Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3140/2026 18.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlunun məruzəsi və sədrliyi ilə, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, müdafiəçisi Vəkil iştirakları ilə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (##.##.1996-cı ildə Abşeron rayonu Xırdalan qəsəbəsində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, inzibati həbsdə saxlama müddətinin əvvəlinin ## ######## 2026-cı il tarixdən saat 16:50-dən hesablanması qərara alınmışdır. Işin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ Rayon Polis Idarəsinin 10-cu Polis Şöbəsi tərəfindən tərtib edilmiş ## ######## 2026-cı il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 13:00 radələrində YPXin TTY üzrə inspektorunun xidməti otağında olarkən səs-küy salmış, nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının ictimai qaydanı pozmamaq barədə qanuni tələbinə tabe olmamışdır. Iş üzrə yuxarıda göstərilən qərar qəbul edilmişdir. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil apellyasiya qaydasında şikayət verib Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*- **)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya qaydasında şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarında olan və məhkəmənin mötəbər sübut kimi qəbul edərək, müdafiəçisi olduğu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməsi qənaətinə gəlmək üçün istinad etdiyi sənədlərə görə, guya Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qaradağ RPI-nin DYPŞ-də ##.##.2026-cı il tarixində saat 1200-13:00 aralığında səs küy yaradaraq tabesizlik göstərmişdir. Bunu, məhkəmə iclasında ifadə verən şahidlər də təsdiqləmişlər. Halbuki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs saat 16:00-dan tez Qaradağ RPI-nin DYPŞ-yə getməsi qeyrimümkün idi. Çünki o, hələ saat 15:40-da Sədərək Ticarət mərkəzində olmuşdur və Qaradağ RPI-nin DYPŞ-yə daha sonra getmişdir. Bu halı təsdiq edən votsap tətbiqi vasitəsilə aparılan yazışmalar məhkəmə iclasında tədqiq edilmiş və məhkəmənin qərarında yazılmışdır. Lakin, məhkəmə həmin sübuta heç bir hüquqi qiymət verməmişdir. Bundan başqa, Qaradağ RPI-nin DYPŞ-nin yerləşdiyi inzibati binanın daxilində və xaricində quraşdırılmış kamera görüntülərinin məhkəməyə təqdim edilməsinin tələb olunmasını xahiş etsək də, məhkəmə şifahi vəsatətlərinə heç bir münasibət bildirməmiş və işin obyektiv araşdırılması məqsədi ilə zəruri olan tədbirləri həyata keçirməmişdir. Halbuki, həmin görüntülər məhkəməyə təqdim edilsəydi, əvvəla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qaradağ RPI-nin DYPŞ-yə saat 16:00dan tez getmədiyi, ikincisi isə, məhkəməyə təqdim edilmiş sənədlərdə göstərilən əməli törətmədiyi öz təsdiqini tapardı. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qaradağ RPI-nin DYPŞ-yə saat neçədə getdiyinin dəqiq vaxtını müəyyənləşdirmək üçün antenn məlumatların tələb edilməsi də kifayət edərdi. Məhkəməyə təqdim edilmiş sənədlərdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir qayda-qanuna əməl etməyən, istənilən məkanda və istəniləş şəxslə qeyri-etik və kobud davranan kimi xarakterizə olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2 fərqli gündə və fərqli vaxtlarda öz aqressiv və adekvat olmayan davranışlarına davam etdiyi ilə bağlı sənədlərdə yazılanlara inansaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bundan öncə də dəfələrlə bu kimi əməllər törətmədiyini düşünmək məntiqsizlik olardı. Əgər belə bir hal-baş vermişdisə, o, mütləq şəkildə daha öncə dəfələrlə inzibati və cinayət məsuliyyətinə cəlb edilmiş olmalı idi. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vətənini, dövlətini sevən, qanunlara və qanunçuluğa əməl edən nümunəvi vətəndaş kimi heç vaxt heç kəsə, xüsusilə də hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı kobud davranmamış, qanunsuz əməllərə yol verməmişdir. Bunun əksini təsdiq edən hər hansı mötəbər sübut iş materiallarında mövcud deyildir. Məhkəmədə şahid kimi ifadə verən polis əməkdaşlarının verdiyi məlumatlar isə həqiqəti əks etdirmir. Bundan başqa, məhkəmə öz qərarında qeyd etmişdir ki, guya Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi duyur. Halbuki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətmədiyi əmələ görə səmimi peşman olduğunu deməsi də tamamilə absurddur. O, heç vaxt belə bir ifadə işlətməyib, əksinə, ona qarşı irəli sürülən ittihamların heç birini qəbul etməyib. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçısının razılığı ilə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində müdafiəçi hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi IXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Şikayətin dəlillərini işin materialları ilə yoxladıqda aşağıdakılar müəyyən edilir. Işdə olan raportdan görünür ki, ##.##.2026-cı il tarixdə Lökbatan qəsəbəsində ekipaj yoldaşı Musayev Cahətlə xidmət aparan zaman saat 12:45 radələrində Səmanın göstərişi ilə X1 Şöbəsinə yaxınlaşmağını göstəriş verdi. Dərhal onlar 9696 çağırışlı avtopatrulla həmin ünvana yaxınlaşdı. Onlar bir nəfər şəxsin nalayiq ifadələr işlətməsini aşkar etdi. Həmin şəxsi nizam intizama dəvət etsə də, vətəndaş onlara məhəl qoymadı, öz çirkin əməllərini davam etdirdi. Həmin şəxsi aidiyyəti üzrə 10-cu PŞ-ə dəvət etdi. Vətəndaş tabe olmaqdan yayınmağa çalışdı. Onlarda öz növbəsində tabesizlik göstərən vətəndaşı məcburi qaydada xidməti avtopatrula əyləşdirərək 10-cu PŞ-ə gətirib növbətçi hissəyə təhvil verdi. Şöbədə məlum oldu ki, vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdir. X4 raportun məzmununa oxşar izahat vermişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər X6 və X2 da izahatlarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xidməti otaqda səs-küy salaraq iş nizamını pozmasını, dəfələrlə intizama dəvət edilsə də buna məhəl qoymamasını bildirmişlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və şahid Aytən Əliyevanın izahatına gəldikdə, onlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin gün saat 16-00-dan sonra polis şöbəsində olduğunu və hər hansı xəta törətmədiyini bildirmişlər. Aytən Əliyevanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arvadı olması onun tərəfsiz olması ehtimalını azaldır. Bu zaman şahidin hissləri ilə hərəkət edə biləcəyi, həqiqətdə baş verməmiş hadisəni mənfəət təmini kimi səbəblərlə doğru olmayan izahat verə biləcəyini göz önünə alaraq izahatı dəyərləndirilməlidir. Bu səbəbdən, həmin şahidin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin mənafeyinə uyğun izahat verməsi də gözlənilən olmuşdur. Onun izahatı, həmçinin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatı artıq iş materiallarda mövcud olan digər sübutlarla uzlaşmadığından, həmin izahatın obyektiv, həqiqəti əks etdirən sübut kimi qəbul edilməsi istisna olunur. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatı sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin xəta olmasını aradan qaldıran hallar, habelə onun inzibati məsuliyyətindən və tənbehdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Inzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati həbs növündə tənbeh tədbiri tətbiq etmişdir ki, bu da öz növbəsində IXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməlidir. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldım: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-3140/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3140/2026
18.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver