Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-919/2026 04.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlunun iştirakı ilə, ## #### 1963-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən nömrəsiz evdə yaşayan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhəri Xəzər Rayon Polis Idarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş ##.##.2026-cı il tarixli MN******* saylı inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlu qanunsuz olaraq narkotik vasitələrin istehlakında, ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək xırda xuliqanlıq etməkdə, polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqda təqsirli bilinərək barəsində Azərbaycan Respublikası IXM-in 206, 510.1 və 535.1-ci maddələri ilə qeyd edilən inzibati xətanı törətməkdə təqsirli bilindiyindən barəsində müvafiq protokol tərtib edilmiş və inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (sədrlik edən, hakim X8) ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilmişdir. Inzibati həbsin əvvəli ##.##.2026-cı il tarixdən, saat 16:35-dən hesablanmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından inzibati tənbeh almış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlu apellyasiya qaydasında şikayət verərək, ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlu narkotik vasitələrdən neçə müddətdir ki, istifadə etmədiyini, hadisə zamanı spirtli içki qəbul etməsi səbəbindən sərxoş vəziyyətdə olmasını, eyni zamanda polis əməkdaşlarının hadisə vaxtı onu döydüyünü bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdirlər. Apellyasiya instansiyası məhkəməsi şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlunun Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada həbs edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən, qüvvəsində saxlanılmalıdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər Rayon Polis Idarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, R X2 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlu barəsində qanuna müvafiq tədbir görülməsi üçün inzibati xəta haqqında protokol tərtib edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhəri Xəzər Rayon Polis Idarəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, R X5 verdiyi izahatında bildirdi ki, ##.##.2026-cı il tarixdə xidməti vəzifələrini icra edərkən naməlum şəxsin uca səslə təhqiredici ifadələr işlətdiyini müşahidə etmiş, səs-küy yaradan şəxsin müəyyən edilməsi məqsədilə ona yaxınlaşdıqda, həmin şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlu polis əməkdaşların qanuni tələblərinə tabe olmamış, onlara qarşı müqavimət göstərmiş və xidməti fəaliyyətlərinə maneçilik törədərək ünvanlarına nalayiq ifadələr işlətmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhəri Xəzər Rayon Polis Idarəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, R X1 E.Q.Əhmədovun verdiyi ifadəyə uyğun oxşar məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlu ##.##.2026-cı il tarixdə saat 16:35-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X3 ##.##.2026-cı il tarixli nömrəli ekspert rəyinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlundan götürülmüş sidik nümunəsində THC(+) aşkar olundu. Halhazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlunda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur, narkomaniya xəstəliyindən əzab çəkir. Yaşı ilə əlaqədar narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji tibbi müəssısəsində dispanser qeydiyyata alınması məsləhət görülür. ##.##.2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlunun barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməklə barəsində Azərbaycan Respublikası IXM-in 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Beləliklə, birinci instansiya məhkəməsi toplanmış sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlunun inzibati xəta törətməsində təqsirinin tam sübuta yetirilməsi və onun törətdiyi əməlin düzgün olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə tövsif edilməsi, ona cərimə növündə inzibati tənbeh tətbiq edilməsinin inzibati tənbehin məqsədlərinə kifayət etməməsi və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş 01 (bir) ay müddətinə inzibati qaydada həbs olunması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən “Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlunun apellyasiya şikayətinə istinad etmiş olduğu dəlillər onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhdi kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin hallarını nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlu barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq etməkdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Inzibati xəta haqqında işə baxılarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlunun məsuliyyətini yüngülləşdirən və ağıraşdıran hallar müəyyən edilməmişdir. Inzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Inzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlu eyni vaxtda iki inzibati xətanı törətmişdir. Sadalanan xüsusatlara əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməsi, həmin Məcəllənin 34.3-cü maddəsinə müvafiq olaraq ona 01 ay müddətinə inzibati qaydada həbs tətbiq edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlunun Azərbaycan Respublikası IXM-nin 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi toplanmış sübutlarla öz təsdiqini tapır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şamil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Zamin Ibrahimov
Məhkəmə qərarları › İş №3(3-6)-919/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-919/2026
04.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver