Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3209/2026 25.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Fidan Faiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili nümayəndə2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ######## 2026-cı il *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatına Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tərtib olunmuş ## ######## 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən həmin tarixdə saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ictimai qaydanı kobud şəkildə pozaraq polis əməkdaşlarına tabesizlik nümayiş etdirmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarına əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmiş, həbsetmənin əvvəli ## ######## 2026-cı il tarixdən hesablanmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş materiallara əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları, R Samir Əzimi və R Turqay Mahmudov tərəfindən ## ######## 2026-cı il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, R Əbülfət Rzayevə baş vermiş inzibati xətanın təfərrüatlarını əks etdirən raportda qeyd olunmuşdur ki, o, R Turqay Mahmudov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, R Samir Əzimi ilə birlikdə olarkən ## ######## 2026-cı il tarixdə saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti 5 ünvanının yaxınlığında ictimai yerdə bir nəfər şəxsin ucadan danışaraq ünvansız nalayiq söyüşlər söyməklə, çöldə olan hasarlanmış qurğulara ayaq zərbələri endirərək ictimai qaydanı pozduğunu görmüşlər. Bu da həmin polis əməkdaşlarının diqqətini cəlb etmişdir. Polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişdir və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsi intizama dəvət etmişlər və o, polis əməkdaşlarının iradına məhəl qoymamış və o həmçinin ona irad bildirənlərin polis əməkdaşı olduğunu bildirdikdən sonra hərəkətlərini daha da aqressivləşdirmiş, onu sakitləşdirməyə yönəlmiş hərəkətlərə qarşı nalayiq söyüşlər söyməklə, əl-qol hərəkətləri ilə cavab vermişdir. Bu səbəbdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmək istəyərkən o polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək, onların əlindən çıxaraq bir neçə dəfə qaçmağa cəhd göstərmişdir. Polis əməkdaşları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs saxlayaraq Baş İdarəyə gətirmişlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati qaydada tutulduqdan sonra onun üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı onun əynindəki şalvarın sol yan cibindən 01 ədəd telefon aşkar edilməklə axtarışın nəticəsində polis R S.Əzimi tərəfindən ## ######## 2026-cı il tarixdə şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarında gəldiyi nəticəyə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları- R Turqay Mahmudov və əməliyyat müvəkkili, R Samir Əzimi tərəfindən ## ######## 2026-cı il tarixində saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti 5 ünvanının yaxınlığında saxlanılmaqla idarəyə aparılmışdır. Əslində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ######## 2026cı il tarixdə idarə etmiş olduğu **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonundan Bakı şəhərinə gələrkən saat 18:00 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən idarə etdiyi avtomobillə birlikdə saxlanılmaqla həmin Baş idarəyə aparılmış və orada təxminən 42 saat müddətində qanunsuz olaraq saxlanılmış, barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq onun saxlanılma statusuna görə hər hansı bir rəsmiləşdirmə aparılmamışdır. Həmçinin o, idarə etmiş olduğu nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən saxlanılmasına baxmayaraq, inzibati xəta haqqında iş materiallarında adı keçməmişdir, eləcə də onun nəqliyyat vasitəsinin bu günədək harada olması barədə də məlumat təqdim olunmamışdır. Buradan məlum olur ki, onun azadlığı ## ######## 2026-cı il saat 18:00 radələrində məhdudlaşdırılmışdır. Lakin İnzibati Xətalar Məcəlləsinin 78.1-ci maddəsində əsasən inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması 3 saatdan çox ola bilməz, belə olan halda şəxsin hüquqları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları tərəfindən kobud şəkildə pozulmuşdur. Xalıq Xalıqovun ailə üzvləri ## ######## 2026-cı il tarixdə saat 18:00-dan onunla əlaqələrinin kəsilməsi ondan heç bir halda məlumat ala bilməməsi səbəbindən ailə üzvləri onun müəmmalı şəkildə yoxa çıxması barədə ## ######## 2026-cı il tarixdə saat 04:14 radələrində DİN-in "102" xidməti-zəng mərkəzinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yoxa çıxması və onun axtarılması barədə müvafiq tədbirlərin görülməsi xahiş etmişdir. Qeyd olunan bu fakt hadisənin raportda qeyd olunduğu kimi baş verdiyini istisna edir, belə ki Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ailə üzvləri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs evdə və yaxud da ki onun harada olması barədə məlumatlı olmuş olsa idi nə üçün DİN-in "102" xidməti-zəng mərkəzi sisteminə bu cür "yalan" məlumatla müraciət etmiş olsun. Bundan başqa, onun Bakı şəhəri, Fətəlixan Xoyski prospekti 5 ünvanında saxlanılması faktını inkar edən və onun 42 saat müddətində idarədə saxlanılmaqla azadlığının qanunsuz olaraq məhdudlaşdırılması faktını təsdiq edən sübut mənbəyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istifadəsində olmuş 051-666-66-00 və 077-374-74-51 mobil nömrənin həmin tarixlərdə və saatda anten əhatə dairəsi məlumatları baxımından Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının yerləşdiyi əhatə dairəsinə düşməsi ilə öz təsdiqini tapmış olur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları, R Samir Əzimi və R Turqay Mahmudov tərəfindən ## ######## 2026-cı il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə ünvanladıqları baş vermiş inzibati xətanın təfərrüatlarını əks etdirən raportda qeyd olunmuşdur ki, ## ######## 2026-cı il tarixdə saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti 5 ünvanının yaxınlığında ictimai yerdə ucadan danışaraq ünvansız nalayiq söyüşlər söyməklə, çöldə olan hasarlanmış qurğulara ayaq zərbələri endirərək ictimai qaydanı pozmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs psixi cəhətdən sağlam olmaqla həmin gün sərxoş olmamışdır. Belə olan halda onun qeyd olunan hərəkətləri törətməsi də məntiqsizdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isə qeyd olunan şəraitdə saxlanılmamışdır. Polis əməkdaşları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs raportda qeyd olunan şəraitdə saxlaması əqli cəhətdən sağlam olan və ya həmin vaxt sərxoş olmayan şəxsin hərəkətləri deyildir. Belə ki, hər hansı bir şəxsin heç bir səbəb olmadan ünvansız nalayiq söyüşlər söyməsi, həmçinin çöl ərazisində olan hasarlanmış qurğulara ayaq zərbələri endirməsi şəxsin əqli cəhətdən hər hansı bir qüsura sahib olduğuna işarəsidir və ya həmin vaxt onu sərxoşluq vəziyyətinə çatdıran hər hansı bir maddədən qəbul etməsinə işarədir. Eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin ərazidə saxlanmasını təsdiq edən iş materiallarında foto, videoçəkiliş olmamışdır. Hətta Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatı belə alınmamış, heç bir zəruri araşdırma aparılmadan, yəni iş üzrə sübut edilməli olan hallar aydınlaşdırılmadan iş baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə isə İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat başlanılmış şəxsin təqsirliliyi məsələsini həll etməlidir. Məhkəmə isə işin faktiki hallarına uyğun qərar qəbul etməklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlandığı vaxtı və yeri müəyyən etməli, şəxsin qanunsuz saxlanmasına, onun qohumlarının barəsində ## ######## 2026-cı il tarixdən xəbərsiz itkin düşməsinə dair DİN-in 102 xidmətinə məlumat vermələrinin səbəblərini, eyni zamanda onun anlaqlı olması, əqli cəhətdən hər hansı qüsuru və sərxoş olmadığı halda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olan Samir Əzimi və Turqay Mahmudovun həmin hərəkətləri etməsinin mümkünlüyü məsələsini araşdırmalı, həmçinin barəsində inzibati xəta haqqında icraat başladılmış şəxsin hadisə ilə bağlı iş materiallarında izahatının olmamasının səbəbini araşdırmalı olduğu halda, bunların heç birini yerinə yetirməmiş, inzibati xəta haqqında icraat materiallarında işin düzgün və obyektiv araşdırılaraq şəxsin barəsində inzibati tənbeh növünə daxil olan müvafiq inzibati tənbeh tədbirinin seçilməsi üçün, eləcə də şəxsin təqsirliliyi məsələsinin müəyyənləşdirilməsi üçün lazımi və zəruri sənədlər məhkəməyə təqdim olunmuş materiallarda olmamış və məhkəmə tərəfindən də bu formal araşdırma işin düzgün həlli və şəxsin barəsində müvafiq inzibati tənbeh tədbiri növünün seçilməsinə kifayət etmişdir. Belə ki, məhkəmə həmin formal araşdırmanı əsas götürmüş və Xalıq Xalıqov barəsində əlavə araşdırma aparmadan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1-ci maddələri ilə 01 ay müddətində inzibati həbs növündə cəza təyin olunmuşdur. Bundan əlavə, tərtib edilmiş inzibati xəta haqqında ## ######## 2026-cı il tarixli, MN ******* saylı protokolda və digər iş materiallarında inzibati xəta haqqında işin halları hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılmadan, inzibati xəta törətmiş şəxsin təqsiri sübut edilmədən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən inzibati xəta haqqında icraat yekunlaşdırılmışdır. Belə ki, ## ######## 2026-cı il tarixli MN ******* saylı protokola nəzər yetirən zaman ilk növbədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin R S.Əzimi tərəfindən protokol tərtib olunan zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta üzrə izahatını almadığı məlum olur, protokolda kompüter vasitəsi ilə "Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan" yazılmış qrafada polis əməkdaşı S.Əzimi öz əl yazısı ilə "Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs" yazmış, kompüter vasitəsilə "izahatında bildirmişdir ki" qrafasında isə yenə polis əməkdaşı S.Əzimi öz əl yazısı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvəzindən "törətdiyi əməldən peşmandır" yazmışdır, halbuki İnzibati Xətalar Məcəlləsinin 78.1-ci və 78.2-ci maddələrində qeyd olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Həmin protokolda isə barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iş üzrə ona məlum olan hallar barədə izahat alınmamışdır, belə ki, iş materiallarına əlavə olunmuş sənədlər nəzərdən keçirilərkən heç bir sənəddə inzibati xətaya səbəb olan hərəkətlərin törədilməsi ilə bağlı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səsləndirmiş olduğu nalayiq ifadələrin nədən ibarət olması, həmin nalayiq ifadələri işlətməkdə məqsədinin nədən ibarət olması və inzibati xəta haqqında barəsində icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs işin halları və həmin xətaya münasibəti ilə bağlı onun şəxsindən (dilindən) hər hansı bir izahatı alınmamışdır. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs konstitusion hüququ olan hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ kobud şəkildə pozulmuşdur, belə ki, AR Konstitusiyasının 60-cı maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs guya ki, törətmiş olduğu inzibati xətanın baş vermə səbəbləri, nə üçün həmin vaxt sözgedən ərazidə olması, niyə nalayiq ifadələr işlətməsi, çöl ərazisində olan hasarlanmış qurğulara ayaq zərbələri endirməsinin səbəbi şəxs onun özündən izahatı alınmaqla aydınlaşdırılmamışdır. Məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati qaydada tutmanın başlanğıcı ## ######## 2026-cı il saat 18:00 radələrində tutulmuş, 3 saat sonra azad edilmək və ya məhkəməyə təqdim edilmək əvəzinə, 42 saat 30 dəqiqə sonra azad edilərək məhkəməyə aparılmışdır. Lakin işdə olan heç bir sənəddə 42 saatdan artıq tutulmanın əsasları qeyd edilməmişdir. Qanunvericiliyin qeyd olunan müddasında da göstərilən əsaslar bu işdə olmamışdır. Bu fakt isə məhkəmə tərəfindən araşdırılmamışdır, qanunsuz saxlamanın səbəblərinə qiymət verilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ######## 2026-cı il tarixdə saat 11:00-da inzibati xəta törədilmə yeri kimi göstərilən Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 5 ünvanda olmadığı halda, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarı ilə onun qeyd olunan ərazidə və qeyd olunan vaxtda İnzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair nəticəyə gəlinmiş, onun tərəfindən inzibati xəta törədilmədiyi halda baş verməyən hadisəyə görə o, məhkəmənin qərarı ilə inzibati məsuliyyətə cəlb edilməklə, barəsində inzibati tənbehin sanksiyasında ən sərt cəza növü kimi nəzərdə tutulan 01 ay müddətində inzibati həbs cəzası verilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək əlavə olaraq şəxsin qardaşını əsassız yerə çağırdıqlarına görə müstəntiqə zəng edərək münasibət bildirməsindən sonra bu hadisənin baş verdiyini, növbəti gün qardaşının da həmin idarə tərəfindən evdən aparılıb saxlandığını, qardaşının da müdafiəsi ilə bağlı qohumları ilə müqavilə bağlayıb order aldığını, müdafiəçisi kimi həmin idarəyə müracət edib Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qardaşı ilə görüşməyə cəhd etdiyini, bir gün sonra – şənbə günü sərbəst buraxıldığını qeyd etdi, bütün göstərilənlərin nəzərə alınaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, himayəsində iki azyaşlı uşağı vardır. İsmayıllı rayonunun Lahıc qəsəbəsindən olsa da, hazırda ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Sabirabad rayonunda “Məkan” adlı kafedə işləyir. Bu ilin sentyabr ayının 16-da anasını görmək üçün Bakı şəhərinə getmək qərarına gəlmişdir. Əvvəlcə Sabirabaddan İsmayıllı rayonuna gedib oradan Bakıya tək yola düşmüş, Şamaxı rayonunda yanacaqdoldurma məntəqəsinə girib idarə etdiyi avtomobilə yanacaq doldurmuş və yanacaqdoldurma məntəqəsindən çıxdıqdan dərhal sonra yol polisi onun maşınını saxlamışdır. Polis avtomobildə tək olduğundan özü düşüb polis maşınına yaxınlaşmışdır. Bu vaxt üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb saxlamış və başqa bir maşına əyləşdirdirmiş, onu saxlanma səbəbini izah etmədən Şamaxıdan Bakıya - Daxili İşlər Nazirliyinə aparacaqlarını demişlər. Maşında ondan başqa iki nəfər olmuş, əyləşdiyi maşının “Toyota” markalı olmasını təxmin edir. Ona məxsus avtomobilə isə başqa biri əyləşib idarə etmişdir. Polis olduqlarını başa düşdüyü həmin şəxslər ona camaatı, yəni anası və qardaşının xəsarət aldığı avtoqəza ilə bağlı cinayət işi üzrə müstəntiqi narahat etdiyini demişlər. Belə bir qəza isə həqiqətən illər öncə baş vermiş, Bakı şəhərinin Nəsimi rayonu ərazisində qardaşı və anasını maşın vurmuş, onlar xəsarət almış, qardaşının qabırğaları sınmış və hal-hazırda da həmin xəsarətlərdən əziyyət çəkməkdədir. Əməli törədən şəxs bütün xərcləri ödəyəcəyini bildirsə də, iş bağlanandan sonra heç bir kömək etməmiş, bütün xərcləri özləri çəkmişlər. Hadisəni törədən şəxs isə bütün məsələləri müstəntiqlə razılaşdırdığını bildirib onlarla əlaqəni kəsmişdir. Sonradan həmin şəxsdən X6 vasitəsilə 3000 manat ziyan ödənilməsini tələb etmişlər, amma heç bir nəticə olmamışdır. Sonuncu dəfə saxlanmazdan təxminən bir ay əvvəl Orxan Süleymanova yenə bu məsələ ilə bağlı zəng vurmuşdur. X6 əməli törədən şəxsi tanımadığını, tapa bilmədiyini demişdir. Müstəntiq ona bu hərəkətləri ilə əslində “mərdimazarlıq etdiyini, kişinin kişiyə bunu etməməli olduğunu” demişdir. Amma o həmin müstəntiqə qarşı başqa bir artıq söz deməmiş, söyüş, nalayiq ifadə işlətməmişdir. Məhz bu məsələyə görə də saxlanmışdır. Səhv etdiyini deyib. Birinci instansiya məhkəməsində də sədrlik edən hakimin ondan fiziki olaraq daha güclü olan polis əməkdaşlarına qarşı müqavimət göstərdiyini soruşduqda məcbur qalıb təsdiq etmişdir. Xəstəliyi səbəbindən qapalı məkanda qala bilmədiyini, qapalı məkanda qalacağı təqdirdə həyatına qəsd edə biləcəyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ######## 2026-cı il *(*-**)-****/**** saylı qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb proses iştirakçılarının çıxışlarını dinləyərək belə hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. İş materiallarında olan ## ######## 2026-cı il tarixli raportdan görünür ki, ## ######## 2026-cı il tarixdə saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti 5 ünvanının yaxınlığında bir şəxsin ictimai yerdə ucadan danışaraq ünvansız nalayiq ifadələr işlətməsi və ərazidə yerləşən hasarlanmış qurğulara ayaq zərbələri endirməklə ictimai qaydanı pozması polis əməkdaşlarının diqqətini cəlb etmişdir. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və onu intizama dəvət etmişlər. Lakin həmin şəxs polis əməkdaşlarının iradına məhəl qoymamış, polis əməkdaşı olduqları bildirildikdən sonra davranışını daha da aqressivləşdirərək onları nalayiq ifadələrlə təhqir etmiş, əl-qol hərəkətləri ilə müqavimət göstərmişdir. Həmin şəxsin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməsi zamanı isə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onların əlindən çıxmağa və bir neçə dəfə qaçmağa cəhd göstərmişdir. Nəticədə həmin şəxs saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada onun ## #### 1991-ci ildə İsmayıllı rayonunda doğulmuş, İsmayıllı rayonu, Lahıc qəsəbəsində qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X2 protokolu müdafiə edərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs telefonla danışarkən uca səslə nalayiq ifadələr işlətmişdir. Sonuncuya bu hərəkətə yol verməməsi bildirildikdə o, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, onların qanuni tələblərinə tabe olmaqdan boyun qaçırmışdır. Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati işə baxılarkən qanunvericiliyin tələbləri düzgün nəzərə alınmamış, işin faktiki hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına imkan verən kifayət qədər sübutlar qiymətləndirilməmişdir. Bununla bağlı məhkəmə inzibati icraat və şikayət üzrə təqdim olunmuş məlumatları, habelə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq qeyd edir ki, inzibati iş üzrə mübahisə doğuran və araşdırılması tələb olunan hallar, habelə şəxsin əməlində inzibati xəta tərkibinin olması ilə bağlı kifayət qədər ziddiyyətli məqamlar mövcuddur. Əvvəla, məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsində hakimin sualına polis əməkdaşının cavabında qeyd edildiyi kimi, şəxsin istinad edilən inzibati xətanı törətməsi hər hansı digər sübutlarla öz təsdiqini tapmır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin ərazidə xəta törətməsini təsdiq edən heç bir foto və ya videoçəkiliş, həmçinin həmin saatda edilmiş zənglərlə bağlı hər hansı məlumat iş materiallarına əlavə olunmamışdır. Beləliklə, əslində şəxsin təsvir olunan şəraitdə təqsirliliyini sübut edən mötəbər sübutlar təqdim edilməmişdir. Apellyasiya şikayətində şəxsin ona istinad edilən inzibati xətaları törətməsini təsdiq edən heç bir sübut mövcud olmadığı qeyd edilməklə göstərilmişdir ki, əslində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparılan sənədləşmələrdə əks olunduğu kimi ## ######## 2026-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti 5 ünvanının yaxınlığında deyil, ## ######## 2026-cı il tarixdə özünün idarə etdiyi avtomobillə Şamaxı rayonundan Bakı şəhərinə gələrkən saat 18:00 radələrində saxlanılmaqla həmin Baş idarəyə aparılmış və orada təxminən 42 saat müddətində hər hansı rəsmiləşdirmə aparılmadan saxlanıldıqdan sonra barəsində inzibati xəta törətməsi barədə sənədlər tərtib olunmuşdur. Beləliklə, müdafiəçi göstərmişdir ki, şəxs polis qurumuna aparılaraq orada rəsmiləşdirmə aparılmadan 42 saatdan artıq qanunsuz saxlanılmışdır. Bundan sonra, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə əlaqə yarada bilmədikləri üçün ailə üzvləri bu barədə ## ######## 2026-cı il tarixdə saat 04:14-də DİN-in "102" Zəng Mərkəzinə axtarış müraciəti etmişdir. Göründüyü kimi, polis raportunda yazıldığı kimi şəxs 18 sentyabradək azadlıqda olsaydı, ailəsinin DİN-in "102" xidmətinə axtarış müraciəti etməsi məntiqsiz və mümkünsüz olardı. Apellyasiya baxışı zamanı müdafiəçi, həmçinin şəxsin saxlanma faktının ailə üzvlərinin zərərçəkmiş olduğu tamamilə başqa bir işə görə müstəntiqə zənglə əlaqəli olmasını qeyd edərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs saxlandıqdan sonra sonuncunun qardaşı İbrahim Xalıqzadənin də həmin idarə tərəfindən saxlandığını, qardaşının da müdafiəsi ilə bağlı qohumları ilə müqavilə bağladığını, müdafiəçisi kimi həmin idarəyə müracət edib İbrahim Xalıqzadə ilə görüşməyə cəhd etdiyini, bir gün sonra – şənbə günü sərbəst buraxıldığını qeyd etmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş qardaşı Xalıqzadə İbrahim Əziz oğlunun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə bağlanan vəkil orderinin tarixi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş orderin tarixindən bir neçə gün əvvəlki tarixə təsadüf edir. Bu fakt da aydın şəkildə göstərir ki, ailə və müdafiəçi hazırkı iş üzrə inzibati xəta iddiasından əvvəl artıq digər ailə üzvünün (qardaşının) də hüquqi problemi ilə məşğul idi. Bundan başqa, İdarə tərəfindən **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması və ya onun harada saxlanılması barədə iş materiallarında heç bir qeyd aparılmamışdır. İşin faktiki halı kimi təqdim edilən digər məsələ isə ondan ibarətdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs kənar bir ünvanda ucadan ünvansız söyüş söyməsi və hasarlanmış qurğuları təpikləməsi iddia edilir. Müdafiəçinin təqdim etdiyi dəlillər çoxluğunun mövcudluğu şəraitində psixi cəhətdən tam anlaqlı və hadisə anında sərxoşluq vəziyyətində olmamış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs küçədə heç bir səbəb olmadan bu cür hərəkətlər etməsinin səbəbləri, bu halın baş verməsinin təsdiqinə yönəlmiş hər hansı araşdırma aparılmamışdır. Digər ciddi bir xüsusat isə ondan ibarətdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətaya dair heç bir izahat alınmamışdır. İnzibati xəta haqqında protokolda müvafiq qrafada əlyazma ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adından "törətdiyi əməldən peşmandır" sözləri yazılmışdır. Şəxsin ümumiyyətlə izahatının alınmaması isə işin mübahisəsiz halıdır. Halbuki birinci instansiyadakı prosesin özünün də gedişi şəhərin mərkəzi hissəsi sayılacaq ərazidə baş verməsi qeyd edilən bu xətalara dair hər hansı dəlilin olmamasının hakimin diqqətindən qaçmadığı görünür. Amma ümumilikdə 7 dəqiqə 4 saniyə davam etmiş məhkəmə prosesində tutulmuş şəxsin öz iradəsini sərbəst şəkildə ifadə edə biləcək şərait yaradılmadan bəsit və qısa izahatı alınmaqla kifayətlənilmiş, izahat alınarkən hər iki polis əməkdaşı məhkəmə iclas zalında olmuş, birinin izahatı alınarkən digər zaldan kənarlaşdırılmamış, hakim özü də bu halı müəyyən etmiş, əlavə tədbir görməmiş və bir polis əməkdaşının izahatı ilə kifayətlənilmişdir. Halbuki digər polis əməkdaşı zaldan kənarlaşdırılmaqla ayrı-ayrılıqda izahatlarının alınması ziddiyyətli məqamların ortaya çıxarılmasına, bu izahatların mötəbərliliyinə dair obyektiv qənaət formalaşdırmağa aşkar şərait yarada bilərdi. Hətta məhkəmədə dinlənilmiş polis əməkdaşının iş materialları ilə ziddiyyət təşkil edən izahatı üzrə də dəqiqləşdirilməmiş, aşkar ziddiyyətlər aradan qaldırılmamışdır. Belə ki, iki polis əməkdaşı tərəfindən hadisə ilə bağlı tərtib edilmiş raportda şəxsin hərəkətləri “...ünvansız nalayiq söyüşlər söyməklə çöldə olan hasarlanmış qurğulara ayaq zərbələri endirərək ictimai qaydanı pozması… polis əməkdaşı olduğumuzu bildirdikdən sonra hərəkətlərini daha da aqressivləşdirdi, onu sakitləşdirməyə yönəlmiş hərəkətlərimizə qarşı nalayiq söyüşlər söyməklə, əl-qol hərəkətləri ilə cavab verdi. Bu səbəbdən həmin şəxs BMCMİ-nə gətirmək istəyərkən o hətta polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək əlimizdən çıxaraq bir neçə dəfə qaçmağa cəhd göstərdi…” kimi təsvir edilmişdir. Amma əməliyyat müvəkkili X2 məhkəmədəki izahatında bu məqamlar – “…hasarlanmış qurğulara ayaq zərbələri endirərək ictimai qaydanı pozması… polis əməkdaşı olduğumuzu bildirdikdən sonra hərəkətlərini daha da aqressivləşdirdi, onu sakitləşdirməyə yönəlmiş hərəkətlərimizə qarşı nalayiq söyüşlər söyməklə, əl-qol hərəkətləri ilə cavab verməsi… həmin şəxsi BMCMİ-nə gətirmək istəyərkən onun hətta polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək əllərindən çıxaraq bir neçə dəfə qaçmağa cəhd göstərməsi…” barədə heç nə bildirilmir. Hakim tərəfindən də bu xüsusatların heç biri araşdırılmır, polis əməkdaşının iş materialı ilə ziddiyyətli olan izahatı üzrə heç bir dəqiqləşdirmə aparılmır. Halbuki şəxsin tutulmasına əslində konkret səbəblər kimi reallıqda baş verdiyi halda bu dəlillər çıxış edə bilərdi. Amma həmin təsvir olunan vəziyyət üçün normal məntiqə uyğun olmayan bu davranışın inandırıcı olmaması xüsusatına görə hakim hadisəni təsdiq edə biləcək dəlil olub-olmadığını soruşur, cavabında polis əməkdaşı başqa dəlil (videogörüntü və sair) olmadığını bildirib şahid olduğunu deyir və zalda saxlanmış şəxsin arxasında əyləşib prosesi izləyən digər polis əməkdaşını göstərir. Polis əməkdaşı izahatı verdikdən sonra söz verilən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isə heç bir sərbəst izahat verməmiş, şəxsin sərbəst izahat verməsinə nail olunması üçün lazımi səy göstərilməmişdir. Şəxsin izahatı yalnız hakimin verdiyi suallara aşkar tərəddüdlü cavablar olaraq “olub belə hal… telefonla danışırdım… adam var idi onunla danışırdım… Bakıya bu gün elə-belə gəlmişəm. səhər-səhər gəlmişəm qohumlarımgilə… park tərəfdə saxlanmışam… ora gəzməyə getmişdim…telefonla aqressiya ilə danışdığına görə…məhəl qoymadım, davam elədim (telefonla danışığı)…sonra idarəyə gətirdilər” sözlərindən ibarətdir. Tutulmuş şəxs də iş materiallarında hadisənin real mənzərəsi kimi raportda təsvir olunmuş hallar barədə heç bir məlumat verməmiş, şəxsə həqiqətən təsvir olunan bu hərəkətlərin baş verib-vermədiyi barədə sual da ünvanlanmamışdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, sübutları qiymətləndirmədən formal qərar çıxarmışdır. Məhkəmə polislərin təqdim etdiyi materialları olduğu kimi qəbul etmiş, şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1ci maddələri ilə 1 ay müddətinə inzibati həbs kimi ən ağır tənbeh tədbirini tətbiq etmişdir. İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik prinsipləri təmin edilməlidir. Həmçinin dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Bununla bərabər, xatırlatmaq zəruridir ki, inzibati xəta haqqında icraat üzrə işin düzgün həlli üçün əhəmiyyətli olan halların tam və ətraflı araşdırılması, bununla bağlı hərəkətləri vaxtında və lazımi qaydada icra etmək öhdəliyi (qanunvericiliklə nəzərdə tutulan digər kompleks tədbirlər) həmin vəzifəli şəxslərə (məhkəmə icraatında isə hakimlərə) aiddir. Lakin işə baxan birinci instansiya məhkəməsi bu hallara əhəmiyyət vermədən İnzibati Xətalar Məcəlləsinin 75, 76, 80-ci maddələri baxımından qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl etməmiş, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına səbəb olmuşdur. İnzibati xəta haqqında iş materialı araşdırılarkən hesab olunur ki, şəxsin təqsirli bilinməsinə dair kifayət qədər sübut toplanılmadığını nəzərə almadan, inzibati xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirməmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xətanın tərkibi mövcud olması barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli olması materialla sübuta yetirilmir. Belə olan halda, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri də pozulmaqla əhəmiyyətli hallar kifayət qədər nəzərə alınmadan, xətanın xarakteri müəyyən edilmədən ədalətsiz qərar qəbul edilmişdir. Qeyd edilən hallara əsasən, məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barədə natamam məlumatı göstərməklə kifayətlənmiş və işə mahiyyəti üzrə səthi yanaşmış və məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, hüquq və azadlıqların qorunması, işin hallarına vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılması, inzibati xəta törətmiş şəxsi aşkar etmək, inzibati məsuliyyətə cəlb etmək, çıxarılmış qərarın icrasını təmin etmək, habelə inzibati xətanın törədilməsində kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsaslanaraq, məhkəmə belə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, onun İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ######## 2026-cı il *(*-**)-****/**** saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 53.2, 114.2.1 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ######## 2026-cı il *(*-**)-****/**** saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında dərhal həbsdən azad edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-3209/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3209/2026
25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver