Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3124/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apeöllyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Fidan Faiq qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə inzibati tənbeh tədbiri tətbiq edilmiş Bilalzadə Aqil Valeh oğlunun nümayəndəsi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, “xxxx” Mənzil Tikinti Kooperativinin rəhbəri Bilalzadə Aqil Valeh oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından “xxxx” Mənzil Tikinti Kooperativinin rəhbəri Bilalzadə Aqil Valeh oğlunun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, məhkəmə müəyyən e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ## #### 2026-cı il tarixdə Bakı şəhəri Nərimanov rayon icra şöbəsi tərəfindən “xxxx” MTK barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında ## #### 2026-cı il tarixli MN ******* saylı protokoldan görünür ki, Zəngilan Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli **(***)-*/**** saylı icra sənədi üzrə borclu “xxxx” MTK-nın rəhbəri Aqil Bilalzadədən icra sənədinin icrası tələb olunmuş, lakin təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə “xxxx” MTK-nın rəhbəri Aqil Bilalzadə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə “xxxx” Mənzil Tikinti Kooperativinin rəhbəri Bilalzadə Aqil Valeh oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından “xxxx” MTK-nın rəhbəri Bilalzadə Aqil Valeh oğlunun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, hazırkı iş üzrə Bakı şəhəri Nərimanov rayon icra şöbəsi tərəfindən Bilalzadə Aqil Valeh oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ## ####### 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Zəngilan Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli **(***)-*/** saylı icra sənədinin icrasını təmin etmək tələb olunmuş, lakin borclu "xxxx" MTK-nın rəhbəri Bilalzadə Aqil Valeh oğlu tərəfindən icra sənədinin icrası təmin olunmamış və icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarı ilə Bilalzadə Aqil Valeh oğlu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1200 (bir min iki yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci tarixli *(***)- ****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs və müdafiəçisi apellyasiya qaydasında birgə şikayət verərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- **/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti baxılan hissədə təmin edilməmiş, Zəngilan Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi qarşılıqlı iddia tələbinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə işin icraatı iddiaçı Zərərçəkmiş şəxs cavabdehlər "xxxx" MTK-ya və qeyrilərinə qarşı "xxxx" MTK ilə X4 arasında bağlanmış ## ###### 2023-cü il tarixli alqı-satqı müqaviləsi, X3 arasında bağlanmış ## ####### 2020-ci il tarixli alqı-satqı müqaviləsi və X2 ilə X4 ilə notariat qaydada bağlanmış ## ####### 2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılanadək və iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər hazırkı iş üzrə icraat dayandırılmışdır. Məhkəmə qeyd etmişdir ki, aparılmış ekspertiza tədqiqatı ilə "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 2 ünvanında yerləşən yaşayış binasının C blokunda, 4-cü mərtəbəsində yerləşən, * saylı, 3 otaq, 149.6 kv.m mənzilin mövcud olmadığı müəyyən edilmişdir. İcra sənədinin icrasına dair ## ####### 2025-ci il tarixli aktdan görünür ki, yuxarıda qeyd olunan ünvana baxış keçirilmiş və həmin ünvanda 3 otaqlı 149,6 kv.m sahəsi olan mənzil aşkar edilməmişdir. Bu barədə müvafiq akt tərtib olunmuşdur. Məhkəmə onu da qeyd etmişdir ki, tərəflər arasında mübahisəli mənzilə dair hələ də məhkəmə araşdırmaları davam edir. Hazırda mübahisə üzrə son olaraq qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti baxılan hissədə təmin edilməmiş, Zəngilan Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi qarşılıqlı iddia tələbinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır ki, öz növbəsində bu qətnaməyə əsasən isə tərəflər arasında bağlanmış ## ###### 2020-ci il tarixli əvəzləşdirmə müqaviləsinin dəyişdirilməməsi və həmin müqavilə üzrə nəzərdə tutulan Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, **/* saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus sahəsi 45 kv.metr olan sökülmüş ** saylı mənzilin əvəzi olaraq 160000 manat pul vəsaitinin "xxxx" MTK-dan tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət etmişdir. Tələbkar Zərərçəkmiş şəxs verilmiş apellyasiya şikayətinə etiraz təqdim etmiş və etirazda qeyd etmişdir ki, Zəngilan Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli **(***)-*/**** saylı qərardadı ilə ## ###### 2022-ci il tarixdə “xxxx” MTK ilə əvəzləşmə müqaviləsinin şərtlərinə əsasən ünvan 5 ünvanında yerləşən ** saylı mənzil mülkiyyət hüququ ilə ona məxsus olmuş mənzilin sökülərək əvəzində yerində yeni tikilən binanın C blokunda 4-cü mərtəbəsində ona veriləcək * saylı, 3 otaqlı ümumi sahəsi 149.6 kv.m-dən ibarət olan mənzili və 1 maşınlıq dayanacaq yerinin üzərinə həbs qoyulmuşdur. Qərardadın icrası Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Lakin “xxxx” MTK-nın səlahiyyətli şəxsləri Zəngilan Rayon Məhkəməsinin dövlət adından verdiyi qərarı heçə sayaraq, onun məcburi icrasına məhəl qoymayaraq həmin mənzili qanuna zidd olaraq, tikinti normalarını kobud surətdə pozaraq iki hissəyə bölərək müxtəlif adamların adına rəsmiləşdirmişdir. Buna görə Nərimanov rayon icra şöbəsi tərəfindən “xxxx” MTK-nın rəhbəri barəsində protokol tərtib edərək barəsində müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin hakimi Tural Musayev bu işi mahiyyəti üzrə tam araşdıraraq ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı ədalətli qərar qəbul edərək “xxxx” MTK-nın rəhbəri Bilalzadə Aqil Valeh oğlu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək barəsində 1200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etdi. “xxxx” MTK-nın rəhbərliyi Nərimanov Rayon Məhkəməsinin bu qərarından verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun icraatına verildi. Anar İbrahimov bu işi mahiyyəti üzrə işdə olan rəsmi sənədlərə, ekspertiza rəyinə deyil, özünün subyektiv yanaşmasına əsaslanaraq birtərəfli araşdıraraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Bilalzadə Aqil Valeh oğlunun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarını ləğv edərək Bilalzadə Aqil Valeh oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qərar qəbul etmişdir. Hakim Anar İbrahimov Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə deyil, birinci məhkəmə instansiyasında işdə olmayan, sonradan hansı vasitə iləsə əldə etdiyi ## #### 2024-cü il tarixli ekspert rəyinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 X11 Ekspertiza Baş İdarəsi tərəfindən verilmiş ## ###### 2019-cu il tarixli ***** nömrəli rəyi verildiyinə görə öz hüquqi qüvvəsini itirmiş ## ###### 2017-ci il tarixli ***** nömrəli rəyinə istinad etmişdir. “Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə müəyyən olunmuşdur ki, “xxxx” MTK tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X5 Əlizadə və Qarabağ küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasının «C» girişi (3-cü blok), 4-cü mərtəbəsində 3 otaqlı, sahəsi 149,6 kv.m olan, * saylı mənzilin olmadığı müəyyən edilir”. Hansı ki, işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli *-**-**/*-*/****-**/****/**** saylı rəyində və Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 X11 Ekspertiza Baş İdarəsi tərəfindən verilmiş ## ###### 2019-cu il tarixli ***** nömrəli eskiz layihəsində həmin mənzilin qeyri-qanuni iki hissəsə bölündüyü öz təsdiqini tapır. “Hazırda mübahisə üzrə son olaraq qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qanuni qüvvəyə minməmiş qətnaməsini əsas gətirmişdir. Hansı ki həmin qərardan kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin ## #### 2025-ci il tarixli *(***)-****/**** saylı qərardadı ilə Nəsimi Rayon Məhkəməsində ona veriləcək mənzilin digər şəxslərin mülkiyyətinə verilməsi barədə çıxarışların ləğv edilməsi barədə verdiyi iddianın yekun qərarı qüvvəyə minənədək bu iş üzrə icraatı dayandırılmışdır. Həmin iddia hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanovanın icraatındadır və məhkəmə iclası ## ####### 2026-cı il tarixə təyin edilmişdir”. Hakim Anar İbrahimov bu işin sonuncu mərhələ olduğunu və kassasiya mərhələsinin olmadığından sui-istifadə edərək “xxxx” MTK-nın rəhbərliyi maraqlarını təmin edərək Nərimanov Rayon Məhkəməsin hakimi Tural Musayevin ## ###### 2025-ci il tarixli *(***)- ****/**** saylı ədalətli qərarını ləğv edərək ədalətsiz qərar çıxartmışdır. Müraciətinə əsasən yenidən Nərimanov rayon icra şöbəsi tərəfindən “xxxx” MTK-nın rəhbəri barəsində ## #### 2026-cı il tarixli MN ******* saylı protokol tərtib edərək barəsində müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoy bu işi mahiyyəti üzrə tam araşdıraraq ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı ədalətli qərar qəbul edərək “xxxx” MTK-nın rəhbəri Bilalzadə Aqil Valeh oğlu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək barəsində 1200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərarı ## #### 2026-cı il tarixdə “xxxx” MTK-nın və onun rəhbəri Bilalzadə Aqil Valeh oğlu elektron məhkəmə şəxsi kabinetinə yükləyərək ## #### 2026-cı il tarixdə müşayiətedici məktubla onların hüquqi ünvanına göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı qanuni qüvvəyə mindikdən sonra ## #### 2026-cı il tarixdə Nərimanov rayon İcra şöbəsinə icra sənədi göndərilmişdir. Həmin icra sənədi Nərimanov rayon icra şöbəsində e276543/2026-15-0 nömrə ilə qeydə alındıqdan sonra dərhal “xxxx” MTK-ya məhkəmənin qərarı barədə məlumat verilmişdir. Onlar ## #### 2026-cı il tarixdə MTK-nın Yavuz Hüseynov adlı məsul şəxsini Nərimanov rayon İcra şöbəsinə göndərmiş və ona yenidən məhkəmənin qərarı barədə məlumat verilmişdir. “xxxx” MTK-nın rəhbərliyi inzibati məsuliyyətdən yayınmaq məqsədilə guya qərardan yeni xəbər tutmuş kimi ## #### 2026-cı il tarixdə öz vəkillərini məhkəməyə göndərərək məhkəmə qərarını kağız formatda alaraq, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən 21 gün sonra ## ###### 2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi Aqil Musayev apellyasiya şikayətini hərtərəfli araşdıraraq şikayət müddətinin ötürüldüyünü nəzərə alaraq apellyasiya şikayətinin geri qaytarılması barədə qərar verdi. “xxxx” MTK-nın rəhbəri Bilalzadə Aqil Valeh oğlunun vəkili Nümayəndə ## ######## 2026-cı ildə apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunması üçün vəsatət vermişdir. Hakim Xalidə Əlisoy məhkəmə iclasında prosessual müddətin ötürülməsində heç bir üzrlü səbəb olmamasına baxmayaraq, vəkilin şifahi sözünü əsas götürərək ötürülmüş prosessual müddətin bərpa olunması barədə ## ######## 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərardad çıxartdı. Hansı ki bu işə oxşar hal üzrə “Şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunmasının mümkünsüzlüyü barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2022-ci il tarixli *(***)-****/**** saylı qərarı mövcuddur. “xxxx” MTK-nın rəhbəri Bilalzadə Aqil Valeh oğlunun apellyasiya şikayəti müddətinin bərpası üçün heç bir qanuni əsası olmadığı üçün onun vəsatəti təmin edilə bilməzdi. Yuxarıda qeyd etdiyi prosessual pozuntunu və Zəngilan Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli **(***)-*/**** saylı qərardadını icra etmədiyi üçün “xxxx” MTK-nın rəhbəri Bilalzadə Aqil Valeh oğlunun apellyasiya şikayətini rədd edərək Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı ədalətli qərarını qüvvədə saxlanılmasını xahiş edir. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi şikayəti müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini, icraata xitam verilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı tələbkar apellyasiya şikayətinə təqdim etdiyi etirazı müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı icra məmuru binaya baxış keçirilərkən həqiqətən sözügedən həmin mənzilin müəyyən edilmədiyini, qərardadda istinad edilən ölçüdə yaşayış sahəsinin faktiki mövcud olmadığını, icranın da əslində bu səbəbdən mümkün olmadığını etiraf edərək bildirdi, sadəcə vaxtilə qəbul edilmiş bir qərardadın icrası ilə bağlı belə sənədləşmə aparıldığını, əslində bundan əvvəlki halda icraata xitam verilməsi ilə bağlı apellyasiya instansiyasının qərarından sonra fərqli heç nə baş vermədiyini, elə eyni vəziyyət olduğunu, məhkəmələrdə bəlli mülki mübahisələrin davam etməkdə olduğunu qeyd etdi. Məhkəmə inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb, proses iştirakçılarının çıxışlarını dinləyərək belə hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, Bilalzadə Aqil Valeh oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli **(***)- */**** saylı icra sənədindən görünür ki, “xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 3 ünvanında yerləşən yaşayış binasının C blokunda, 4-cü mərtəbəsində yerləşən, * saylı, 3 otaqlı, 149.6 kv.m mənzil üzərinə həbs qoyulmuşdur. Həmin əmlakın Zərərçəkmiş şəxs mənafeyinə zidd olaraq və onun yazılı icazəsi olmadan "xxxx" MTK-nın və ya digər şəxslərin mülkiyyətinə, İstifadəsinə, icarəsinə verilməsinin, bu və ya digər şəkildə yüklü edilməsinin, mənzilə dair hər hansı bir sərəncam verilməsinin, "xxxx" MTK tərəfindən mənzilin dəyərinin tam və ya hissəhissə ödənilməsi barədə istənilən kənar şəxsə maliyyə arayışının və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmək üçün tələb olunan digər sənədlərin verilməsinin, eyni zamanda "xxxx" MTK tərəfindən pay haqqının digər şəxslərə keçməsinə (alqı-satqı, bağışlama və s. yolu ilə payçının dəyişməsi) razılıq verilməsinin, mənzilin ilkin qeydiyyatının aparılmasına razılıq verilməsinin, mənzildə layihədən kənar tikinti, quraşdırma, rekonstruksiya, söküntü işlərinin aparılmasının, mənzilin planı, ölçüsü, layihəsinin dəyişdirilməsinin "xxxx" MTK-nə və digər şəxslərə qadağan olunması, həmin əmlakın ondan başqa digər şəxslərin adına qeydiyyatdan keçirməsi və digər şəxsə (şəxslərə) mülkiyyət haqda çıxarışın, texniki pasportun və digər hüquqmüəyyənedici sənədlərin verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Bakı Ərazi idarəsinə qadağan edilmişdir. Qərardadın icrası Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Bakı Ərazi idarəsinə həvalə edilmişdir. “Tələbin könüllü icrası” haqqında ## ###### 2025-ci il tarixli e******/****-**-* saylı bildirişdən görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ####### 2024-ci il tarixli icra sənədinin “xxxx” MTK tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Tələbin könüllü icrası haqqında ## ###### 2025-ci il tarixli bildirişdən görünür ki, Zəngilan Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli **(***)-*/**** nömrəli icra sənədində göstərilən tələbin dərhal müddətində icra edilməsi xahiş olunmuş, edilmədiyi təqdirdə isə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən təqdim edilmiş məktubdan görünür ki, cavabdehlər "xxxx" MTK-ya və qeyrilərinə qarşı “xxxx” MTK ilə X4 arasında bağlanmış ## ###### 2023-cü il tarixli alqı-satqı müqaviləsi, X3 arasında bağlanmış ## ####### 2020-ci il tarixli alqı-satqı müqaviləsi və X2 ilə X4 ilə notariat qaydada bağlanmış ## ####### 2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılanadək və iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər hazrkı iş üzrə icraat dayandırılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, “Zəngilan Rayon Məhkəməsi tərəfindən verilmiş ## #### 2023-cü il tarixli **(***)-*/**** nömrəli icra sənədinə əsasən, “xxxx” MTK tərəfindən inşa edilmiş ünvan 6 ünvanında yerləşən yaşayış binasının C blokunun 4-cü mərtəbəsində yerləşən * saylı, 3 otaqlı, 149.6 kv.m mənzil üzərinə həbs qoyulmuş və həmin əmlak barəsində hər hansı sərəncam verilməsi, özgəninkiləşdirilməsi, qeydiyyata alınması, yüklü edilməsi və digər hüquqi hərəkətlərin həyata keçirilməsi qadağan edilmişdir. Qeyd olunan qadağalara baxmayaraq “xxxx” MTK tərəfindən sözügedən mənzil iki hissəyə bölünərək digər şəxslərin adına özgəninkiləşdirilmişdir. Borcluya “Tələbin könüllü icrası” barədə göndərilmiş bildirişlərlə məhkəmə aktının icrası tələb olunsa da, həmin tələblər üzrsüz səbəbdən yerinə yetirilməmiş, bununla da məhkəmə qərarının icrasından qəsdən yayınma halları müəyyən olunmuşdur”. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati işə baxılarkən, qanunvericiliyin tələbləri düzgün nəzərə alınmamış, işin faktiki hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına imkan verən kifayət qədər sübutlar qiymətləndirilməmişdir. Bununla bağlı məhkəmə inzibati icraat və şikayət üzrə təqdim olunmuş məlumatları, habelə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq qeyd edir ki, inzibati iş üzrə mübahisə doğuran və araşdırılması tələb olunan hallar, habelə şəxsin əməlində inzibati xəta tərkibinin olması ilə bağlı kifayət qədər ziddiyyətli məqamlar mövcuddur. Belə ki, məhkəmə bu nəticəyə gələrkən şəxsin öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, icra sənədinin icrasının təmin edilməsinə hərəkətsizlik göstərməsinin nə ilə təsdiq edildiyini əsaslandıra bilməmişdir. Məhkəmə belə hesab edir ki, inzibati xəta haqqında protokol özlüyündə şəxsin təqsirli bilinməsi üçün yetərli deyildir və yalnız digər mötəbər sübutlarla birgə öz təsdiqini taparsa, əsaslı sübut kimi qiymətləndirilə bilər. Halbuki birinci instansiya məhkəməsi icra sənədini üzrsüz səbəbdən icra etməməsi qənaətinə gələrkən, şəxsin icra sənədində göstərilən tələb üzrə onun əməlində tələbin üzrsüz səbəbdən icra edilməməsi və icra sənədinin icrasından qərəzli olaraq yayınması hərəkətləri olmasından əmin olmalı idi. İnzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Bununla bərabər, xatırlatmaq zəruridir ki, inzibati xəta haqqında icraat üzrə işin düzgün həlli üçün əhəmiyyətli olan halların tam və ətraflı araşdırılması, bununla bağlı hərəkətləri vaxtında və lazımı qaydada icra etmək öhdəliyi (qanunvericiliklə nəzərdə tutulan digər kompleks tədbirlər) həmin vəzifəli şəxslərə (məhkəmə icraatında isə hakimlərə) aiddir. Lakin işə baxan birinci instansiya məhkəməsi bu hallara əhəmiyyət vermədən İnzibati Xətalar Məcəlləsinin 75, 76, 80-cı maddələri baxımından qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl etməmiş, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına səbəb olmuşdur. İnzibati xəta haqqında iş materialı araşdırılarkən hesab olunur ki, məhkəmə inzibati xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirməmiş, Bilalzadə Aqil Valeh oğlunun əməlində inzibati xətanın tərkibi mövcud olması barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin tərkibi məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilmədiyi halda yaranır. Bilalzadə Aqil Valeh oğlu tərəfindən də üzrsüz səbəbdən məhkəmə qərarının icrasının təmin edilməməsi, icra məmurunun xəbərdarlıqlarına və çağırışlarına məhəl qoyulmayaraq qanuni tələblərinin yerinə yetirilməməsi halı müəyyən edilməmişdir. Beləliklə, Bilalzadə Aqil Valeh oğlunun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli olması, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini məhz üzrsüz səbəbdən icra etməməsi halları inzibati xəta haqqında materialla sübuta yetirilmir. Belə olan halda, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri də pozulmaqla araşdırma aparılmadan, xətanın xarakteri müəyyən edilmədən ədalətsiz qərar qəbul edilmişdir. İş materialları ilə müəyyən olunur ki, Zəngilan Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli icra sənədi ilə ünvan 1 ünvanında yerləşən yaşayış binasının C blokunda, 4-cü mərtəbəsində yerləşən * saylı, 3 otaqlı, 149.6 kv.m mənzil üzərinə həbs qoyulması və sərəncam verilməsinin qadağan edilməsi həvalə olunmuşdur. Lakin ## ####### 2025-ci il tarixli icra aktı və Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, göstərilən ünvanda 149.6 kv.m sahəsi olan 3 otaqlı mənzil faktiki olaraq mövcud deyildir. Eyni zamanda, sözügedən mənzil üzərində müqavilələrin etibarsız sayılmasına dair mülki mübahisə Ali Məhkəmənin Mülki Kollegiyasının ## #### 2025-ci il tarixli *(***)-****/**** saylı qərardadı ilə mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi, tələbkar və icra məmuru da bu halı təsdiq etmişdir. Bundan başqa, təqdim edilmiş sənədlərlə həm də müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qərarına əsasən, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən Bilalzadə Aqil Valeh oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş ## ####### 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Zəngilan Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli **(***)-*/** saylı icra sənədinin icrasını təmin etmək tələb olunmuş, lakin borclu “xxxx” MTK-nın rəhbəri Bilalzadə Aqil Valeh oğlu tərəfindən icra sənədinin icrası təmin olunmamış və icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 3(005)- ****/**** nömrəli qərarı ilə Bilalzadə Aqil Valeh oğlu İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1200 (bir min iki yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 3(005)- ****/**** nömrəli qərarı ləğv edilmiş və Bilalzadə Aqil Valeh oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarında məhkəmə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, “tərəflər arasında mübahisəli mənzilə dair hələ də məhkəmə araşdırmaları davam edir. Hazırda mübahisə üzrə son olaraq qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti baxılan hissədə təmin edilməmiş, Zəngilan Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qarşılıqlı iddia tələbinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır ki, öz növbəsində, bu qətnaməyə əsasən isə tərəflər arasında bağlanmış ## ###### 2020-ci il tarixli “Əvəzləşdirmə müqaviləsi”nin dəyişdirilməməsi və həmin müqavilə üzrə nəzərdə tutulan Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, **/* saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus sahəsi 45 kv.mter olan sökülmüş ** saylı mənzilin əvəzi olaraq 160000 manat pul vəsaitinin “xxxx” MTK-dən tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, barəsində inzibati protokol tərtib edilmiş şəxsin hərəkətlərində İXM-in 528.1-ci maddəsinın dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur”. Göründüyü kimi, hazırkı işin faktiki halları üzrə eyni əsasla Bakı Apellyasiya Məhkəməsinin hüquqi mövqeyi və qanuni qüvvəyə minmiş qərarı olsa da, iş materiallarına əlavə heç bir sübut və sənəd əlavə edilmədən yenidən eyni əsasla İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş və məhkəmə göndərilmişdir. Məhkəmə onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən Bakı Apellyasiya Məhkəməsinin tam eyni məsələ üzrə qanuni qüvvədə olan ## ###### 2025-ci il tarixli qərarı ümumiyyətlə diqqətdən kənarda qalmış, müvafiq araşdırma aparılaraq həmin qərar iş materiallarına əlavə edilməklə məhkəmədə araşdırılmamış və nəzərə alınmamışdır. Qeyd edilən hallara əsasən, məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsi Bilalzadə Aqil Valeh oğlu tərəfindən məhkəmə qərarının üzrsüz səbəbdən icra edilməsi halının mövcudluğu qənaətinə gələrkən heç bir əsaslı sübuta söykənməmiş, Bilalzadə Aqil Valeh oğlunun qərəzi barədə icra məmuru tərəfindən ümumiyyətlə hər hansı bir dəlil təqdim edilməməsinə baxmayaraq icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini göstərməklə kifayətlənmiş və işin mahiyyətinə səthi yanaşmışdır. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, onun qərəzli boyun qaçırma halları iş materialları ilə aşkar olunmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ###### 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, inzibati məsuliyyətin yaranmasının müəyyən edilməsi özlüyündə icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülübgörülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. İnzibati xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, hüquq və azadlıqların qorunması, işin hallarına vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılması, inzibati xəta törətmiş şəxsi aşkar etmək, inzibati məsluiyyətə cəlb etmək, çıxarılmış qərarın icrasını təmin etmək, habelə inzibati xətanın törədilməsində kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icra edilməsindən qərəzli şəkildə boyun qaçırmadığı iş materialları ilə sübuta yetirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qeyd olunanlara əsaslanaraq, məhkəmə belə hesab edir ki, Bilalzadə Aqil Valeh oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, onun İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv edilməli, Bilalzadə Aqil Valeh oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bilalzadə Aqil Valeh oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv edilsin və Bilalzadə Aqil Valeh oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-3124/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3124/2026
23.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver