Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3183/2026 28.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, X4 Oruc qızının katibliyi, Qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ##.##.2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxılaraq, MÜƏYYƏN EDILDI: Şikayət verən Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək, Bakı Şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ##.##.2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Bakı Şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin IXP******* nömrəli protokol əsasında tərtib edilmiş inzibati tənbehvermə haqqında TP******* nömrəli qərarın ləğv edilməsi ilə bağlı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə ##.##.2026-cı il tarixində etdiyi şikayət əsasında Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qəbul edilmiş, həmin qərarın nəticəvi hissəsinə əsasən tərəfimdən verilmiş şikayət qismən təmin edilmiş, inzibati xəta haqqında Bakı şəhər X1 Idarəsinin ##.##.2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi barədə qərarı ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Bakı şəhər X1 Idarəsinə icra üçün göndərilmişdir. Məlum olduğu kimi, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması səbəbindən inzibati tənbehvermə haqqında qərar Azərbaycan Respublikası IXM-nin 134.1.4-cü maddəsinə istinad edilərək ləğv edilib inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər X1 Idarəsinə göndərilsə də, qərarın icrası ilə bağlı araşdırma aparılmadan, ona sübut təqdim edilmədən əvvəlki qərar ilkin olaraq sistem üzərindən qərarsız formaya salınmış, daha sonra ##.##.2026-ci il tarixində qanunsuz TP******* nömrəli qərar qəbul edilmiş, qərar təqdim olunmamış, tanış edilməmiş, daha sonra həmin qərar da sistem üzərindən qərarsız formaya salınmış ##.##.2026-cı il tarixində yenidən qanunsuz TP******* nömrəli qərar qəbul edilmiş, qərara foto və ya videogörüntü və s sübut mənbəyi olan sənədlər qoşma edilməmişdir. Azərbaycan Respublikası IXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası IXM-nin 135.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmçinin Azərbaycan Respublikası IXMnin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. *(*-**)-****/**** nömrəli qərarın məzmunundan müəyyən edilir ki, onun tərəfindən qeyd olunan inzibati xətalar törədilməmişdir. Həmçinin Bakı Şəhər X1 Idarəsinin inzibatçı əməkdaşı tərəfindən baş vermiş hadisə üzrə hərtərəfli, tam və obyektiv araşdırılma aparılmamışdır. Bu hal isə məhkəmədə işə baxılarkən onun qeyd olunan inzibati xətaları törətməyinə dair şübhələr yaratmışdır. Eyni zamanda, iş üzrə onun təqsirli olmağını təsdiq edən hər hansı sübut və əsas göstərilmədən, natamam araşdırma aparılmaqla barəsində inzibati tənbeh tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmaması və araşdırma zamanı mənim hüquqlarımın təmin edilməməsi inzibati xətanın tərkib əlamətlərinin mövcud olmadığını göstərir. Belə ki, Azərbaycan Respublikası IXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraat zamanı qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə inzibati xəta haqqında işə xitam verilir. Beləliklə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikası IXM ilə müəyyən edilmiş tələblər pozulmuş, nəticədə barəmdə əsassız olaraq ##.##.2026-cı il tarixli, TP******* nömrəli "Inzibati tənbehvermə haqqında" qərar qəbul edilmiş və hüquqlarım pozulmuşdur. Bu səbəbdən də inzibati məsuliyyətə cəlb olunmağı qanunsuzdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə şikayət təmin edilmiş, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsi apellyasiya şikayəti verərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası IXM-nin 329.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə münasibətdə məhkəmə qeyd edir ki, səlahiyyətli orqanın gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların tam və hərtərəfli araşdırılmaması əsası ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinə göndərilmişdir. Lakin işə yenidən baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) iştirakı təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qərarı ilə müəyyən edilmiş və işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən halların aradan qaldırılması və həmin qərarda göstərilən ziddiyyətlərin tam şəkildə araşdırılması təmin edilmədən yeni inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi şəxsin təqsirinin Azərbaycan Respublikası IXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası IXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası IXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası IXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası IXM-nin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin ##.##.2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №3(3-6)-3183/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3183/2026
28.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver