Məsuliyyətli Cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilməməsinə görə yaranır. Beləliklə, hər bir halda dörd aylıq müddət hazırkı qərarın qəbulunadək başa çatmışdır. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxs barəsində Azərbaycan Respublikası IXM-in 405-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına müddət keçdiyindən xitam vermişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, şikayətdə qeyd edilən hallar əsassızdır və qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qanuni və düzgün nəticəyə gəlmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsinə əsas olmadığından şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar