Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-908/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 və Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi X2 iştirakları ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs)) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Qərardan şikayət verən orqan (şəxs) Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə verdiyi şikayətində səlahiyyətli orqanın onun barəsində tərtib etdiyi ## ###### 2025-ci il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası IXM-in) 327.2-ci maddəsi ilə qəbul etdiyi ## ###### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim X1) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, səlahiyyətli orqanın qəbul etdiyi ## ###### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, tərəflərin izahatları: Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında verdiyi şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə səlahiyyətli orqanın məhkəməyə təqdim etdiyi videogörüntüdə idarə edilərkən müvafiq yol hərəkəti qaydasının pozulduğu avtomobilin dövlət qeydiyyat nişanının görünmədiyi halda, birinci instansiya məhkəməsi onun verdiyi şikayəti əsassız olaraq təmin etməmişdir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 iş üzrə qəbul edilmiş ## ###### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verib, iş materiallarına əlavə edilmiş videogörüntü əsasında şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) apellyasiya məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə düzgün hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qərardan şikayət verən orqan (şəxs) ilkin şikayətini onunla əsaslandırmışdır ki, ## ###### 2025-ci il tarixdə onun mobil telefon nömrəsinə zəng etmiş səlahiyyətli orqanın əməkdaşı iş üzrə onun avtomobilini idarə edərkən yol hərəkəti qaydasını pozduğunu, bu halın Təhlükəsiz şəhər müşahidənəzarət kamerası vasitəsilə qeydə alındığını bildirib, onu səlahiyyətli orqana çağırmışdır. Amma o, səlahiyyətli orqanın onun barəsində qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərarında göstərilmiş inzibati xətanı törətməmişdir. Səlahiyyətli orqan onun ## ###### 2025-ci il tarixdə törətdiyini iddia etdiyi və inzibati xəta kimi qiymətləndirdiyi hadisəni xüsusi texniki vasitə ilə aşkar etdiyi halda, barəsində inzibati tənbeh vermə haqqında qərarı 24 saat müddətində real vaxt rejimində elektron qaydada deyil, ## ###### 2025-ci il tarixdə qəbul etməklə, onun tərəfindən müvafiq inzibati xətanın törədilməsini təsdiq edən foto və ya videogörüntünü onun elektron kabinetinə yerləşdirməməklə müvafiq qanunvericilik normalarının tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə müvafiq nəticəyə gələrkən, iş materiallarına əlavə edilmiş videogörüntü ilə iş üzrə Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqan tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilmiş inzibati xətanı törətməsinin sübut edilməsinə əsaslanmışdır. Iş üzrə səlahiyyətli orqanın Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətə cəlb etdiyi əməl üzrə Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası IXM-in: - 122.1-ci maddəsinə əsasən bu Məcəllənin, həmçinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. - 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. - 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətlərinin dəlillərinə uyğun olaraq, iş materialları əsasında müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş videogörüntüdən idarə edilərkən müvafiq yol hərəkəti qaydasının pozulduğu avtomobilin dövlət qeydiyyat nişanının dəqiq görünmür. Bununla yanaşı, səlahiyyətli orqanın əməkdaşı Qərardan şikayət verən orqan (şəxs) törətməsini iddia etdiyi, Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı sonuncu barəsində qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərarda törədilmə tarixi kimi göstərilmiş ## ###### 2025-ci il tarixdə bilavasitə vizual müşahidə zamanı deyil, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə kamerasına baxış keçirərkən aşkar etmiş, buna görə də həmin qərarı ## ###### 2025-ci il tarixdən bir gün müddətində real vaxt rejimində elektron qaydada deyil, ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikası IXM-in 38.6, 122.1 və 53.1.11-ci maddələrinin tələblərini pozmaqla qəbul etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qərar qəbul edərkən bu halı Azərbaycan Respublikası IXM-in 53.1.11-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal kimi nəzərə almaması düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Halbuki, birinci instansiya məhkəməsi işin göstərilən halı əsasında Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayəti təmin etməli, sonuncu barəsində səlahiyyətli orqanın qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərarı ləğv etməli və iş üzrə icraata xitam verməli idi. Azərbaycan Respublikası IXM-in: - 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətlər təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı və səlahiyyətli orqanın ## ###### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, sonuncu qərar əsasında Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsi ilə aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, müvafiq inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası IXM-in 131, 133, 134.1.3, 135.1.5-1 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətlər təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı və Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin ## ###### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Səlahiyyətli orqanın ## ###### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsi ilə aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, müvafiq inzibati məsuliyyətdən azad edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-908/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-908/2026
13.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver