Məhkəmə qərarları › İş №3(3-6)-914/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-914/2026

13.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-914/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 Oruc qızının katibliyi ilə, “FİNOKO” BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC-nin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından “FİNOKO” BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: ““FİNOKO” BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC-nin mülkiyyətində olan 77- AT- *** nömrəli, “PORSCHE MACAN S Minik” markalı nəqliyyat vasitəsi ilə ##.##.2025-ci il tarixdə saat 16:17 radələrində inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verməmişdir. Bununla “FİNOKO” BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC tərəfindən İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu barədə Yasamal Rayon Polis İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə ““FİNOKO” BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan narazı qalan “FİNOKO” BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC tərəfindən apellyasiya qaydasında şikayət verilərək, qeyd olunan məhkəmə qərarının ləğv edilməsini və “FİNOKO” BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbdən olması barədə məlumat və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan inzibati xəta haqqında işə dair baxılmanı mümkün hesab etmişdir. Toplanmış materialları nəzərdən keçirərək, şikayətin dəlillərini araşdırıb, aşağıda göstərilən əsaslara görə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Belə ki, “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, 14-5-10/2- ***/**** saylı məktubundan görünür ki, X1 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixdə AZ**** saylı poçt şöbəsi vasitəsilə «FİNOKO» BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC-yə ünvanlanmış SX076148338AZ ştrix kodlu sifarişli xəbərnaməli məktub, ##.##.2026-cı il tarixində ünvan üzrə xidmət göstərən AZ**** saylı poçt şöbəsi tərəfindən qəbul edilərək həmin tarixdə «FİNOKO» BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC-nin Zeynallı soyadlı əməkdaşına çatdırılmışdır. Sözügedən məktubun xəbərnaməsi ##.##.2026-cı il tarixdə AZ **** saylı poçt şöbəsi tərəfindən qəbul olunmuş və həmi tarixdə X1 İdarəsinin Abbasov soyadlı əməkdaşına təhvil verilmişdir. İş materiallarında olan AZEMİS Elektron sistemdən çıxarışa əsasən müəyyən edilir ki, «FİNOKO» BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, məhəllə 488/489, mənzil 3-dür. İş materiallarında olan xəbərnamədən görünür ki, həmin sorğu Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, məhəllə 488/489, mənzil 3 ünvanına çatdırılıb imzalanaraq qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 12.1-ci maddəsinə görə, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur - 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 134.1.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 134-cü maddələrini rəhbər tutularaq QƏRARA ALINDI: “FİNOKO” BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. “FİNOKO” BANK OLMAYAN KREDİT TƏŞKİLATI ASC-nin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar