Məhkəmə qərarları › İş №3(3-6)-912/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-912/2026

03.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-912/2026 03.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əlizadə İbrahim Rəfail oğlunun iştirakı ilə, # ###### 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 8 ünvanında qeydiyyatda olan Əlizadə İbrahim Rəfail oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 227-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin ## #### 2026-cı il tarixli məktubu ilə Əlizadə İbrahim Rəfail oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim Sahilə Bağırova) Əlizadə İbrahim Rəfail oğlu Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək, ona 1 (bir) ay 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmiş, həbs etmənin əvvəli ##.##.2026-cı il tarixdən hesablanmışdır. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əlizadə İbrahim Rəfail oğlu şikayət verərək, köməklik göstərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı ilə razı deyil. Vətən müharibəsi iştirakçısı və qazi olmasının nəzərə alınaraq köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Əlizadə İbrahim Rəfail oğlu şikayətin məzmununa uyğun çıxış edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçısının razılığı ilə şikayətə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə, iş materiallarını araşdırıb, proses iştirakçısının çıxışını dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan arayışdan görünür ki, ##.##.2026-cı il tarixdə vətəndaş Cavadov Cavid Vidadi oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin elektron poçtuna müraciət ünvanlamışdır. Müraciətində ##.##.2026-cı il tarixdə kuryer kimi fəaliyyət göstərən zaman idarə etdiyi mopedin xarab olması, bu zaman tanımadığı bir nəfərin ona yaxınlaşaraq ona kömək edəcəyini və sonra onu Səbail rayonu, Lermontov küçəsində yerləşən Nazirlər Kabineti yaxınlığına düşürtməsini xahiş etmişdir. Vətəndaş C.V.Cavadov onunla razılaşaraq həmin şəxsi göstərilən ünvana gətirmişdir. Bu zaman həmin şəxs ondan Redmi 12 markalı mobil telefonunu danışmaq adı ilə istəməsini və sonradan oradan uzaqlaşmasını bildirmişdir. İş materiallarında olan n ## #### 2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Əlizadə İbrahim Rəfail oğlu ## #### 2026-cı il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi Əlizadə İbrahim Rəfail oğlunun barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş material əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün araşdırma aparmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirli bilmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd edilən maddənin sanksiyasından da göründüyü kimi, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə həm ictimai işlər, həm də inzibati həbs növündə tənbeh tədbirləri nəzərdə tutulmuş, inzibati həbs növündə tənbehin tətbiq edilməsi əsası kimi cərimə növündə tənbeh tədbirinin tətbiqinin inzibati tənbehin məqsədlərini təmin etmək baxımından kifayət sayılmaması və xətanı törədənin şəxsiyyətinin nəzərə alınmalı olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Əlizadə İbrahim Rəfail oğlu barəsində inzibati tənbeh növünü və həddini seçərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi həmin Məcəllənin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edən tənbeh tətbiq etmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI : Barəsində inzibati xəta haqqında icraat aparılan Əlizadə İbrahim Rəfail oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Əlizadə İbrahim Rəfail oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar