Məhkəmə qərarları › İş №3(3-6)-3174/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3174/2026

23.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3174/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin sədri Əkbərov Mübariz Dosməmməd oğlu, aidiyyət barədə məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə əlaqədar mübahisəni həll etmək məqsədilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və onun direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM) 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## #### 2026-cı il tarixli, MN 2511681 və MN ******* nömrəli protokollara dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDIM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər Idarəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC barəsində IXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## #### 2026-cı il tarixli, MN ******* nömrəli, həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində həmin maddə ilə ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Goranboy Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə həmin əməlin hərəkətlə törədilən inzibati xəta olması qənaətinə gələrək, inzibati xətanın törədildiyi yerin işçilərin faktiki olaraq əmək funksiyalarını yerinə yetirmək üçün cəlb edildikləri iş yeri olduğunu müəyyən etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə əmək müqaviləsinin bağlanmasının işəgötürənin qanunla müəyyən edilmiş vəzifəsi olduğu, həmin vəzifənin yerinə yetirilməməsinin hərəkətsizlik təşkil etdiyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin hüquqi ünvanının Goranboy rayonu, Qızılhacılı Ə/V, M.Hüseynov küçəsi, ev 2 ünvanında yerləşdiyi əsas gətirilərək, məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həll edilməsi üçün materialın Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Materialı nəzərdən keçirib hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və onun direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində IXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiala Goranboy Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, inzibati xəta haqqında protokollara əsasən Goranboy rayonu, Qızılhacılı kəndində qeydiyyatda olan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Vulkan” əhəngdaşı yatağında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər Idarəsi tərəfindən aparılmış plandankənar yoxlama zamanı 5 nəfər işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmiş və bununla bağlı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. IXM-in 192.1-ci maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. IXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2021-ci il tarixli Qərarına əsasən, inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Baxılan iş üzrə törədilməsi ehtimal olunan IXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın mahiyyəti işəgötürənin qanunvericiliklə üzərinə qoyulmuş əmək münasibətlərini əmək müqaviləsi bağlamaqla rəsmiləşdirmək öhdəliyini yerinə yetirməməsi ilə bağlıdır. Odur ki, hazırkı inzibati xətanın törədildiyi yer müəyyən edilərkən işçilərin faktiki olaraq əmək funksiyalarını yerinə yetirdikləri yer deyil, işəgötürənin qanunvericilikdən irəli gələn öhdəliyi icra etməli olduğu yer əsas götürülməlidir. Beləliklə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindən işçilərlə əmək münasibətlərinin qanunvericiliyə uyğun qaydada rəsmiləşdirilməsi öhdəliyinin icra edilməli olduğu yer hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının yerləşdiyi, yəni onun hüquqi ünvanının olduğu yer hesab edilməlidir. Iş materiallarına əlavə edilmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” haqqında sorğunun nəticəsindən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin hüquqi ünvanı Goranboy rayonu, Qızılhacılı Ə/V, M.Hüseynov küçəsi, ev 2 ünvanıdır. Belə olan halda, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin əmək münasibətlərini qanunvericiliyə uyğun rəsmiləşdirmək öhdəliyinin onun hüquqi ünvanının yerləşdiyi Goranboy rayonu ərazisində icra edilməli olduğu nəzərə alınaraq, törədilməsi ehtimal olunan IXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə materiala Goranboy Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il # ###### tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. IXM-də məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 77.1-ci maddəsinə istinad olunmalıdır. CPM-in 77.1-ci mаddəsinə əsаsən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Şərh edilənlərə əsasən və CPM-in 77-ci mаddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və onun direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər Idarəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN 2511681 və MN ******* nömrəli inzibati xəta haqqında protokollara dair material baxılması üçün aidiyyəti üzrə Goranboy Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar