Məhkəmə qərarları › İş №3(3-6)-3131/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3131/2026

22.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3131/2026 22.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, X4 şikayətinin qismən təmin edilərək barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi rəisi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: X4 şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun və həmin protokol əsasında barəsində tətbiq edilən inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə X4 şikayəti qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X4 barəsində qəbul edilmiş ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Həmin qərarından narazı qalan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən apellyasiya şikayəti verilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli *(*-**)-****/**** saylı qərarının ləğv edilməsi və ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## #### 2026-cı il tarixli MN ******* saylı qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsində ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## #### 2026-cı il tarixli MN ******* saylı qərarı hakim tərəfindən qərəzli olaraq ləğv edilmişdir. Xətai Rayon Məhkəməsinin mübahisələndirilən ## ###### 2026-ci il tarixli *(*-**)-****/**** saylı qərarına etiraz edərək bildirmişdirlər ki, qərar əsassızdır, əməldə inzibati xəta tərkibi olsa da idarənin qərarı ləğv edilmişdir. Qaradağ rayonu xidməti ərazisində Azərbaycan Respublikasının "Ətraf mühitin mühafizəsi haqqında”, "Tullantılar haqqında" Qanunlarının və ətraf mühitin mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının icrasına nəzarət məqsədilə mütəmadi olaraq tərəflərindən monitorinqlər keçirilir. ## ##### 2026-cı il tarixində keçirilən monitorinq zamanı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qaradağ Rayon Polis İdarəsinin qarşısında olan sahədə (39T, X 392418, Y******* saylı koordinatlar) yerləşən nəqliyyat vasitələrinin təmiri sexinin yaxınlığında fəaliyyət zamanı yaranan təhlükəli tullantıların yandırıldığı, eyni zamanda yaranan tullantıların sexin yaxınlığında qazılmış çalalara atılaraq qalaqlandığı aşkar edilmişdir. Aşkar edilmiş faktla əlaqədar sözügedən sexin vergi ödəyicisinin həyat yoldaşı olduğunu bildirən Türkiyə Respublikasının vətəndaşı Koyugölge Muzaffer adlı şəxslə aşkar olunmuş faktlarla əlaqədar sözügedən əraziyə baxış keçirilmiş və faktla əlaqədar Azərbaycan Respublikasının "Ətraf mühitin mühafizəsi haqqında" "Tullantılar haqqında" və "Təhlükəli tullantıların saxlanılması Qaydasının" təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il ## #### tarixli, *** nömrəli Qərarının tələblərinin pozulduğu izah olunmuşdur. Araşdırma müddətində Muzaffer Koyugölge fəaliyyətə dair Dövlət Vergi Xidmətinin Şəhadətnaməsini (VÖEN), tullantıların daşınması ilə əlaqədar müqavilə və təhvil-təslim aktlarını təqdim etməmişdir. Qeyd olunanlarla əlaqədar sözügedən ərazinin təmizlənərək əvvəlki vəziyyətə gətirilməsi, tullantıların idarəedilməsi vəziyyətinə, yanğın təhlükəsizlik qaydalarına nəzarət edilməsi, təqsirkar şəxslərin müəyyən edilərək barələrində tədbirlər görülməsi üçün məlumatların İdarəyə təqdim olunması məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon Polis İdarəsi, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi, Dövlət Vergi Xidməti Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə məktubla müraciət olunmuşdur. Bütün bu amillər X4 inzibati məsuliyyətə cəlb olunmasına əsas verir. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, həmçinin əsaslandırma aparmadan İdarənin qanuni qərarını ləğv etmişdir. Məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi apellyasiya şikayətinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında X4 iştirak etmədiyindən məhkəmə baxış iclasının onun iştirakı olmadan davam etdirilməsi mümkün hesab edilmişdir. İşin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının fikirlərini dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ## ##### 2026-cı il tarixdə tərtib edilmiş ****** nömrəli aktdan görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qaradağ Rayon Polis İdarəsinin qarşısındakı sahədə (39T, X******, Y******* saylı koordinatlar) monitorinq keçirilmiş, nəqliyyat vasitələrinin təmiri sexinin yaxınlığında fəaliyyət zamanı yaranan təhlükəli tullantıların yandırıldığı, eyni zamanda yaranan tullantıların sexin yaxınlığında qazılmış çalalara atılaraq qalaqlandığı aşkar edilmişdir. Aktda ərazinin həyat yoldaşının adına olduğunu bildirən Türkiyə Respublikası vətəndaşı Koyugölge Muzafferin adı göstərilmişdir. -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ### 2026-cı il tarixli C-BM/****-*** nömrəli və ## #### 2026-cı il tarixli C-BM/****-*** nömrəli məktublarından görünür ki, Koyugölge Muzaffer inzibati araşdırmada iştirak etməkdən ötrü İdarəyə dəvət edilmiş, gəlmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı bildirilmişdir. -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ## ##### 2026-cı il tarixində ünvan 2 ünvanında nəqliyyat vasitələrinin təmiri işləri zamanı yaranan tullantıların yandırılması və qalaqlanması aşkar edilmiş, əməl Koyugölge Muzafferin adına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə tövsif edilmişdir. Protokolda barəsində iş üzrə icraat aparılan şəxsin izahatında təmir zamanı yaranan tullantıların işçilər tərəfindən yandırıldığını bildirdiyi qeyd olunmuşdur. -Koyugölge Muzaffer tərəfindən ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinə ünvanlanmış izahatdan görünür ki, o, Qaradağ Rayon Polis İdarəsinin qarşısındakı sahədə nəqliyyat vasitələrinin təmiri ilə məşğul olduğunu, təmir zamanı yaranan tullantıların daşınması ilə bağlı müqavilə bağlanmadığı üçün həmin tullantıların işçilər tərəfindən yığılıb yandırıldığını bildirmiş və tullantıların daşınması və idarə edilməsi ilə bağlı zəruri tədbirlərin görüləcəyini qeyd etmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ünvan 2 ünvanında nəqliyyat vasitələrinin təmiri işləri zamanı yaranan tullantıların qalaqlanması qaydalarının pozulması müəyyən edilmiş və Koyugölge Muzaffer barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə 2.000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərarda barəsində iş üzrə icraat aparılan şəxsin rekvizitləri sırasında "VÖEN 1600.2898" qeydi göstərilmişdir. -Dövlət Vergi Xidmətinin uçot məlumatından görünür ki, X2 ## ######## 2022-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınmışdır (VÖEN **********), uçot ünvanı olaraq ünvan 16 göstərilmişdir. -"xxxx" ASC tərəfindən verilmiş elektron qaimə-fakturalardan görünür ki, həmin obyekt üzrə elektrik enerjisinin təchizatı fiziki şəxs X2 (VÖEN **********) adına rəsmiləşdirilmiş və hesablamalar onun adına aparılmışdır. Koyugölge Muzaffer tərəfindən "xxxx" ASC-yə ünvanlanmış ## #### 2026-cı il tarixli, **************** qeydiyyat nömrəli məktubdan görünür ki, o, ## ####### 2025-ci il tarixindən ********** nömrəli VÖEN üzrə fəaliyyətinin dayandığını, buna baxmayaraq 02/2224 X2 (Qaradağ) abonent kodu ilə onun VÖEN-inə səhvən elektron qaiməfakturaların göndərildiyini bildirmiş və həmin qaimələrin ləğv edilməsini, abonent kodunun onun VÖENindən silinməsini xahiş etmişdir. Məktubda səhvən göndərildiyi bildirilən qaimələrin rekvizitləri göstərilmişdir: ##.##.2026-cı il tarixdə MT26**********, ##.##.2026- cı il tarixdə MT26**********, ##.##.2026-cı il tarixdə MT260610760145, ##.##.2026-cı il tarixdə MT260612113609 və ##.##.2026-cı il tarixdə MT260710654221. -Koyugölge Muzaffer tərəfindən Qaradağ Rayon Elektrik Təchizatı Sahəsinin rəisinə ünvanlanmış ## #### 2026-cı il tarixli ərizədən görünür ki, o, abonent kodunun həyat yoldaşı Koyugölge Gövhərin adına olmasına baxmayaraq, hesab-fakturaların onun VÖENi üzrə göndərildiyini bildirərək, abonent kodunun və VÖEN-in öz adına çıxarılmasını xahiş etmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinin məktubundan görünür ki, Koyugölge Muzafferin (VÖEN **********) ## #### 2026-cı il tarixli ərizəsi əsasən fəaliyyətinin ## #### 2026-cı il tarixdən ## ###### 2050-ci il tarixinədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. -Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün DYİ № ******* saylı icazə vəsiqəsindən və Türkiyə Respublikasının U******** saylı pasportundan görünür ki, X6 Respublikasının vətəndaşıdır. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq hesab etmişdir ki, X4 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin İdarəyə göndərilməlidir. Belə ki,məhkəmə iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlmişdir ki, mübahisələndirilən qərarın çıxarılması üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar səlahiyyətli orqan tərəfindən araşdırılmamış, işin düzgün həlli üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. ## ##### 2026-cı il tarixli ****** nömrəli akt ilə yalnız hadisə hərəkətinin özü - müəyyən ərazidə tullantıların yandırılması və qalaqlanması faktı təsbit edilmişdir. Lakin həmin aktda, eləcə də ## #### 2026-cı il tarixli MN ******* nömrəli protokolda və ## #### 2026-cı il tarixli MN ******* nömrəli qərarda həmin ərazinin kimə məxsus olduğu, orada hansı təsərrüfat subyektinin fəaliyyət göstərdiyi və tullantıları bilavasitə kimin yandırdığı müəyyən edilməmişdir. Eyni zamanda səlahiyyətli orqan tərəfindən inzibati xətanın subyektinin müəyyən edilməsi üzrə heç bir araşdırma tədbiri həyata keçirilməmişdir. Ərazinin mülkiyyətçisi və ya istifadəçisi barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tələb edilməmiş, ərazidə fəaliyyət göstərən subyektlərin dairəsi müəyyənləşdirilməmiş, şahid izahatları alınmamış, tullantıların yandırılması anına dair hər hansı bilavasitə müşahidə və ya qeydiyyat materialı əldə edilməmişdir. Apellyasiya şikayətinin dəlillərində, həmçinin məhkəmə baxış iclasında işin düzgün həlli üçün əhəmiyyətli olan hallar sübut edən hər hansı mötəbər sübut təqdim edilmədiyindən iş üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilməmiş olaraq qalır. Odur ki, qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 271-ci maddəsinə əsasən tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, həmin qərarla X4 şikayətinin qismən təmin edilərək barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. X4 şikayətinin qismən təmin edilərək barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar