Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3182/2026 29.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, məhkəmə iclas katibi X7, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X5» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X6 iştirakları ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından X8 Xidmətinin Hüquq İdarəsinin rəisi müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim : Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim X1) *(*-**)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2) «X5» Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməldə inzibati xəta tərkibi olmadığına görə həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmiş, ## ##### 1982-ci il tarixdə Qubadlı rayonu, Novlu kəndin anadan olmuş, Azərbaycan respublikası vətəndaşı, evli, Qubadlı rayonu, Novlu kəndində qeydiyyatda olan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Vaiqf oğlunun barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə İXM-in 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməldə inzibati xəta tərkibi olmadığına görə, həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İşin halları: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən MMC-nin barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və cəmiyyətin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollara əsasən, X8 Xidmətinin ##.##.2026-cı il tarixli, 3-17- */*-*****/**** nömrəli məktubu ilə tələb olunmuş inzibati cərimənin tutulması üzrə tədbirlər MMC və onun direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən görülməmişdir. İş üzrə yuxarıda göstərilən qərar qəbul edilmişdir. Qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, MMC və onun direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışı: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 İXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsi barədə ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş və həmin qərar qüvvəyə minmişdir. İnzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi halda könüllü ödənilməməsi ilə bağlı İXM-nin 150-ci maddəsi ilə müəyyən edilmiş tədbirlərin görülməsi məhz qərarı qəbul edən səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İXM-nin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Xidmət tərəfindən İXM-150-ci maddəsinin tələblərinə əsasən ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə 1000 manat məbləğində cərimənin ödənilməsinin təmin edilməsi məqsədilə MMC-yə və həmin cəmiyyətin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 xəbərdarlıq məktubu ünvanlamışdır. Sadalanan tədbirlərə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər tərəfindən Xidmətin qanuni göstərişinə əsasən 1000 manat cərimənin ödənilməsi ilə əlaqədar hər hansı vəsaitin köçürülməsi təmin edilməmişdir. Göründüyü kimi X8 Xidməti tərəfindən ##.##.2026-cı il tarixli MN ******* nömrəli və ##.##.2026cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolların tərtib edilməsinə səbəb inzibati məsuliyyətə cəlb edilmiş şəxsin cəriməsinin tutulması üçün işəgötürənin İXM-nın 150.1-ci maddəsinin tələblərini saymayaraq heç bir tədbir görməməsi olmuşdur. Həmçinin, işəgötürənlərin bu kimi hərəkətləri şəxsin törətdiyi əmələ görə məsuliyyət daşıması və qanunlara əməl etmək ruhunda tərbiyələndirilməsi yolunda maneələr törədir, habelə heç bir lüzum olmadan İcra orqanlarının işinin əsassız artmasına gətirib çıxarır. Beləliklə, MMC-i və həmin cəmiyyətin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə 1000 manat cərimənin ödənilməsi ilə bağlı heç bir tədbir görülməmiş və qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X4 şikayətə uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin müdafiəçisi etiraz təqdim edərək, inzibati cərimənin ödənilməsinin artıq icra edildiyini, qərarın əldə edildiyi tarixdən ##.##.2026-cı il tarixədək cavabdehin haqlı olaraq cərimənin tutulmasını həyata keçirmədiyini, çünki Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsi tərəfindən göndərilmiş ##.##.2026-cı il tarixli (yəni DƏMX-in ##.##.2026-cı il tarixli məktubundan 8 gün əvvəl) e******/****-*-** nömrəli müraciəti ilə X3 əmək haqqından 3,288 manat aliment borcunun hər ay 70% olaraq borc tam ödənilənədək tutulması, borc bitdikdən sonra isə davamlı olaraq ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,61 misli məbləğdə aliment tutulmasını tələb edildiyini, cavabdeh isə ##.##.2026-cı il tarixli icra sənədinə əsasən, X3 əmək haqqından müvafiq tutulmalarının həyata keçirdiyini, inzibati cərimənin tutulması zamanı qazancın 50 faizi borcluda qalmalı olduğunu, ##.##.2026-cı il tarixə kimi inzibati cərimə tutulması X3 qazancının 50%-ini aşa biləcəyindən həmin tutulma həyata keçirilmədiyini, yalnız qeyd edilən tarixə X3 qazancı əvvəlki aylara nisbətdə çox olduğundan və qazancın 50 faizini aşmayan həddə tutulma həyata keçirilməsinə imkan verdiyindən həmin tarixdə onun qazancından inzibati cərimə üzrə tutulma aparıldığını, ##.##.2026-cı il tarixədək inzibati cərimə tutulması isə X3 qazancının 120 faizinə yaxın tutmaya səbəb ola bilərdi ki, bu riyazi və hüquqi baxımdan obyektiv olaraq mümkün olmadığını bildirib, apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə vəzifəli şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə vəzifəli şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində inzibati orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi İXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatları sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək iş üzrə icraata xitam vermişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iş üzrə icraat xitam verilməli olmasına dair əsaslandığı dəlillərə və həmin dəlilləri təkzib edə biləcək hallara toxunulmamış, ümumi ifadələrlə MMC və vəzifəli şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın icrası ilə bağlı hər hansı tədbir görülmədiyi iddia edilmişdir. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXM-nin 2-ci maddəsi). İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olubolmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta tərkibi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (İXM-in 75-ci maddəsi). Təqsirsizlik prezumpsiyası prinsipini özündə ehtiva edən normalara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi). Tərəflərdən alınmış izahatı, sənədləri işin müəyyən edilmiş sayılan halları, MMC-nin və vəzifəli şəxsin təqsirli bilinməsi tələb olunan İXM-in 529.1-1-ci maddəsinin dispozisiyası, xətanın tərkibinin əlamətləri ilə müqayisə etdikdə, həmin sübutların işin müəyyən edilmiş sayılan, sözügedən xətanın tərkibinin əlamətləri ilə şərtləndirilən hallarla uzlaşmadığı, sübuta yetirilmədiyi aydın olur. Məhkəmə birinci instansiya məhkəməsi ilə razılaşaraq təkrarən qeyd edir ki, X3 aliment üzrə 3288 (üç min iki yüz səksən səkkiz) manat borcun əmək haqqından hər ay borc məbləği ödənilənədək 70 faiz tutulması barədə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)- ****/**** nömrəli iş üzrə ##.##.2025-ci il tarixli icra vərəqəsi olmuş, icra sənədində borclunun əmək haqqından hər ay borc məbləği ödənilənədək 70 faiz, borc bitdikdən sonra isə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində alimentin tutularaq tələbkarın hesabına ödənilməli olması göstərilmişdir. X8 Xidmətinin inzibati tənbeh vermə haqqında qərarının icrası barədə tədbirlərin görülməsinə dair məktubu isə qeyd edilən icra sənədindən səkkiz gün sonra MMC-yə daxil olmaqla X3 əmək haqqından müvafiq tutulmaların artıq həyata keçirməsi səbəbindən vaxtında icra edilməmişdir. Səlahiyyətli orqan nəzərə almamışdır ki, tələb edilən tarixə inzibati tənbeh vermə haqqında qərarının icrası ilə bağlı X3 qazancından tutmaların həyata keçirilməsi hüquqi baxmından (“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 65-ci maddəsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 176-cı maddəsi) və obyektiv səbəbən (qazancının 120 faizinə yaxın tutma) mümkün olmamışdır. Sadalanan hallar, növbəti aylarda inzibati tənbeh vermə haqqında qərarının icrası ilə bağlı MMC-nin davranışı ona əsas vermişdir ki, hazırkı iş üzrə səlahiyyətli orqanın iddia etdiyi kimi, MMC-nin və vəzifəli şəxsin hərəkətsizliyində qeyd edilən xətanın obyektiv və subyektiv cəhəti mövcud olmamışdır. Belə olan halda məhkəmə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq bu qərardan fərqli qərar qəbul edilməsi üçün əsas görmür. Odur ki, birinci instansiya məhkəməsinin *(*-**)-*****/**** saylı, ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə inzibati tənbeh vermə haqqında qərarın qəbulu üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-3182/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3182/2026
29.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver