Məhkəmə qərarları › İş №3(3-6)-915/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-915/2026

10.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-915/2026 10.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs)nın Azərbaycan Respublikası DİN Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X1 Şöbəsinin TP ******* saylı ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X1 Şöbəsinin TP ******* saylı ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs)nın Azərbaycan Respublikası DİN Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X1 Şöbəsinin TP ******* saylı ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayəti təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, ## ###### 2026-cı il tarixdə saat 10:00 radələrində Bakı şəhəri Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsində idarə etdiyi **-DG-*** dövlət qeydiyyat nişanlı “X2'7 markalı nəqliyyat- vasitəsi yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşı avtomobilin mühərrikinin dəyişdirilib-dəyişdirilməməsi ilə maraqlanmış və o avtomobilin mühərrikinin nasazlıq səbəbindən servis tərəfindən dəyişdirildiyini, mühərrikin qanuni qaydada əldə olunduğunu və bununla bağlı servis tərəfindən verilmiş sənədlərin mövcud olduğunu bildirmişdir. Buna baxmayaraq polis əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmədən avtomobil mühafizə olunan duracağa yerləşdirilmişdir (şəkillər və digər sübutlər əlavə edilib). Tərəfindən DYP orqanlarına edilən müraciətlərdən sonra yalnız növbəti gün - ## ###### 2026-cı il tarixdə mənə İXP ******* saylı inzibati xəta haqqında protokol və TP ******* saylı qərar təqdim edilmişdir. Həmin qərarla o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.2.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmiş və 150 manat məbləğində cərimə olunmuşdur. O həmin qərardan şikayət verərək onun ləğv edilməsini xahiş etmiş olsa da, Yasamal Rayon Məhkəməsi şikayətimi təmin etməmiş və qərarı dəyişdirilmədən saxlamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən işin faktiki hallarını tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş və nəticədə qanunsuz qərar qəbul etmişdir. Məhkəmə qərarında əsasən yalnız polis əməkdaşının izahatına və servis arayışına istinad edilmişdir ki, bu da inzibati xətanın mövcudluğunu təsdiq edən kifayət qədər sübut hesab edilə bilməz. Eyni zamanda iş materiallarının təhlili göstərir ki, inzibati protokolda göstərilən inzibati xətanın mahiyyəti ilə faktiki hadisə arasında ciddi ziddiyyət mövcuddur. Belə ki, protokolda mənə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə - əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə ilə bağlı inzibati xəta aid edilmişdir. Lakin iş materiallarında belə bir hərəkətin baş verməsini təsdiq edən hər hansı sübut mövcud deyil. Məhkəmə araşdırması zamanı da bu hal sübuta yetirilməmişdir. Digər tərəfdən məhkəmə qərarında göstərilmişdir ki, məsuliyyət faktiki olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2- ci maddəsi üzrə tətbiq edilmişdir. Bu isə inzibati protokolun düzgün tərtib edilmədiyini və inzibati icraatın aparılması zamanı qanunun tələblərinin pozulduğunu göstərir. Bundan əlavə, inzibati icraat zamanı prosessual tələblər də pozulmuşdur. Belə ki, nəqliyyat vasitəsi saxlanıldığı zaman inzibati xəta haqqında protokol dərhal tərtib edilməmiş, avtomobil heç bir prosessual sənəd tərtib edilmədən mühafizə olunan duracağa yerləşdirilmişdir. Protokol isə yalnız növbəti gün təqdim edilmişdir. Halbuki inzibati icraatın əsas prinsiplərindən biri inzibati xəta aşkar edildiyi anda müvafiq protokolun tərtib olunması və həmin sənədin barəsində icraat aparılan şəxsə təqdim edilməsidir. Bu qaydanın pozulması inzibati icraatın qanuniliyini şübhə altına alır. Məhkəmə həmçinin işin hərtərəfli və obyektiv araşdırılması üçün zəruri olan sübutların əldə olunmasını təmin etməmişdir. Şikayətdə hadisə yerində müşahidə kameralarının mövcud olduğu və həmin görüntülərin hadisənin obyektiv araşdırılması üçün mühüm əhəmiyyət kəsb etdiyi göstərilsə də, məhkəmə həmin görüntülərin təqdim edilməsini tələb etməmiş və bununla da iş üzrə bütün sübutların toplanması istiqamətində lazımi tədbirlər görməmişdir. Bu isə işin tam və obyektiv araşdırılması prinsipinin pozulması deməkdir. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə tərəfin razılığı ilə səlahiyyətli nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, ## ###### 2026-cı il tarixində nəqliyyat vasitəsi duracağa aparılıbdır, ayın 12 protokol tərtib etmişlər. Maşın duracaqda ola-ola əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə protokol tərtib edilmişdir. Həmçinin mühərrik dəyişdiyinə görə onu saxlamışlar, o isə arayışın olduğunu bildirmişdir. O mühərriki servisdən almışdır. Bundan başqa, mühərriki yoxlayırdı ki, birdən defekti ola bilər. ## ###### 2026-cı il tarixində axşam radələrində ona cərimə olması barədə bildiriş gəlmişdir. Lakin protokolda AR İXMnin 327.1-ci maddəsi qeyd edilmişdir. Məhkəmə prosesindən sonra mühərriki qeydiyyata almışdır. Məhkəmədən şikayətin təmin edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, proses iştirakçısının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası DİN Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X1 Şöbəsinin TP ******* saylı ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 9b-də “TOYOTA PRİUS HİBRİD minik” markalı, “**-DG-***” dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsinin sürücüsü tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın dəyişdirilməsinə və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 327.1 və 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli arayışın sürətindən görünür ki, “TOYOTA PRİUS HİBRİD minik” markalı nəqliyyat vasitəsinə “Express Servis” tərəfindən ******* nömrəli mühərrik quraşdırılmışdır. İş materiallarında olan texniki pasportdan görünür ki, “TOYOTA PRİUS HİBRİD minik” markalı nəqliyyat vasitəsinin mühərrikinin nömrəsi U****** olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”yə əsasən nəqliyyat vasitəsinin mühərriki, banı və ya şassisi dəyişdirildikdə həmin nəqliyyat vasitəsi təkrar dövlət qeydiyyatından keçirilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 2ci bəndinin 3-cü hissəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) hadisə zamanı idarə etdiyi “X2” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsində göstərilən mühərrik nömrəsi U****** olmuşdur. Lakin iş materiallarında olan ##.##.2025-ci il tarixli “Express Servis” arayışından görünür ki, həmin nəqliyyat vasitəsinə ******* nömrəli yeni mühərrik quraşdırılmışdır. Beləliklə, avtomobilin qeydiyyat sənədində göstərilən mühərrik nömrəsi ilə faktiki olaraq nəqliyyat vasitəsinə quraşdırılmış mühərrik nömrəsi üst-üstə düşmür. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1.3-cü maddəsinə əsasən dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və ya şassi nömrəsi qeydiyyat şəhadətnaməsində göstərilən məlumatlara uyğun gəlmədikdə sürücü nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır və nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilir. İş materialları ilə müəyyən edilir ki, avtomobilin faktiki mühərrik nömrəsi qeydiyyat şəhadətnaməsində göstərilən mühərrik nömrəsi ilə uyğun gəlməmişdir. Bu halda yol-patrul xidməti əməkdaşının nəqliyyat vasitəsini idarəetmədən kənarlaşdırması, avtomobili mühafizə olunan duracağa yerləşdirməsi qanunvericiliyin birbaşa tələbindən irəli gələn tədbir olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İşin materiallarından məlum olur ki, ## ###### 2026-cı il tarixində inzibati xəta törədildiyindən “X2” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil polis əməkdaşları tərəfindən mühafizə olunan duracağa yerləşdirilmiş və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində, yəni ## ###### 2026-cı il tarixində törədilmiş inzibati xətaya uyğun olaraq şəxs barəsində protokol tərtib edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 327.1-ci maddələrinə əsasən tərtib olunmuş IXP ******* nömrəli inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsini 76-cı maddəsinə əsasən sübut qismində çıxış edir. Odur ki, məhkəmə Qərardan şikayət verən orqan (şəxs) şikayətdə qeyd etdiklərinə tənqidi yanaşıb inandırıcı hesab etməyərək özünümüdafiə xarakterli fikir kimi qiymətləndirməklə onun inzibati məsuliyyətdən yayınmaq məqsədi güdməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Belə olan halda məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq X3 Azərbaycan Respublikası DİN Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X1 Şöbəsinin TP ******* saylı ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətini təmin etməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIRAM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs)nın Azərbaycan Respublikası DİN Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X1 Şöbəsinin TP ******* saylı ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar