Məhkəmə qərarları › İş №3(3-6)-3155/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-3155/2026

23.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-3155/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər Dövlət Yol Polisi Idarəsi Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş TP ******* saylı, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsi tərəfindən verilmiş şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Dövlət Yol Polisi Idarəsinin 8 iyul 026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, # #### 2026-cı il tarixdə saat 16:48 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ilə etibarnamə əsasında idarə etdiyi "Changan Qiyuan Q07" markalı **-QF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkət edərkən Mirqasımov küçəsi ilə kəsişməni keçdikdə yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılaraq, ona guya svetoforun qadağanedici işərəsi verilərkən (qırmızı işıqda) hərəkəti davam etdiridiyi bildirilmişdir. O heç bir inzibati xəta törətmədiyini, yol kəsişməsində svetoforun olmadığını, hətta bir neçə saniyə gözləyərək, svetoforun olub-olmadığını yoxladığını, svetoforun mövcudluğunu görmədiyi üçün hərəkəti davam etdirdiyini bildirsə də, onunla razılaşmayaraq, qeyd diblər ki, kəsişmədə svetofor var, hər şey kameraya düşüb və barəsində protokol tərtib ediləcək və cərimə tətbiq olunacaq. O maşından düşərək, piyada geri qayıdıb və həmin kəsişmədə svetoforun olduğunu, lakin ağacın arxasında olduğu üçün görünmədiyini telefon vasitəsilə fotoşəklini çəkib. Idarə etdiyi avtomobilin yanına yaxınlaşanda görüb ki, yol patrul xidməti əməkdaşı artıq orada yoxdur. Bir nəçə dəqiqədən sonra "SMSRadar" vasitəsilə ona Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat məbləğində cərimə olunmağı ilə bağlı bildiriş gəlib. Növbəti gün o Bakı şəhəri Dövlət Yol Polisi Idarəsinə gedərək, yol patrul xidməti əməkdaşına qeyd olunan ünvanda svetoforun görünmədiyini qeyd edərək, ona cərimə tətbiq olunmasına etirazını bildirsə də, onun etirazını qəbul etməyib və # #### 2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətini ona təqdim edərək, məhkəməyə müraciət edə biləcəyini izah ediblər. Qeyd etdiklərinə əsasən Bakı şəhəri Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında # #### 2026-cı il tarixli TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Lamiyə Türkmənli) şikayətin təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli TP ******* nömrəli “Inzibati xəta haqqında” qərarın ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı Şəhər Baş Polisi Idarəsi Dövlət Yol Polisi Idarəsinin rəisi Rəşid Piriyev apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər Baş Polisi Idarəsi Dövlət Yol Polisi Idarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi iş materiallarını araşdırıb, belə hesab edir ki, Bakı şəhər Baş Polisi Idarəsi Dövlət Yol Polisi Idarəsi tərəfindən verilmiş şikayət baxılmadan, inzibati xəta haqqında iş üzrə icraat materialları ilə birlikdə birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının surəti ## ###### 2026-cı il tarixdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Elektron Informasiya Sisteminə yerləşdirilmişdir. Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən isə şikayət ## ######## 2026-cı il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göründüyü kimi Bakı şəhər Baş Polisi Idarəsi Dövlət Yol Polisi Idarəsi 10 (on) gün prosessual müddət ərzində şikayət verməmiş, prosessual müddəti ötürməklə apellyasiya şikayəti vermişdir. Qanunun tələbinə görə inzibati xəta haqqında qərardan şikayət qərarın surətinin rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində verilməsi nəzərdə tutulduğundan qərardan şikayət vermə müddəti ötürülmüşdür. Odur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə inzibati tənbeh verilməsi haqqında qərarından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasını və buraxılmış müddətin bərpa edilmədən şikayətin Bakı Apellyasiya Məhkəməsinə göndərildiyini nəzərə alaraq, şikayətə baxılmasını mümkün hesab etmir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Bakı şəhər Baş Polisi Idarəsi Dövlət Yol Polisi Idarəsi tərəfindən prosessual müddət ötürülməklə şikayət verildiyindən və müddətin bərpası barədə məhkəməyə müraciət edilmədiyindən, həmin şikayət inzibati xəta haqqında iş üzrə icraat materialları ilə birlikdə geri qaytarılmalı və Bakı şəhər Baş Polisi Idarəsi Dövlət Yol Polisi Idarəsinə şikayət vermə müddətinin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Bakı Şəhər Baş Polisi Idarəsi Dövlət Yol Polisi Idarəsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından verilmiş apellyasiya şikayətinə baxılmadan inzibati xəta haqqında iş üzrə icraat materialları birinci instansiya məhkəməsinə qaytarılsın. Bakı şəhər Baş Polisi Idarəsi Dövlət Yol Polisi Idarəsinə buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar