Məhkəmə qərarları › İş №3(3-6)-909/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-909/2026

06.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-909/2026 06.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclasının katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından barəsində şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə olunmuşdur. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət Yol Polisi İdarəsi tərəfindən yol nəqliyyat hadisəsi ilə bağlı qəbul etdiyi qərardan şikatçidir. Hadisə Bakı şəhəri, Aeroport yolu, istiqamətində, Komsamol dairəsini, keçdikdən sonra birinci piyada keçidinə çatmamış baş vermişdir. Avtomobildə olan şəxsin halının pisləşməsi səbəbindən avtomobilini məcburi qaydada yolun tam kənarında dayandırmış və qəza siqnallarını yandırmışdır. Hava şəraiti əlverişsiz, görünüş zəif olduğundan avtomobildən düşməzdən əvvəl təhlükəsizliyə əmin olmaq məqsədi ilə qapını cuzi şəkildə açaraq arxadan nəqliyyat vasitəsinin gəlib-gəlmədiyini yoxlamaq istəmişdir. Bu zaman ehtiyyatsız və yüksək sürətlə hərəkət edən avtobus avtomobilinin qapısına çırpılmış və hadisə yerini tərk etmişdir. Qapını bir qədər artıq açsa idi, bu hadisə onun həyatı üçün real təhlükə yarada bilərdi. Baş vermiş hadisə nəticəsində avtomobilə maddi ziyan dəymişdir və bu ziyan barədə dərhal sonra 102 Xidmətinə məlumat vermiş və avtobusu sonradan dayanacaqda saxlatdırmışdır. Sürücü məsuliyyətdən yayınmağa çalışaraq kobud davranmış və “mən lotuyam, get kimə şikayət edirsən et” kimi ifadələr işlətmişdir. Baş vermiş hadisə nəticəsində avtomobilinə maddi ziyan dəymişdir və bu ziyan sığorta şirkəti tərəfindən hesablanmışdır. Hesab edir ki, hadisə avtobus sürücüsünün yol hərəkəti qaydalarına əməl etməməsi, sürət və yan məsafəni düzgün seçməməsi nəticəsində baş vermişdir. Bununla yanaşı, hadisə yerini tərk etməsi də qanun pozuntusudur. Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin qərarında məsuliyyətin onun üzərinə qoyulması ilə razı deyildir və hesab edir ki, işin halları tam və obyektiv araşdırılmamışdır. Polis əməkdaşına hadisənin onun həyatı üçün ciddi təhlükə yaratdığını bildirsə də , ona “ölməmisən ki, ölsəydin günah avtobus sürücüsündə olardı” məzmunlu cavab verilmişdir ki bu cavabla razı deyildir. Belə ki, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin qərarının qanuniliyini məhkəmə qaydasında yoxlanmasını, işin yenidən araşdırılmasını, hadisəyə hüquqi qiymət verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə şikayətin təmin edilməməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını, şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinə verilmiş şikayətin dəlilləri ilə eynilik təşkil edərək tərtib olunmuş və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmadan qərar qəbul etmişdir. Səlahiyyətli orqanın nümayəndəsi X2 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə apellyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, məlum olduğu kimi X1 Qanunun 52 maddəsinin VIII bəndinə əsasən Nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır. Haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) həm məhkəməyə veridyi şikayətdə, həm də təmsil etidyi orqanda verdiyi izahatda qeyd etmişdir ki, avtomobili zərurətlə əlaqədar saxlamış, qapını az açmış, məqsədi arxadan avtomobil gəlib gəlməməyini müəəyyən etmək olmuşdur, bu zaman arxadan gələn *** saylı avtobus onun qapılasını dəymişdir. Qanunun qeyd edilən maddəsinə əsasən başqa avtomobillər üçün maneə yaradacaqsa qapıları açmaq qadağandır. Yəni baş verən yol nəqliyyat hadisində günahkar Qərardan şikayət verən orqan (şəxs)dur. Eyni zamanda İXM-nin 327.6 maddəsinə əsasən Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə məsuliyyət müəyyən edilib, qayda pozmayan sürücünün hadisə yerini tərk etməyə görə məsuliyyət müəyyən edilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında verilmiş şikayətin dəlillərinə uyğun çıxış edərək, məhkəmədən şikayətin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinirək 20 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən polis idarəsində yazılmış izahatdan görünür ki, o Bakı şəhər Dövlət Yol Polis İdarəsinə yaxınlaşmış, onunla ətraflı söhbət aparılmış və qeyd etdiyi hadisə ilə bağlı 1 aydan çox vaxt keçdiyindən kamera görüntüsü olmadığından və ərizədə qeyd etdiyi avtobus sürücüsü ilə onun iştirakı ilə danışılmış ancaq hadisədə iştirak etmədiyini bildirmişdir. Bu səbəbdən hadisəni araşdırmaq mümkün olmamışdır. Müraciətinin bağlanmağını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin X4 ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Maddənin tələbindən də göründüyü kimi, sadalanan maddələr üzrə xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalarla bağlı şəxsin iştirakı olmadan elektron formada inzibati tənbeh vermə haqqında qərar çıxarılır və dərhal BDYPl-nin X4 yerləşdirilməklə Asan pay vasitəsi ilə şəxsin mobil nömrəsinə sms göndərilir. İş materialları və məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ## ###### 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş dayanma qaydalarını pozma inzibati xətasını törətməkdə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Şikayətçi isə məhkəmə iclasında avtomobili yolun kənarında dayandırdığını etiraf etmişdir. Onun şikayəti əsasən baş vermiş yol-nəqliyyat hadisəsi və avtobus sürücüsünün davranışı ilə bağlı olsa da, həmin hallar inzibati tənbeh vermə haqqında qərarın məhz qadağan olunmuş yerdə dayanma faktına görə qəbul edildiyini aradan qaldırmır və inzibati xəta tərkibini təkzib etmir. "X1” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 1-ci hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Həmin Qanunun 52-ci maddəsinə istinadən (nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Həmin Qanunun 52-ci maddəsinin IV bəndinin 8-ci hissəsinə əsasən nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri-mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə dayanma qadağandır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 346.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Qərardan şikayət verən orqan (şəxs) hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş şikayəti təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi və onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi ilə bağlı səlahiyyətli orqanın gəlmiş olduğu qənaətlə razılaşaraq sonuncunun həmin qərardan vermiş olduğu şikayəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələblərinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yaxud hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və inzibati qaydada tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xətanı törətmiş şəxs barəsində tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən və hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab edilir. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, onun və ya başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, xətanı törədən şəxsin təqsirini və ya işin düzgün həllinə əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakim və səlahiyyətli orqanın əsaslana bildiyi faktiki məlumatlar sübutlar sayılır. Bunlar maddi sübutlar, icraat aparılan şəxsin, zərərçəkmişin və şahidlərin izahatları ilə, şəxsin təqsirini təsdiq edən digər sənədlərlə, ekspertizanın rəyləri ilə, inzibati protokolla və bu Məcəllə ilə müəyyən olunmuş digər protokollarla, eləcə də mötəbər sənədlərlə müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 346.1-ci maddəsinə görə Bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə – iyirmi manat məbləğində cərimə edilir. 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin ## ###### 2026-cı il tarixli, EQ seriyalı ******** nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*- ***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar