Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-913/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquq şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qapalı Səhmdar Cəmiyyətinin vəkili və nümayəndəsi nümayəndə2 iştiraklar ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*- ***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin vəkili və nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş EP seriyalı ******* nömrəli ## ###### 2026-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC (VÖEN: **********) tərəfindən ##.##.2023-cü il tarixində 01231000526191 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malın öhdəlik müddəti ##.##.2025-ci il tarixində bitmişdir, lakin öhdəlik müddətinin uzadılması üçün müraciət edilməmişdir. Belə ki, ##.##.2023-cü il tarixli 01231000526191 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərin ölkə ərazisinə geri qaytarma müddətinin son tarixi bəyan olunduğu gündən 1 (bir) il müddət, yəni ##.##.2024-cü il tarix müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən ##.##.2023-cü il tarixli 01231000526191 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərin öhdəlik müddətinin uzadılması ilə bağlı ##.##.2025-ci il tarixli *-**-****/*-******/**** nömrəli müraciət olunmuş və həmin müraciət əsasında malların öhdəlik müddətinin son tarixi ##.##.2025-ci ilədək müəyyən olunmuşdur. 01231000526191 sorğu nömrəli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində olan 3 ədəd “Transformatorlar” yükü öhdəlik müddəti başa çatmazdan əvvəl ##.##.2025-ci il tarixli 01252000003357 sorğu nömrəli gömrük bəyannaməsi ilə təkrar ixrac olunmuşdur. 01231000526191 sorğu nömrəli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində olan "1000 vdan çox gərginlik üçün nəzərdə tutulmuş digər elektrik naqilləri” yükünün öhdəlik müddəti başa çatdıqdan sonra, yəni ##.##.2026-cı il tarixdə 01261000047703 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət olunmuşdur. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2 ci maddələrinin həmin Məcəllənin 38- ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında bildirilir ki, İnzibati Xətalar Məcəlləsinin 499.1ci maddəsində təsbit olunmuş inzibati xəta tərkibinin yaranması üçün obyektiv cəhətinin zəruri elementi olan hərəkət icra edilməli, mallar və ya nəqliyyat vasitələri hökmən müəyyən edilmiş müddətlər ötürülməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmalı və ya bu əraziyə qaytarılmalıdır. Qeyd edilən kənara aparılma və ya qaytarılma isə müvafiq gömrük proseduru ilə bağlı gömrük orqanları tərəfindən müəyyən edilmiş müddətlərin pozulma dərəcəsindən, yəni gecikdirmənin müddətindən asılı olaraq əməl İnzibati Xətalar Məcəlləsinin 499.1.1-499.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında İnzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsi üzrə inzibati xəta tərkibinin yaranması üçün obyektiv tərəfin zəruri elementi kimi malların gömrük ərazisindən kənara aparılması və ya həmin əraziyə qaytarılması faktı xüsusi olaraq vurğulanmışdır. Yəni, yalnız müəyyən edilmiş müddətin ötürülməsi deyil, eyni zamanda bu müddətin pozulması ilə bağlı müvafiq hərəkətin həyata keçirilməsi tələb olunur. Hazırkı iş üzrə faktiki hallardan göründüyü kimi, sözügedən mallar gömrük ərazisindən kənara aparılmamış, eyni zamanda müvəqqəti idxal prosedurunun başa çatmasından sonra həmin mallar üzrə sərbəst dövriyyəyə buraxılış gömrük proseduruna yerləşdirilməsi üçün müraciət edilmişdir. Beləliklə, bu işdə malların nə gömrük ərazisindən kənara aparılması, nə də həmin əraziyə qaytarılması ilə bağlı hər hansı hərəkət mövcud olmamışdır. Bu isə o deməkdir ki, İnzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibi formalaşmamışdır. Nəticə etibarilə, yalnız müddətin ötürülməsi faktının mövcud olması, lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyində göstərilən zəruri elementlərin – yəni malların gömrük ərazisindən kənara aparılması və ya geri qaytarılması hərəkətinin olmaması səbəbindən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi üzrə inzibati xəta tərkibi mövcud deyildir. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin vəkili və nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin vəkili və nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əsasən Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin rəisi Elşən Zeynalov tərəfindən verilmiş ##.##.2026-ci il tarixli raportdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC (VÖEN: **********) tərəfindən ##.##.2023-cü il tarixində 01231000526191 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malın öhdəlik müddəti ##.##.2025-ci il tarixində bitmişdir, lakin öhdəlik müddətinin uzadılması üçün müraciət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 499.1.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına, yəni bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğində cərimə edilir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, hüquqi şəxs , Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən malların gömrük ərazisindən kənara aparılması və həmin əraziyə qaytarılması ilə bağlı hər hansı hərəkət mövcud olmadığından İnzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibi formalaşmaması dəlili barədə qeyd edir ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, 01261000047703 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən sözügedən malların sərbəst dövriyyə üçün buraxılması müəyyən olunmuşdur ki, həmin hərəkətlərin öhdəlik müddətinin ##.##.2025-ci il tarixdə başa çatmasından sonra, yəni ##.##.2026-cı il tarixdə həyata keçirilməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi faktını təsdiq edir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin vəkili və nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair ##.##.2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-913/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-913/2026
16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver