Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-910/2026 03.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, Ələmov Ibrahim Nazim oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarından, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi tərəfindən qəbul olunmuş ##.##.2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Ələmov Ibrahim Nazim oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində tənbeh edilmişdir. Ələmov Ibrahim Nazim oğlu barəsində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi tərəfindən qəbul olunmuş ##.##.2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim R.K.Mürsəlov) ## ###### 2025-ci il tarixli qərarında görünür ki, şikayət qismən təmin edilmiş və Ələmov Ibrahim Nazim oğlunun inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası SHXÇDX-nin Qaradağ rayon Idarəsinin ##.##.2025-ci il tarixli MN № ******* saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmışdır. Qərardan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi tərəfindən apellyasiya qaydasında şikayət verilmişdir. Apellyasiya baxışı zamanı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi tərəfindən inzibati iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarından prosessual müddət buraxılmaqla şikayət verildiyi müəyyən edilmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, inzibati iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin nümayəndəsinin iştirakı ilə qəbul edilmiş və məhkəmənin müvafiq qərarı sifarişli poçt xidməti vasitəsi ilə ##.##.2026-ci il tarixdə SHXÇDX-nin Qaradağ rayon Idarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş və apellyasiya şikayəti ##.##.2026-cı il tarixədək verilməli olduğu təqdirdə, müddət 2 gün ötürülməklə ##.##.2026-cı il tarixdə verilmişdir. Qeyd olunanlara əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi tərəfindən, inzibati iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarından şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş 10 (on) gün prosessual müddət buraxılmaqla şikayət verilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi tərəfindən inzibati iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarından şikayət qanunla müəyyən olunmuş prosessual müddət buraxılmaqla verildiyindən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələbinə əməl edilməsi üçün, inzibati xəta haqqında iş üzrə icraat materialları Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılmalı və buraxılmış müddətin bərpası haqqında vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinə izah edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA A L D İ: Ələmov Ibrahim Nazim oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarından, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi tərəfindən şikayət, qanunla müəyyən olunmuş prosessual müddət buraxılmaqla verdiyindən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələbinə əməl edilməsi üçün inzibati xəta haqqında iş üzrə icraat materialları Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılsın. Buraxılmış müddətin bərpası haqqında vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinə izah edilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-910/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-910/2026
03.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver