Məhkəmə qərarları › İş №3(3-6)-3284/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-3284/2026

29.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-3284/2026 29.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili nümayəndə1 iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh edilməsi haqqında inzibati iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli *(*-***)-*****/**** saylı qərarından verilmiş şikayətə və şikayətə əlavəyə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli *(***)-***/**** saylı icra sənədindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 124.700 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc, mənəvi zərərin əvəzi olaraq 2.000 manat məbləğində pul tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. “İcraata başlamaq haqqında” ##.##.2018-ci il tarixli qərardan görünür ki, 2(008)- ***/**** saylı, ##.##.2018-ci il tarixli icra vərəqəsi icrası ilə bağlı icraat başlanılmışdır. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş ## ######## 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2018-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 124.700 ABŞ dolları və 2.000 manat pul Zərərçəkmiş şəxs ödənilməlidir. İcra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş ## ######## 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və toplanmış materiallar baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim G.İ.Məmmədova) ## ######## 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbslə tənbeh edilmiş və inzibati həbs müddətinin əvvəli ##.##.2026-cı il saat 19:20-dən hesablanmışdır. Qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi nümayəndə2 apellyasiya şikayəti verərək, inzibati iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs digər müdafiəçisi nümayəndə1 apellyasiya şikayətinə əlavə verərək, inzibati iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı işin faktiki hallarına, təqdim edilmiş sübutların məzmununa və İXM-in 528.1-ci maddəsinin tətbiqi üçün zəruri hüquqi şərtlərə uyğun deyildir. İş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrasından üzrsüz səbəbdən boyun qaçırması, yaxud icra məmurunun konkret qanuni tələbini yerinə yetirməməsi mötəbər və kifayət qədər sübutlarla təsdiq olunmamışdır. Sabunçu Rayon Məhkəməsinin ## ##### 2018-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 124.700 ABŞ dollan məbləğində borcun, habelə mənəvi zərərin əvəzi olaraq 2.000 manatın tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin icra sənədi üzrə öhdəliyin qalmış olması borclunun icradan yayınması demək deyildir. İş materiallarında olan və müdafiə tərəfinin istinad etdiyi hallara görə borcdan ümumilikdə təxminən 38.000 manat hissə-hissə ödənilmiş, son bir il ərzində də ödənişlər davam etdirilmişdir. Bundan əlavə, borcluya məxsus bir avtomobil və bir mənzil icra icraatı çərçivəsində hərraca çıxarılaraq satılmış, əldə olunmuş vəsait icra sənədləri üzrə yönəldilmişdir. Borcluya məxsus ünvan 1 ünvanında yerləşən əmlak kompleksi isə icra məmuru tərəfindən iki dəfə hərraca çıxarılmış, satılmadığından tələbkara təklif edilmiş, lakin tələbkar həmin əmlakı qəbul etməmişdir. Eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun çağırışlarından yayınmamış, icra şöbəsinə gəlmişdir. İmkanları daxilində ödənişlər etmişdir. Bu davranışlar icra prosesinə açıq müqavimət və ya icra sənədini yerinə yetirməmək niyyəti ilə uzlaşmır; əksinə, borcun mərhələli icrasına yönəlmiş faktiki davranışı göstərir. Şikayətə əlavə onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində eyni ##.##.2018-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi üzrə İXM-in 528.1-ci maddəsi ilə əvvəl də inzibati xəta haqqında iş aparılmışdır. Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ilə həmin iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli 3(3-6)- ***/**** saylı qərarı ilə xitam qərarı dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. ##.##.2026-cı il tarixli yeni inzibati xəta protokolunda yenə həmin ##.##.2018-ci il tarixli icra sənədinə istinad edilmiş və ümumi şəkildə “icra məmurunun qanuni tələblərinin üzrsüz səbəbdən yerinə yetirilmədiyi” göstərilmişdir. Qərarda ##.##.2026-cı ildən sonra icra məmuru tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış konkret yeni tələb, həmin tələbin tarixi, icrası üçün müəyyən edilmiş yeni müddət və həmin müddətin hansı tarixdə pozulduğu göstərilməmişdir. Qərarda sənədli əsas kimi göstərilən könüllü icra bildirişi ##.##.2018-ci il tarixlidir. Həmin bildiriş əvvəlki xitam qərarından çox əvvəl mövcud olmuş faktiki vəziyyətə aiddir. İXM-in 528.1-ci maddəsi üzrə məsuliyyət sadəcə borcun mövcud olması və ya icra sənədinin tam icra edilməməsi faktına görə yaranmır. Maddənin məzmununa görə icra sənədindəki tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi və ya icra məmurunun qərarın icrası ilə bağlı digər konkret qanuni tələbinin yerinə yetirilməməsi müəyyən edilməlidir. Deməli, əvvəlki xitam qərarından sonra yeni inzibati məsuliyyətin yarandığı iddia edilirsə, ən azı aşağıdakılar konkret göstərilməli və sübuta yetirilməli idi: ##.##.2026-cı ildən sonra verilmiş yeni qanuni tələb; həmin tələbin borcluya çatdırılması; icra üçün müəyyən edilmiş müddət; həmin müddətin bitməsi; və tələbin məhz üzrsüz səbəbdən yerinə yetirilməməsi. Hazırkı qərarda bu ardıcıllıq müəyyən edilməmişdir. Əksinə, qərar yenidən eyni 2018-ci il icra sənədinin uzun müddət tam icra edilməməsinə, ##.##.2018-ci il tarixli könüllü icra bildirişinə və ümumi borc qalığına əsaslanır. Bu hallar ##.##.2026-cı il tarixli xitam qərarınadək artıq mövcud olan faktiki vəziyyətin tərkib hissəsidir. Məhkəmə ##.##.2026-cı il tarixli apellyasiya baxışında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcu üç ay müddətində ödəyəcəyini bildirməsini xüsusi əsas kimi götürmüş və bundan onun faktiki maddi imkanının olduğu nəticəsini çıxarmışdır. Bu yanaşma İXM-in 528.1ci maddəsinin tərkib əlamətlərini əvəz etmir. Məhkəmə iclasında verilmiş gələcək ödəniş bəyanatı icra məmurunun qanunla müəyyən edilmiş qaydada verdiyi yeni tələb və ya müəyyən etdiyi yeni icra müddəti deyil. Həmçinin gələcəkdə borcu ödəmək niyyətinin bildirilməsi şəxsin həmin anda borcun hamısını ödəməyə kifayət edən sərbəst pul vəsaitinin olmasını özözlüyündə sübut etmir. Belə nəticə obyektiv maliyyə sübutları ilə təsdiq edilməli idi. Qərarın özündə icra məmurunun izahatına əsasən 2025-ci ilin sentyabr ayından başlayaraq hər ay müəyyən məbləğlərdə ödənişlərin həyata keçirildiyi, ##.##.2026-cı ilədək 28.050 manat, məhkəmə baxışı tarixinədək isə ümumilikdə 37.250 manat ödənildiyi göstərilmişdir. Bundan əlavə, ##.##.2026-cı ildə 1.800 manat və ##.##.2026-cı ildə 2.000 manat ödəniş edildiyi də qərarda təsbit olunmuşdur. 3 Qərarda həmçinin borcluya məxsus əmlakların icra tədbirlərinə cəlb edildiyi, bəzi əmlakların hərracda satıldığı, digər yüksək dəyərli əmlakın iki dəfə hərraca çıxarılmasına baxmayaraq satılmadığı və sonradan tələbkara təklif edildiyi göstərilmişdir. Bu hallar icra prosesinin faktiki olaraq davam etdiyini və borcun ödənilməsi istiqamətində real icra tədbirlərinin aparıldığını göstərir. Bununla yanaşı məhkəmə sonradan ödənişlərin “davamlı xarakter daşımadığı” nəticəsinə gəlmişdir. Halbuki qərarın özündə 2025-ci ilin sentyabrından başlayaraq hər ay ödəniş edildiyi yazılmışdır. Bu, qərarın faktiki əsaslandırılmasında daxili ziddiyyət yaradır və “üzrsüz səbəbdən icra etməmə” nəticəsinin ayrıca, konkret sübutlarla əsaslandırılmasını zəruri edir. Qərarda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ümumilikdə 9 icra vərəqəsi üzrə 1.676.389 manat məbləğində öhdəliklərin olması onun məhkəmə aktlarına münasibətinin “laqeyd və etinasız” xarakter daşıması barədə nəticənin əsaslarından biri kimi göstərilmişdir. Lakin digər icra sənədlərinin mövcudluğu hazırkı iş üzrə konkret 528.1-ci maddə ilə nəzərdə tutulan əməlin tərkibini sübut etmir. Əksinə, icra məmurunun izahatından görünür ki, bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi və daxil olan vəsaitlərin növbəlilik qaydasında bölüşdürülməsi hazırkı tələbkarın tələbinin tam ödənilməməsinə təsir edən obyektiv hallardan biridir. Digər borclar yalnız şəxsiyyətin və əmlak vəziyyətinin qiymətləndirilməsi baxımından nəzərə alına bilər; onlar konkret yeni qanuni tələbin konkret müddətdə üzrsüz yerinə yetirilməməsini əvəz etmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi nümayəndə1 şikayətin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti və şikayətə əlavəni müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayəti, şikayətə əlavəni və inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, şikayət təmin olunmalı, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarı ləğv edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə toplanmış sənədləri, aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrasından yayınması və icra məmurunun çağırışlarına gəlməkdən imtina etməsi ilə bağlı halların olması müəyyən edilmir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli 3(3-6)- 836/2026-cı il tarixli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)- ****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolunda qeyd olunan kimi icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” ## ###### 2014cü il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi və borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Həmin maddə ilə inzibati məsuliyyətin yaranmasının müəyyən edilməsi özlüyündə icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülübgörülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. “İcra sənədi üzrə tələbin təmin edilməsi üçün borcluya məxsus əmlaklar üzərinə həbs qoyulmuşdur. Həbs qoyulmuş evin açıq hərracdan satılması nəticəsində tələbkara olan borc üzrə müəyyən məbləğdə ödəniş həyata keçirilmişdir. Üzərinə həbs qoyulmuş digər əmlakın isə hərracdan satışının həyata keçirilməsi baş tutmamışdır. Əmlakın hərracdan satışının baş tutmamasında borclunun təqsirinin olması və bununla da məhkəmə qərarının icrasına maneçilik törətməsi müəyyən olunmamışdır. Həmçinin təqdim edilmiş qəbzlərdən görünür ki, borclu müxtəlif vaxtlarda kifayət qədər yüksək məbləğlərdə ödəniş həyata keçirmişdir. Bundan başqa borclunun bank hesablarında pul vəsaitinin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində tədbir görülməmişdir. Hərracın baş tutmaması yenidən hərrac keçirilməsi ilə bağlı tədbirlər görülməsinə maneə deyil. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında qeyd edilən “üzrsüz səbəbdən icra etməmə” həmin inzibati xətanın birbaşa qəsdlə törədilməsi qənaətinə gəlməyə əsas verir. İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə bu birbaşa qəsdlə törədilən inzibati xətadır. Yəni şəxsin qəsdi hüquqazidd hərəkət törətməyə yönəlmiş olmalıdır. Hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin belə bir qəsdinin mövcudluğu yuxarıda göstərilənlərə əsasən müəyyən olunmamışdır”. Göstərilənlərə əsasən, apellyasiya baxışı zamanı tədqiq olunmuş sənədlərlə, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi faktı aşkar edilməmiş, əksinə istisna olunmuşdur. Onun əməlində inzibati xəta tərkibinin mövcudluğunu şərtləndirən konkret dəlillər iş üzrə müəyyən edilməmiş və bu barədə fikir söyləmək üçün də ciddi əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi, həmin maddə ilə qanunverici eyni subyekt barəsində eyni fakt üzrə artıq hüquqi qiymət verilmiş məsələnin yenidən icraat predmetinə çevrilməsini istisna etməyi məqsəd qoymuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci madəsinin tələbinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il qərarında qeyd edilir ki, dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi). “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.1, 430.2.1 və 430.2.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu müddəa məhkəmə müdafiəsinin yalnız birinci instansiya məhkəməsində deyil, həmçinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində də təmin olunmasını nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, apellyasiya instaniyası məhkəməsi iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara və əlavə təqdim olunmuş sənədlərə qiymət verərək hesab edir ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs münasibətdə birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128, 105, 114, 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq apellyasiya instaniyası məhkəməsi QƏRARA A L D İ: Şikayət və ona əlavə təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbslə tənbeh edilməsi haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## ######## 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərar qətidir, ondan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar