Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3167/2026 28.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, X7 Oruc qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2, Barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinin və həmin Cəmiyyətin baş direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil Vəkil iştirakı ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2xxxx Məhdud Məsuliyyətli Cəmiyyəti və həmin Cəmiyyətin baş direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq, MÜƏYYƏN EDILDI: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2xxxx Məhdud Məsuliyyətli Cəmiyyəti və həmin Cəmiyyətin baş direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair müvafiq olaraq ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli və ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2xxxx Məhdud Məsuliyyətli Cəmiyyəti və həmin Cəmiyyətin baş direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından, həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini, Bakı Şəhər Idarəsi tərəfindən ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli və ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərar əsasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinin və həmin Cəmiyyətin baş direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmamış, işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gələrək qəbul olunmşdur. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 əmək hüquqlarının pozulması barədə mətbuatda yayımlanan məlumat əsasında Azərbaycan Respublikası ƏM-nin 15.2-ci maddəsinin tələbilə cəmiyyətə göndərilmiş ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubda sənədlərin 7 iş günü ərzində BŞI-yə təqdim edilməsi tələb olunsa da, sənədlər ##.##.2026-cı il tarixədək təqdim edilməmiş, nəticədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2xxxx MMC tərəfindən Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt “xxxx”un “göndərişlərin izlənilməsi” xidmətindən çıxarış ilə təsdiq edilir. ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 əmək hüquqlarının pozulması barədə mətbuatda yayımlanan məlumat əsasında Azərbaycan Respublikası ƏM-nin 15.2-ci maddəsinin tələbilə cəmiyyətin vəzifəli şəxsinə göndərilmiş ##.##.2026-cı il tarixli, 3-17- */*-*****/**** nömrəli məktubda sənədlərin 7 iş günü ərzində BŞI-yə təqdim edilməsi tələb olunsa da, sənədlər ##.##.2026cı il tarixədək təqdim edilməmiş, nəticədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2xxxx MMC-nin baş direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt “xxxx”un “göndərişlərin izlənilməsi” xidmətindən çıxarış ilə təsdiq edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2xxxx” MMC-nin rəhbərliyinə ünvanlanmış ##.##.2026-cı il tarixli 3- **-*/*-*****/**** nömrəli məktubdan görünür ki, vətəndaş X1 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2xxxx” MMC-də əmək hüquqlarının pozulması ilə bağlı mətbuatda yayımlanan məlumat əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətində araşdırma aparılır. Azərbaycan Respublikasının ƏM-nin 15.2-ci maddəsinə əsasən müvafiq olaraq tələb olunan sənədlərin 7 iş günü ərzində X3 Xidmətinin Bakı şəhər Idarəsinə təqdim edilməsi xahiş olunmuşdur. Məktubda 1. X1 ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2xxxx” MMC arasında bağlanılmış əmək müqaviləsi, xidməti müqavilə və yaxud mülki-hüquqi müqavilənin təsdiqlənmiş surəti; 2. olduğu təqdirdə iş vaxtının uçotu cədvəlinin təsdiqlənmiş surəti (işlədiyi dövr üzrə); 3. əmək haqqının hesablanmasını (hesab forması) təsdiq edən sənədlərin surəti (işlədiyi dövr üzrə); 4. əmək haqqının ödənilməsini (bank çıxarışı və ya bank arayışı) təsdiq edən sənədlərin surəti (işlədiyi dövr üzrə); 5. son haqq-hesabın hesablanmasını (hesab forması) təsdiq edən sənədlərin surəti; 6. son haqq-hesabın ödənilməsini (bank çıxarışı və ya bank arayışı) təsdiq edən sənədlərin surəti; 7. vətəndaşın müraciətində qeyd edilənlərə dair ətraflı münasibət məktubu tələb edilmişdir. “xxxx” MMC-nin elektron sisteminin “poçt göndərişlərinin izlənməsi” bölməsindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2xxxx MMC-yə ünvanlanmış məktub ##.##.2026-cı il tarixdə MMC-nin ünvanına çatdırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2xxxx” MMC və həmin Cəmiyyətin prezidenti barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli bildirişdən görünür ki, MMC-nin nümayəndəsi MMC barəsində protokolun tərtib edilməsində iştirak məqsədi ilə ##.##.2026-cı il tarixində, saat 12:00-da X3 Xidmətinin Bakı şəhər Idarəsinə dəvət edilmişdir. Sənədin elektron kabinetə yerləşdirilməsi haqqında ##.##.2026-cı il tarixli arayışdan görünür ki, X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2xxxx” MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli, 3-17-5/2- *****/**** nömrəli məktub ##.##.2026-cı il tarixdə elektron qaydada MMC-nin şəxsi kabinetinə yerləşdirilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş üzrə Cəmiyyətə təqdim edilməsi tələb olunan sənədlərin bir hissəsinin, yəni xidməti və mülkihüquqi müqavilələrin Azərbaycan Respublikası IXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallara aid olmadığı, digər sənədlərin isə əmək müqaviləsinin və əmək münasibətlərinin mövcudluğundan asılı olaraq yarana bildiyi, lakin belə münasibətlərin mövcudluğunun müəyyən edilmədiyi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Cəmiyyətin baş direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 inzibati məsuliyyət məsələsinə də eyni hüquqi yanaşma tətbiq edilməlidir. Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.11-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası IXM-nin 38.1-ci maddəsinə istinad edir. Həmin maddənin ikinci cümləsinə görə, idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Bu müddətin ötürülməsi, IXM-nin 53.1.6-cı maddəsinə əsasən, inzibati icraata xitam verilməsi üçün qeydşərtsiz əsasdır. Azərbaycan Respublikası IXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası IXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2xxxx Məhdud Məsuliyyətli Cəmiyyəti və həmin Cəmiyyətin baş direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №3(3-6)-3167/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3167/2026
28.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver