Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-905/2026 02.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi – Kərimova Mələk Nofəl qızının katibliyi ilə, İnzibati qaydada həbs olunmuş şəxs Əskərov İlqar Xanhüseyn oğlunun iştirakları ilə, ## #### 1973-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, (FİN: *******), orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Əskərov İlqar Xanhüseyn oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından inzibati qaydada həbs olunmuş şəxs Əskərov İlqar Xanhüseyn oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq; m ü ə y y ə n e t d i m: İş materiallarında olan sənədlərə əsasən, Əskərov İlqar Xanhüseyn oğlu ## #### 2026ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinə dəvət edilmiş və o, Polis Şöbəsində olan zaman səs-küy salaraq, nalayiq ifadələrlə ucadan danışmış, açıqaşkar iş rejimini pozaraq, polis əməkdaşlarını təhqir etmiş və sakitləşidirlən zaman isə əl-qol hərəkətləri ilə qanunsuz əməllərinə davam edərək polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Əskərov İlqar Xanhüseyn oğlunun barəsində Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin sahə inspektoru, R Mehman Salahov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati protokol tərtib edilərək və toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim N.Məmmədova) ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə Əskərov İlqar Xanhüseyn oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş 10 (on) gün müddətinə inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, inzibati həbsin əvvəli ## #### 2026-cı il tarixdən saat 23:30-dan hesablanmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı mübahisələndirilən qərarından inzibati tənbeh olunmuş Əskərov İlqar Xanhüseyn oğlu apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarın dəyişdirilərək inzibati həbsin cərimə ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş 10 (on) gün müddətinə inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, inzibati həbsin əvvəli ## #### 2026-cı il tarixdən saat 23:30-dan hesablanmışdır. Qəbul edilmiş qərarla razı deyil. Məhkəmə işə baxarkən işin faktiki halları nəzərə alınmamış, maddənin sanksiyasında alternativ inzibati tənbeh olan cərimə nəzərdə tutulduğu halda daha ağır tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, o, iş üzrə özünü təqsirli bilmişdir və törətdiyi əməli səmimi olaraq etiraf etmişdir. Lakin bütün bunlar məhkəmə zamanı nəzərə alınmamış, təqsirli bilindiyi maddədə nəzərdə tutulan inzibati həbslə cəzalandırılmışdır. O, əvvəllər məhkum edilməmiş, ilk dəfədir ki, barəsində inzibati tədbir görülmüşdür. Məhkəmə işə baxarkən yüngülləşdirici halları nəzərə almamışdır. Onun 53 yaşı var, yüksək təzyiq və şəkər xəstəliyindən əziyyət çəkir. Hər dəqiqə şəkəri artaraq komaya düşmək təhlükəsi vardır. Daima həkim nəzarəti altında olmalıdır. Hər gün şəkərə qarşı dərmanlardan istifadə etməlidir. Xəstə yoldaşı da onun himayəsindədir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əskərov İlqar Xanhüseyn oğlu apellyasiya şikayətinin təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarın dəyişdirilərək inzibati həbsin cərimə ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqan Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, verilmiş apellyasiya şikayəti aşağıda göstərilənlərə əsasən əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Əskərov İlqar Xanhüseyn oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada həbs edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, ibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materialında olan Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin məsul növbətçi əvəzi R Yusif Əhmədli tərəfindən Qaradağ RPİ-nin 10-cu PŞ-nin rəisi, polis R Rı Rafail Tağıyevə ünvanlanmış ##.##.2026-cı il tarixli raportdan görünür ki, ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzinə vətəndaş Əskarov İlqar Xanhüseyn oğlu zəng edərək, Qaradağ rayonu, Sədərək TM yaxınlığında oğlu Əskərli Xanhüseynin idarə etdiyi “Changan” markalı Az ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilini YPX-611 çağırışlı avtopatrul avtomobilində xidmət aparan inspektoru sürücülük vəsiqəsində məhdudiyyət olması səbəbi ilə saxlaması, daha sonra vətəndaşın adını soruşduqda qardaşının ad-soyadını qeyd etməsi, yalan məlumat verməsi səbəbi ilə ünvana PPX əməkdaşının çağırılması, Qaradağ RPİ 10-cu PB-da saxlanılması, buraxılmamasından narazılıq etmiş və əlavə olaraq "gəlim limonka götürüm, bomba götürüm polis şöbəsini partladım? " deyərək müraciət etmişdir. Daxil olmuş müraciətlə əlaqədar vətəndaş Əskərov İlqar Xanhüseyn oğlu PŞ-na dəvət edilmişdir. İ.Əskarov polis şöbəsində gələn zaman səs-küy salaraq, nalayiq ifadələrlə ucadan danışmış, açıq-aşkar iş rejimini pozmuş, polis əməkdaşlarını təhqir etmiş və sakitlaşdirən zaman isə əl-qol hərəkətləri ilə qanunsuz əməllərinə davam etmiş, tabesizlik göstərmişdir. Odur ki, Əskərov İlqar Xanhüseyn oğlunun inzibati məsuliyyətə cəlb edilməsi üçün göstəriş verilməsini xahiş edir. İş materialında olan Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin rəisi, polis R Rı X3 RPİnin 10-cu PŞ-nin məsul növbətçi əvəzi R Yusif Əhmədli tərəfindən ünvanlanmış ##.##.2026cı il tarixli raportdan görünür ki, ##.##.2026-cı il tarixdə, saat 19:28- də DİN-in 102 xidmətindən 1260318026-saylı məlumat daxil oldu ki, Narimanov rayon, Oruc Əliyev küçəsi 7 ünvanında yaşayan İLQAR ASKAROV XANHÜSEYN OĞLU zəng edərək, Qaradağ rayon Sədərək T/M yaxınlığında Əsgərli Xanhüseynin idarə etdiyi Changan markalı Az ** CV *** dövlat qeydiyyat nişanlı avtomobilini YPX-611 çağırışlı avtopatrul avtomobilində xidmət aparan inspektoru sürücülük vəsiqəsində məhdudiyyət olması səbəbi ila saxlaması, daha sonra vətəndaşın adını soruşduqda qardaşının ad-soyadını qeyd etməsi, yalan məlumat verməsi səbəbi ilə ünvana PPX əməkdaşının çağırılması, Qaradağ RPİ 10-cu PB-da saxlanılması, buraxılmamasından narazılıq etdi və “gəlim limonka götürüm, bomba götürüm PB-ni partladım?" deyərək müraciət etdi. Məlumatın yoxlanılması üçün göstəriş verilməsini xahiş etmişdir. İş materialında olan Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin rəisi, polis R Rı X3 RPİnin 10-cu PŞ-nin polis sahə inspektoru R Arif Həsənli tərəfindən ünvanlanmış ##.##.2026-ci il tarixli raportdan görünür ki, ##.##.2026-ci il tarixdə əməliyyat qrupunda xidmətdə olarkən 1 NK-**** nömrəli məlumatla bağlı Bakı şəhəri Baş Polis İdarəsinin qarşısına yaxınlaşmış, orada olan şəxsə yaxınlaşaraq özünü təqdim etmiş, həmin şəxsi polis şöbəsinə dəvət etmiş və 10cu PŞ-nə gətirmişdir. Polis şöbəsinə daxil olanda həmin şəxs nalayiq ifadələr işlədərək polis şöbəsinin iş fəaliyyətini pozmuşdur. Əskərov İlqar Xanhüseyn oğlu barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. İş materialında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Əskərov İlqar Xanhüseyn oğlu ##.##.2026-ci il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuşdur. İş materialında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan */***** nömrəli, ##.##.2026-cı il tarixli tibbi müayinə protokolundan görünür ki, Əskərov İlqar Xanhüseyn oğlunun (indiaktor borucuğu ilə yoxlama nəticəsində) sərxoşluq dərəcəsinin “yüngül” olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Əskərov İlqar Xanhüseyn oğluna istinad edilən inzibati xətaların törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin izahatı, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı məhkəmə iclasında tədqiq edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Əskərov İlqar Xanhüseyn oğlu barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh etmişdir. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Əskərov İlqar Xanhüseyn oğlu barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsini nəzərə almış və sonuncuya törətdiyi inzibati xətalara görə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xəatlara Məcəlləsinin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xəatlara Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə də düzgün nəticəyə gəlmiş və bu qərar ədalətli olmaqla inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə xidmət edir. Bu səbəbdən məhkəmə birinci instansiya məhkəməsi tərəfindən Əskərov İlqar Xanhüseyn oğluna tətbiq edilən inzibati tənbeh növünün və bu tənbehin həddinin dəyişdirilməsi üçün, həmçinin qərarını ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsi üçün hər hansı bir əsas görmür. İnzibati xəta haqqında protokol, tərəflərin məhkəmə iclasında səsləndirdiyi izahatlarının qarşılıqlı təhlili, o cümlədən protokolların məzmunu və s. belə qənaətə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və Əskərov İlqar Xanhüseyn oğlunun məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan izahatı tərəfindən törədilmiş inzibati xətanı təkzib edən sübut kimi qəbul edilə bilməz. Baxılan məsələ üzrə işin bütün faktiki hallarını araşdıraraq hesab edirəm ki, Əskərov İlqar Xanhüseyn oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirliliyi tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzbati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Əskərov İlqar Xanhüseyn oğlunun apellyasiya şikayətinə istinad etmiş olduğu dəlillər onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhdi kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Belə ki, xəstəliyi ilə bağlı Əskərov İlqar Xanhüseyn oğlu məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakiminin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya qaydasında şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l ı r a m: İnzibati qaydada həbs olunmuş şəxs Əskərov İlqar Xanhüseyn oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakiminin Əskərov İlqar Xanhüseyn oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-905/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-905/2026
02.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver