Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-917/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəhimov Elmar Eldar oğlu, Məhkəmə iclas katibi X1 iştirakları ilə, Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi X3 iştirakı ilə, X2 Razim oğlunun Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin ## ###### 2026-cı il tarixli TP seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi, həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 3(5-104)- 2066/2026 saylı qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əkbər Samir Razim oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq İ.Müəyyən etdim:
1. X2 Razim oğlu Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin ## ###### 2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 3(5-104)-2066/2026 saylı qərarı ilə (hakim R.M.Daşdəmirov) Əkbər Samir Razim oğlunun Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin ## ###### 2026-cı il tarixli TP seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi, həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 3.Qərardan barəsində inzibati xəta haqqında icaat aparılan şəxs Əkbər Samir Razim oğlu tərəfindən şikayət verilərək yol polisi tərəfindən çıxarılmış ##.##.2026 tarixli qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
II.Şikayətin dəlilləri və etirazlar:
4. Şikayət onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Polis əməkdaşı ilkin olaraq ona protokol təqdim etmədən hadisə yerini tərk etmək istəmişdir. Yalnız onun israrından sonra protokol tərtib edilmiş və ona təqdim olunmuşdur. Bu hal inzibati icraatın qanunauyğun aparılmadığını göstərir. Protokol yalnız polis əməkdaşı tərəfindən imzalanmış, ona imzalamaq və izahat vermək imkanı verilməmişdir. Bu isə müdafiə hüququnun pozulmasıdır. Ona hüquq və vəzifələri izah edilməmişdir ki, bu da prosessual hüquqlarının pozulmasıdır. Məhkəməyə təqdim edilən video sübutlar hadisə yerinə aid olmamışdır. Halbuki hadisə yerində birbaşa üzərimdə müşahidə kamerası mövcud olmuşdur. Buna baxmayaraq, məhkəməyə başqa küçəyə aid görüntülər təqdim edilmişdir. Məhkəmə bu ziddiyyəti araşdırmamış və buna hüquqi qiymət verməmişdir.
5. Şikayətə qarşı yazılı etiraz verilməmişdir. III. Proses iştirakçılarının izahatları:
6. Apelyasiya icraatında Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi X3 bildirmişdir ki, videogörüntülərdən də aydın olur ki, şəxsin əməlində inzibati xəta tərkibi var. Məhkəmədən apelyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icaat aparılan şəxs Əkbər Samir Razim oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verilməmişdir, barəsində inzibati xəta haqqında icaat aparılan şəxs Əkbər Samir Razim oğlunun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.
IV.Işin halları və hüquqi məsələlər: 8.Işin materiallarını araşdırıb, Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi X3 mülahizəsini dinləyib hesab edirəm ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
9. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin ## ###### 2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs Əkbər Samir Razim oğlu ##.##.2026-cı il tarixdə saat 15:48-də ünvan 1 ünvanında idarə etdiyi “Lada Largus FS025L-C52-A0 YÜK” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 (qırx) manat miqdarında cərimə edilmişdir.
10. Iş materiallarında olan videogörüntüyə məhkəmə iclasında tərəfin iştirakı ilə baxış zamanı müəyyən olunmuşdur ki, Əkbər Samir Razim oğlu ##.##.2026-cı il tarixdə saat 15:48-də ünvan 1 ünvanında idarə etdiyi “Lada Largus FS025L-C52-A0 YÜK” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur.
12. Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir.
13. Inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. Inzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir.
14. Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
15. Bu məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur
16. Həmin məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər.
17. Azərbaycan Respublikası IXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında.
18. Inzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər.
19. Beləliklə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edirəm ki, Əkbər Samir Razim oğlu tərəfindən apelyasiya qaydasında verilmiş şikayətdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etsə də, işin təkzibedilməz hallarından göründüyü kimi, Əkbər Samir Razim oğlunun əməlində Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsinin tərkibi mövcuddur və birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək, Əkbər Samir Razim oğlunun Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin ## ###### 2026-cı il tarixli TP seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərarını dəyişdirmədən saxlamaqla qanuni və əsaslı nəticəyə gəlmişdir, apelyasiya qaydasında verilmiş şikayətdə qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
20. Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir.
21. Qeyd olunanlara görə hesab edirəm ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarını ləğv edib, işin icraatına xitam verilməsinə əsas ola biləcək hər hansı hal müəyyən edilmədiyindən, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası IXM-nin 134-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDIM:
Şikayət təmin edilməsin. Əkbər Samir Razim oğlunun Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin ## ###### 2026-cı il tarixli TP seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi, həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 3(5-104)-2066/2026 saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.
Hakim Elmar Rəhimov