Məhkəmə qərarları › İş №3(3-6)-3147/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-3147/2026

22.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-3147/2026 22.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızı, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, MÜƏYYƏN ETDIM : Bakı şəhəri Xəzər rayon Icra Şöbəsinin icra məmuru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə ## ###### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqdim edilmiş materialı nəzərdən keçirib hesab edirəm ki, qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası IXMnin 130-cu maddəsinin tələblərinə əməl edilməsi üçün materiallarla birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinin tələbinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. IXM-nin 57-1.1.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən sənədlər və onların əlavələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirilir və elektron ünvanına (olduğu halda) göndərildikdə məlumatlandırılmış sayılır. Iş materiallarından göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ##.##.2026, saat 14:18-də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs elektron kabinetinə yerləşdirilmiş, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə həmin qərardan şikayət ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Aşkar haldır ki, şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 10 (on) günlük müddət buraxılmışdır. IXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Yuxarıda qeyd edilənləri nəzərə alıb hesab edirəm ki, şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsinin həlli məqsədilə şikayət material ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərinin yerinə yetirilməsi üçün material ilə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardad qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar