Məhkəmə qərarları › İş №3(3-6)-918/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-918/2026

09.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-918/2026 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, Məhkəmə iclas katibi X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Kimya İnstitutu” X1 nümayəndəsi X3 iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Nümayəndə Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Nümayəndə Bakı şəhər İdarəsi tərəfindən “Azərbaycan Milli Elmlər Akademiyasının Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu” PHŞ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, vətəndaş X5 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “Azərbaycan Milli Elmlər Akademiyasının Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu” PHŞ-yə ##.##.2025-ci il tarixli, *-**-*/*- ******/**** nömrəli və ##.##.2025-ci il tarixli, *-**-*/******/**** nömrəli məktub göndərilərək müraciətə dair sənədlərin 7 iş günü ərzində DƏMX-yə təqdim edilməsi tələb edilsədə, tələb edilən sənədlər bu günə qədər təqdim edilməmişdir. Nəticədə “Azərbaycan Milli Elmlər Akademiyasının Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu” PHŞ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu” PHŞ-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Nümayəndə Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Nümayəndə Hüquq İdarəsi apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini, “Azərbaycan Milli Elmlər Akademiyasının Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu” PHŞ-nin barəsində tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən inzibati orqanın protokoluna sübut kimi düzgün qiymət verilməmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən müəssisənin müdafiəsi və məsuliyyətdən yayındırılması məqsədi ilə düşünülərək irəli sürdüyü mülahizələrə əsaslanılmışdır. Halbuki, məktubların poçta təhvil verilmə reyestrlərindən və poçt izləmələrindən görünür ki, araşdırma aparılması üçün müvafiq sənədlərin 7 gün ərzində Xidmətə təqdim edilməsi barədə “Azərbaycan Milli Elmlər akademiyasının Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu” PHŞ-nə göndərilən ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktub PHŞ-ə göndərilmiş və PHŞ tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilmişdir. Lakin, “Azərbaycan Milli Elmlər akademiyasının Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu” PHŞ tərəfindən həmin sənədlər Xidmətə təqdim edilməmiş və təqdim edilməmənin səbəbləri barədə məlumat verilməmişdir. “Azərbaycan Milli Elmlər Akademiyasının Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu” PHŞ tərəfindən tələb edilən sənədlərin Xidmətə Gmail vasitəsilə çatdırılması sübutlarla öz təsdiqini tapmır. Bununla da, məktublarda göstərilən müddət ərzində “Azərbaycan Milli Elmlər Akademiyasının Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu” PHŞ tərəfindən tələb olunan sənədlər Xidmətə təqdim edilmədiyindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Nəticədə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmiş və nəticədə əsassız qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Nümayəndə tərəfindən İXM-in 539.3-ci maddəsi ilə “Azərbaycan Milli Elmlər Akademiyasının Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu” PHŞ barəsində qəbul edilmiş inzibati xəta haqqında protokol tam qanuni və əsaslıdır. “Azərbaycan Milli Elmlər Akademiyasının Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu” PHŞ təqsiri iş materiallarında mövcud olan və yuxarıda qeyd olunmuş mötəbər, qanuni və etibarlı sübutların birlikdə qiymətləndirilməsi nəticəsində sübut olunmuşdur. Eyni zamanda, hüquqi şəxs Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışı ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik mülkiyyətçi olduğundan İnzibati Xətalar Məcəlləsinin 539.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edilir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan X1n nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Nümayəndə nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən inzibati orqanın nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Kimya İnstitutu” X1 nümayəndəsi X7 izahatında bildirmişdir ki, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il # ##### tarixli *** nömrəli Sərəncamı və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin # ####### 2025-ci il tarixli *** nömrəli qərari ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması ilə bağlı X9 adına Kataliz və Qeyri-üzvi Kimya institutu və X4 adına Aşqarlar Kimyası İnstitutu əsasında “Kimya İnstitutu” X1 yaradılmışdır. X16 və Nazirlər Kabinetinin məlum Qərarını rəhbər tutaraq, ixtisara düşən işçilərin əmək müviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdarlıq edilmiş, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən xəbərdarlıq müddəti gözlənildiyi təqdirdə əmək haqları saxlanılmış və işdən çıxma müavinəti verilmiş, xəbərdarlıq müddəti gözlənilmədiyi təqdirdə müvafiq misli əlavə və işdən çıxma müavinəti təqdim olunmuşdur. Əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmiş əməkdaşlardan biri X5 olmuşdur. O, ## ###### 2025-ci il tarixində ƏMX-yə müraciət etmiş, iş yerinin ixtisara düşməsinin səbəblərinin araşdırılmasını xahiş etmişdir. Bununla əlaqədar ƏMX-dən akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna ünvanlanan ## ###### 2025-ci il tarixli, *-**-*/*******/**** nömrəli məktuba “Kimya İnstitutu” PHŞ-də ##.##.2025-ci il tarixində daxilolma nömrə 189 ilə qeydiyyata alınmışdır. ##.##.2026-cı il tarixində **/**-*-** nömrəli məktubla ƏMX-nin sorğusu cavablandırılmış, elektron ünvan 1 e-mail ünvanına və ## ###### 2026-cı il tarixində xxxx vasitəsilə tələb olunan sənədlərlə birgə təqdim edilmişdir. Qeyd etmək istəyirik ki, yeni yaradılmış “Kimya İnstitutu” PHŞ-nin “xxxx” MMC-nin * saylı Poçt Filialı ilə ** nömrəli xidməti müqavilə ##.##.2026-ci il tarixdə bağlanmışdır. ƏMAS altsistemi üzərindən daxil olduqda institutun məktublar bölməsində heç bir məlumata rast gəlinməmişdir və fəaliyyətinə xitam verilən Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun məktublar bölməsinə isə daxil olmaq mümkün olmamışdır. Yalnız Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun keçmiş işəgötürənin asan imzası ilə daxil olduqda ## ###### 2025-ci il tarixli, *-**-*/*******/**** nömrəli məktub ##.##.2025-ci il tarixində sistemdə görünür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Nümayəndə Bakı şəhər İdarəsindən ## ###### 2026-cı il tarixli, *-**-*/*-****/**** nömrəli məktubu isə “Kimya İnstitutu” PHŞ-də ##.##.2026-cı il tarixində daxilolma nömrə 13 ilə qeydiyyata alınmışdır. ##.##.2026-cı il tarixində **/**-*-** nömrəli məktubla cavablandırılmış, elektron ünvan 1; vüelektron ünvan 2 e-mail ünvanlarına və ## ###### 2026-cı il tarixində xxxx vasitəsilə tələb olunan sənədlərlə birgə təqdim edilmişdir. Şəhla Ağayeva artıq xəbərdarlıq müddəti başa çatdığı üçün özü də ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Eyni zamanda Şəhla Ağayeva ƏMX-yə yaxınlaşaraq heç bir şikayətinin olmaması haqqında ərizə də yazıb təqdim etmişdir. Göründüyü kimi “Kimya İnstitutu” PHŞ hüquqi varisi olan akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu ilə bağlı istər dövlət qurumlarından, istərsə də ayrı-ayrı əməkdaşlardan ünvanlanan sorğuları maksimum dərəcədə həssaslıqla araşdırılır və qanunvericiliyin tələblərinə müvafiq şəkildə cavablandırılır. Göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Nümayəndə Bakı Şəhər İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*/*******/**** nömrəli məktubundan görünür ki, vətəndaş X5 Azərbaycan Milli Elmlər Akademiyasının Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə Nazirlik yanında Dövlət Nümayəndə Bakı şəhər İdarəsində baxılır. Bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəfb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq X5 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində Dövlət Nümayəndə Bakı şəhər İdarəsinə (ünvan: AZ1114 Bakı şəhəri Svetlana Məmmədova küçəsi 107) təqdim edilməsi xahiş olunur. Tələb olunan sənədlərin siyahısı:

1. Əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə);

2. Kollektiv müqavilə (olduğu təqdirdə);

3. Əmək müqaviləsinə xitam veriləcəyi təqdirdə müvafiq sənədlər (xitam əmri, işçinin ərizəsi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildirişi, olduğu təqdirdə izahatlar, aktlar, təqdimatlar, Həmkarlar İttifaqı Təşkilatına müraciət və HİT-nın razılığı və s.);

4. Vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu. İş materiallarında olan “xxxx” MMC-nin çıxarışından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Nümayəndə Bakı Şəhər İdarəsinin ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** saylı məktubu ##.##.2025-ci il tarixdə “Azərbaycan Milli Elmlər Akademiyasının Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu” PHŞ tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Gmail ünvanından çıxarışından görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Kimya İnstitutu” X1 tərəfindən cavab məktubu ## ###### 2026-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Nümayəndə Bakı Şəhər İdarəsinə göndərilmişdir. Məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 0# ####### 2025-ci il tarixli, *** nömrəli qərarının 1.4-cü bəndinə əsasən X9 adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və X4 adına Aşqarlar Kimyası institutunun əsasında “Kimya İnstitutu” X1 yaradılmışdır. Bununla əlaqədar işçilərin sayında azalma və ştatlarda ixtisarlar olunmuşdur. İş materiallarında olan ## ###### 2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, X5 hal-hazırda əmək müqaviləsi qüvvədədir və ona ƏM 77-ci maddəsinin 1 bəndini əsas tutaraq əmək stajına görə azı altı təqvim həftəsi öncədən əmək müqaviləsinə xitam veriləcəyi barədə ƏMAS altsistemi üzərindən rəsmi xəbərdarlıq göndərilmişdir. Əlavə: 1. Əmək müqaviləsinə xitam veriləcəyi barədə Xəbərdarlıq (ƏMAS altsistemindən çap olunmuş);

2. ## ###### 2025-ci il tarixli Təqdimatın surəti və siyahısan çıxarış

3. X9 adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Həmkarlar Təşkilatının ## ###### 2025-ci il tarixli ** nömrəli Protokolunun surəti;

4. ## ###### 2025-ci il tarixli X18 surəti;

5. Kollektiv müqavilənin surəti;

6. AR NK 0# ####### 2025-ci il tarixli, *** nömrəli qərarı. İş materiallarında olan “xxxx” MMC-nin qəbzindən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Kimya İnstitutu” X1 tərəfindən cavab məktubu ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Nümayəndə Bakı Şəhər İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tələbinə əsasən, Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, X5 tərəfindən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Nümayəndə Bakı Şəhər İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Nümayəndə ##.##.2025-ci il tarixli, *-**-*/*******/**** nömrəli məktubu ilə “Azərbaycan Milli Elmlər Akademiyasının Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu” PHŞ-dən bir sıra sənədlər tələb edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Kimya İnstitutu” X1 tərəfindən tələb edilən sənədlər təqdim edilmişdir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Kimya İnstitutu” X1 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Nümayəndə Bakı Şəhər İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*/*******/**** nömrəli məktubu ilə tələb edilən sənədlər təqdim edildiyindən “Azərbaycan Milli Elmlər Akademiyasının Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu” PHŞ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Azərbaycan Milli Elmlər Akademiyasının Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu” PHŞnin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şikayətin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bir daha qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq inzibati iş üzrə icraata xitam verilməsinə dair qənaətə gəlinmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq,

QƏRARA ALDI :

Apellyasiya şikayəti təmin edilməsin. “Azərbaycan Milli Elmlər Akademiyasının Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu” PHŞ-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Nümayəndə Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar