Məhkəmə qərarları › İş №3(3-6)-3197/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-3197/2026

25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-3197/2026 25.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) adından tərtib edilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X1 tərəfindən qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayət və ona əlavə olunmuş sənədlər baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim İbadzadə Anar Qənimət oğlu) Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X1 tərəfindən qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayəti təmin edilməmişdir. Qərardan şikayət verən orqan (şəxs) adından həmin məhkəmə qərarından tərtib edilmiş şikayətdə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Daxil olmuş şikayətin forma məzmununda şikayəti verən şəxsin ad, soyad, ata adı, həmçinin əl və ya elektron imzası mövcud deyil. Azərbaycan Respublikası İXM-də birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayət və ya protestin onu vermiş şəxs və ya vəzifəli şəxs tərəfindən imzalanmadığı halda, hansı qərarın qəbul edilməsini tənzimləyən norma yoxdur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun: - 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. - 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. - 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 387.3-cü maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti yazılı şəkildə verilir və onu verən şəxs tərəfindən imzalanır. - 391.4-cü maddəsinə əsasən bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası İXM-in 6.3cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə inzibati xəta haqqında icraat materialları Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) adından tərtib edilmiş şikayətə baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalı, sonuncuya həmin qərardan verdiyi şikayəti imzaladıqdan sonra yenidən şikayət verməsi ilə əlaqədar ötürdüyü prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası CPM-in 387.3 və 391.4cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İş üzrə inzibati xəta haqqında icraat materialları Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) adından tərtib edilmiş şikayətə baxılmadan birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardan şikayət verən orqan (şəxs) izah edilir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından verdiyi şikayəti imzaladıqdan sonra yenidən şikayət verməsi ilə əlaqədar ötürdüyü prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar