Məhkəmə qərarları › İş №3(3-6)-3234/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3234/2026

26.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3234/2026 26.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Əli İrfan oğlunun sədrliyi, Sadıqova Ləman Şahmar qızının katibliyi, Müdafiəçi - “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili vəkil1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXMnin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 15 (on beş) gün müddətə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından müdafiəçi vəkil1 tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov RPİ-nin 18ci Polis Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı ## ######## 2026-cı il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Gənclik Mall” ticarət mərkəzinin qarşısında ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, bununla da onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi, barəsində 15 (on beş) gün müddətə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi və inzibati həbs müddətinin əvvəlinin ## ######## 2026-cı il, saat 13:10dan hesablanması, məhkəmə qərarının icrasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Mərkəzinə tapşırılması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)****/**** nömrəli qərarının ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-nin 510.1-ci maddasində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından İXM-nin 53.0.2 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, apellyasiya baxışı zamanı iş materialında olan video görüntüyə bilavasitə baxış keçirilməsi, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun İXM-nin 100.1.4, 100.1.6, 100.1.7, 100,3, 101.1, 106.0.3, 106.0.5 və 109.1.6-cı maddələrinin tələblərinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Həm inzibati xata haqqında protokolun tərtib edilməsində ciddi prosessual pozuntulara yol verilmiş, həm inzibati ittihamın faktiki predmeti dəyişdirilmiş, həm də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-nin 510.1-ci məddəsində nəzərdə tutulmuş xırda xuliqanllğın zəruri tərkib əlamətlərinin mövcudluğu mötəbər sübutlarla təsdiq edilməmişdir. İş üzrə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol bu tələblərə cavab vermir. Protokolun inzibati xətanın mahiyyətinə dair hissəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs konkret olaraq hansı hərəkəti etdiyi, həmin hərəkətin hansı formada ictimai qaydanı pozduğu və cəmiyyətə açıqca hörmətsizlik ifadə etdiyi göstərilməmişdir. Məhkəmənin sonradan təqsirliliyin əsasına çevirdiyi avtobusda yüksək səslə musiqi səsləndirilməsi faktı isə protokolda ümumiyyətlə inzibati ittihamın faktiki əsası kimi təsvir edilməmişdir. Protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatı üçün nəzərdə tutulmuş hissə boş saxlanılmış, onun izahat verməkdən imtina etməsi barədə də hər hansı qeyd aparılmamışdır. Raportda guya ətrafdakı vətəndaşların narazılığından bəhs edilsə də, protokolda bir nəfər belə şahid və ya zərərçəkmiş şəxs göstərilməmişdir. Eyni zamanda protokolun surətinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verilməsini təsdiq edən imza mövcud deyil. İXM-nin 101.1-ci maddəsinə görə inzibati xəta faktı aşkar edildikdən dərhal sonra protokol tərtib edilməlidir. İş materialına əsasən hadisənin ## ######## 2026-cı ildə, saat 12:30 radələrində polis əməkdaşı tərəfindən bilavasitə müşahidə edildiyi, Məhərrəmovun həmin gün saat 13:20da inzibati qaydada tutulduğu göstərilsə də, əsas inzibati xəta protokolu yalnız ## ######## 2026-cı ildə tərtib edilmişdir. İşin va ya şəxsin hansı halının əlavə aydınlaşdırılmasına ehtiyac yarandığı va İXM-nin 101.2-ci maddəsinin tətbiqinə hansı əsasın olduğu materiallarda göstərilməmişdir. Bundan başqa, ## ######## 2026-cı il tarixli inzibati qaydada tutma protokolunda hüquqi əsas yalnız ümumi şəkildə "510-cu maddə” kimi göstərilmişdir. Halbuki ## ###### 2026-cı ildən etibarən 510-cu maddə 510.1, 510.2 va 510.3-cü maddələrdən ibarətdir. Şəxsin azadlığının məhdudlaşdırıldığı anda hansı konkret hüquqi tərkib üzrə tutulduğunun aydın göstərilməməsi də iş materiallarının dəqiqliyinə və müdafiə hüququnun təmin edilməsinə dair əlavə şübhə yaradır. Birinci instansiya məhkəməsi bu qüsurları aradan qaldırmamış, əksinə protokolda göstərilməyan başqa faktı - avtobusda musiqinin yüksək səslə səsləndirilməsini inzibati məsuliyyətin əsasına çevirmişdir. Məhkəmə protokolun boşluqlarını özü doldurmaqla şəxsin barəsində irəli sürülmüş inzibati ittihamın faktiki sərhədlərini dəyişə bilməz. ## ######## 2026-cı il tarixli polis raportunda hadisənin Nərimanov rayonu, F.X.Xoyski küçəsi 98A ünvanında, "Gənclik Mall” ticarət mərkəzinin qarşısında baş verdiyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs guya telefonla uca səslə danışdığı, nalayiq ifadələr işlətdiyi va ətrafdakı vətəndaşların narazılığına səbəb olduğu göstərilir. Raportda avtobusda musiqi səsləndirilməsi, audio cihazdan istifadə edilməsi və ya musiqinin yüksək səslə verilməsi barədə heç bir fakt göstərilməmişdir. Protokolda isə xəta mahiyyəti konkret təsvir olunmamışdır. Buna baxmayaraq, məhkəmədə İXM-nin 510.1-ci maddəsi üzrə təqsirliliyin əsas faktiki əsası kimi avtobusda yüksək səslə musiqi səsləndirilməsi qəbul edilmişdir. Beləliklə, raportda göstərilən əməl, protokolda qeyri-müəyyən şəkildə təsvir olunan əməl və məhkəmənin təqsirliliyə əsas götürdüyü əməl eyni deyil. Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında inzibati xəta haqqında protokolun məhkəməmin qərarı üçün əsas olmaqla ittiham yönümlü prosessual sənəd olduğu vurğulanmışdır. Məhkəmənin vəzifəsi həmin ittihamın sübuta yetirilibyetirilmədiyini yoxlamaqdır, protokolda mövcud olmayan yeni faktiki ittiham formalaşdırmaq deyil. İş üzrə video materialın ümumi məzmunundan görünür ki, avtobus salonunda yaranmış hay-küy zamanı musiqi qısa müddətə səsləndirilmiş və vəziyyət sakitləşdikdən sonra sürücü tərəfindən dayandırılmış, bu hal musiqinin ictimai qaydanı pozmaq və cəmiyyətə nümayişkaranə hörmətsizlik etmək məqsədilə səsləndirilməsi barədə naticəni təsdiq etmir. Əksinə hərəkətin situativ va konkret vəziyyətlə məhdud xarakter daşıdığını göstərir. Müdafiə tərəfi bununla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 322.0.6-cı maddəsi ilə təqsirli olduğunu qəbul etmir. Hazırkı hadisədə musiqinin avtobus daxilində yaranmış hay-küyün qarşısının alınması va daşınmanın normal dəvamının təmin edilməsi məqsədilə qısa müddətə səsləndirilməsi nəzərə alınarsa, həmin istifadənin "daşıma prosesi ila bilavasitə əlaqəsi olmadığı” özü də sübuta yetirilməmişdir. Lakin hətta bunun əksi qəbul edilsə belə, qanunvericinin məhz belə audio istifadəsini ayrıca sərnişindaşıma pozuntusu kimi tənzimləməsi göstərir ki, audio cihazdan istifadə faktını əlavə olaraq ictimai qaydanın pozulması va cəmiyyətə açıqca hörmətsizlik əlamətləri sübut edilmədən İXM-nin 510.1-ci maddəsi ilə xırda xuliqanlıq kimi qiymətləndirmək olmaz. Hazırkı işdə raportda istinad edilan "narazı vətəndaşlar”dan heç biri müəyyən edilməmiş, şahid ifadəsi alınmamış, protokolda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatı göstərilməmiş, raportda olan faktla məhkəmənin əsas götürdüyü musiqi epizodu isə bir-birinə uyğun gəlməmişdir. Bu şəraitdə İXM-nin 510.1-ci maddəsinin obyektiv va subyektiv əlamətlərinin sübuta yetirildiyini qəbul etmək mümkün deyil. Belə tənbehin qanuni va əsaslı olması üçün məhkəmə nə üçün cərimənin kifayət etmədiyini, nə üçün inzibati həbsin müstəsna tədbir kimi zəruri olduğunu və nə üçün məhz maksimum 15 günlük müddətin seçildiyini konkret və fərdiləşdirilmiş şəkildə əsaslandırılmalı idi. Hazırkı iş materialında bu dərəcədə ağır tənbehin zəruriliyini təsdiq edən hal görünmür. Hazırkı işdə protokol qanunun tələblərinə uyğun tərtib edilməmiş, protokolda göstərilməyən fakt məhkəmə tərəfindən inzibati məsuliyyətin əsasına çevrilmiş, İXM-nin 510.1-ci maddəsənin "ictimai qaydanı pozan” və "cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” zəruri əlamətləri mötəbər sübutlarla müəyyən edilməmişdir. Apellyasiya baxışı zamanı müdafiəçi vəkil1 apellyasiya qaydasında verdiyi şikayətə əlavə təqdim edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ######## 2026-cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından İXM-nin 53.0.2 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayətə əlavənin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs protokolda göstərilən əmələ görə deyil, protokolda ümumiyyətlə olmayan başqa əmələ görə inzibati həbs tətbiq etmişdir. Belə ki, məhkəmə qərarının özündə göstərilir ki, ## ######## 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Gənclik Mall”un qarşısında ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Yəni protokol üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində irəli sürülmüş inzibati ittiham “Gənclik Mall”un qarşısında baş verdiyi göstərilən konkret hadisəyə aiddir. Lakin məhkəmə yekun qərarında artıq protokolda ümumiyyətlə göstərilməyən başqa bir hadisəni - Məhərrəmovun idarə etdiyi avtobusda yüksək səslə musiqi səsləndirməsini, sərnişinlərin musiqinin səsini azaltmaq tələbinə məhəl qoymamasını da onun İXM-nin 510.1-ci maddəsi ilə təqsirli bilinməsinin əsasına daxil etmişdir. Məhz burada mühüm olan hal ondan ibarətdir ki, bu iki hadisə nə eyni vaxtda, nə də eyni şəraitdə baş vermiş hadisələrdir. Avtobusda yüksək səslə musiqinin səsləndirilməsi ilə bağlı video görüntüdə əks olunan hadisə ## ######## 2026cı il tarixdə saat 18:45 radələrində baş vermişdir. Polis əməkdaşının raportunda göstərilən və inzibati protokolun tərtib edilməsinə əsas olmuş hadisə isə ## ######## 2026-cı il tarixdə, saat 12:30 radələrində ünvan 1 ünvanında, “Gənclik Mall” ticarət mərkəzinin qarşısında baş verdiyi iddia edilən hadisədir. Qərarda da raportun məzmunu məhz bu tarix və vaxtla göstərilmişdir. Beləliklə, ##.##.2026-cı il, saat 18:45 radələrində baş vermiş avtobus hadisəsi ilə ##.##.2026-cı il, saat 12:30 radələrində baş verdiyi göstərilən “Gənclik Mall” hadisəsi tamamilə ayrı-ayrı vaxtlarda baş vermiş iki müstəqil hadisədir. Bundan əlavə, müdafiə tərəfinin mövqeyinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ######## 2026-cı il tarixdə, saat 12:30 radələrində raportda göstərilən ərazidə ümumiyyətlə olmamışdır. O, həmin vaxt yaşadığı Biləcəri ərazisindən sərnişin qismində avtobusa minərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə getmişdir. Məhkəmə ## ######## 2026-cı il tarixli protokol üzrə işə baxdığı halda, ## ######## 2026-cı il tarixdə baş vermiş avtobus hadisəsini həmin protokolun faktiki məzmununa sonradan daxil etmiş və nəticədə protokolda olmayan əmələ görə şəxs barəsində 15 günlük inzibati həbs qərarı qəbul etmişdir. Bundan başqa, qərarın özündə də 15 günlük maksimum inzibati həbsin tətbiqinin səbəbi əsaslandırılmamışdır. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini nə yüngülləşdirən, nə də ağırlaşdıran halların olmadığını müəyyən etmişdir. Buna baxmayaraq, ona İXM-nin 510.1ci maddəsində mümkün olan ən ağır hədd - 15 günlük inzibati həbs tətbiq edilmişdir. Qərarda cərimənin nə üçün kifayət etmədiyi, inzibati həbsin nə üçün zəruri olduğu və nə üçün məhz maksimum 15 günlük müddətin seçildiyi barədə konkret əsaslandırma mövcud deyil. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi vəkil1 apellyasiya qaydasında verilmiş şikayəti və həmin şikayətə verilmiş əlavəni müdafiə edərək, eləcə də apellyasiya qaydasında verilmiş şikayətin və həmin şikayətə verilmiş əlavənin dəlillərinə uyğun çıxış edərək, məhkəmədən apellyasiya qaydasında verilmiş şikayətin və həmin şikayətə verilmiş əlavənin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayəti və həmin şikayətə verilmiş əlavəni iş üzrə material ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət və həmin şikayətə verilmiş əlavə əsassız olduğundan təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 15 (on beş) gün müddətə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialına əlavə edilmiş Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin rəisi Məhşur Hüseynova ünvanlanmış raportdan görünür ki, ##.##.2026-cı il tarixdə, saat 12:30 radələrində ünvan 2 ünvanında “Gənclik Mall” ticarət mərkəzinin qarşısında xidmətdə olan polis əməkdaşları bir nəfər şəxsin uca səslə telefonla danışaraq nalayiq ifadələr işlətdiyini və ətrafdakı vətəndaşların narahatlığına səbəb olduğunu görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və göstərilən şəxsi ictimai yerdə sakitliyə dəvət etmişlər. Həmin şəxs özünü qeyri-adekvat apardığına görə barəsində qanuni tədbir görülməsi üçün 18-ci Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində həmin şəxsin ##.##.2000-ci ildə Gəncə şəhərində anadan olmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olduğu müəyyən edilmişdir. “İnzibati qaydada tutma haqqında” ##.##.2026-cı il tarixli, AZA****** nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026cı il tarixdə, saat 13:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ##.##.2026-cı il tarixli, **** nömrəli aktından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs analizində heç bir narkotik vasitənin qalıqları aşkar edilməmişdir. İş materialına əlavə edilmiş, sosial şəbəkədə paylaşılmış video materialdan sürücü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi ** nömrəli avtobusda sərnişin sıxlığı olduğu görünür, həmçinin avtobusda musiqinin yüksək səslə quraşdırıldığı eşidilir, videodan həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərnişinlərin musiqinin səsini azaltması tələbinə heç bir məhəl qoymadığı, bu davranışı ilə çoxsaylı sərnişinlərin narazılığına səbəb olduğu, sərnişinlərin avtobusda sürücü tərəfindən istilik sisteminin qəsdən qoşulduğunu bildirməklə onun hərəkətlərinə etiraz etdikləri görünür. Belə ki, birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, avtobusda sərnişinlərin çox olması və havanın isti keçməsi ilə əlaqədar sərnişinlərin tələbi nəzərə alınaraq istilik/soyutma sisteminin qoşulması zərurəti yaranmışdır. Lakin avtobusun yeni olması və həmin vaxt elektrik enerjisi ilə işləməsi ilə əlaqədar soyutma sistemini qoşa bilməmişdir. Həmçinin qeyd etmişdir ki, avtobusda Azərbaycan musiqisi səsləndirmiş, lakin musiqinin səs səviyyəsi yüksək olmamış və sərnişinlərin narahatlığına səbəb olacaq dərəcədə səsləndirilməmişdir. Sonda ona münasibətdə yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin sahə inspektoru X1 protokolu müdafiə edərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yolun əsas hissəsində hərəkətdə olan avtobusda sərnişinlərin çox olması və sıxlıq yaranmasına baxmayaraq, yüksək səslə musiqi səsləndirilmiş, sərnişinlərdən bir neçəsi hadisə ilə bağlı görüntüləri sosial şəbəkədə paylaşmış, həmçinin istilik sistemi qoşulmuşdur. Sözügedən hallar nəzərə alınaraq DİN-in 102 xidmətinə məlumat verilmiş və bununla bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda sürücü sərxoşluq və narkoloji müayinədən keçirilmiş, aparılmış müayinələrin nəticələrinə əsasən onun sərxoş və ya narkotik vasitənin təsiri altında olması müəyyən edilməmişdir. Sonda tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək yekun qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid çıxış edərək bildirmişdir ki, “Gənclik Mall”-un qarşısında avtobus sürücüsünün telefonla danışdığını və telefon danışığı zamanı qeyri-etik ifadələr işlətdiyini eşitmişdir. Sürücüdən nə üçün belə hərəkət etmədiyini soruşduqda, o, sərnişinlərin şikayət etdiyini bildirmişdir. Lakin o, həmin vaxt sərnişinlərin sürücüyə şikayət etdiklərini görməmişdir. Daha sonra sürücünü polis bölməsinə aparmış və orada hadisə ilə bağlı həm 102 xidmətinə müraciət edildiyini, həm də sosial şəbəkədə video görüntülərin paylaşıldığını öyrənmişdir. Həmin müraciət və paylaşımın havanın isti olmasına baxmayaraq, avtobusda istilik sisteminin qoşulması və yüksək səslə musiqi səsləndirilməsi ilə bağlı olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində işin hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş, nəticədə onun əməlini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh tədbirini müzakirə edib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh təyin edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6, 9, 32, 33-cü maddələrinin tələblərinə əməl etməklə inzibati xətanın xarakterini, onun şəxsiyyətini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb düzgün olaraq, ona əməlinə uyğun olan qanuni və ədalətli inzibati tənbeh təyin etmişdir. Belə ki, İXM-nin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bu hissədə qeyd edilməlidir ki, inzibati xəta haqqında işə baxan birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən halın olmamasına nəticəsinə gəlsə də, həm mübahisələndirilən məhkəmə qərarından, həm də elektron məhkəmə sistemində onun barəsində olan məlumatlardan görünür ki, o, evlidir. Başqa sözlə, onun evli olması İXM-nin 32.2-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alına bilər. Ona görə də məhkəmə qeyd edilən halı onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini ağırlaşdıran hal olmasa, əksinə onun məsuliyyətini yüngülləşdirən hal kimi evli olması müəyyən edilsə də, törədilmiş əmələ nisbətdə onun münasibəti (əməlini etiraf etməməsi, peşman olmaması və sair) nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən onun barəsində qanuni inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd edilənləri nəzərə alaraq birinci instansiya məhkəməsi haqlı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 510.1-ci maddəsi ilə təqsirli bilinməsi və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməsi qənaətinə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və şahidin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası İXMnin 510.1-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini və iş üzrə yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətdbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayəti və həmin şikayətə verilmiş əlavə təmin olunmamalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tədbirin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti və həmin şikayətə əlavə təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXMnin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir,ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar