Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-920/2026 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin sədri Əkbərov Mübariz Dosməmməd oğlu, aidiyyət barədə məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə əlaqədar mübahisəni həll etmək məqsədilə Əliyev Cavid Elnur oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 06 fevral 2026-cı il tarixli, TP seriyalı 7837466 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Əliyev Cavid Elnur oğlu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 06 fevral 2026-cı il tarixli, TP seriyalı 7837466 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Əliyev Cavid Elnur oğlu vermiş olduğu şikayətə vəsatət əlavə edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində tətbiq edilmiş inzibati tənbehdən vermiş olduğu şikayətə yaşayış və qeydiyyat ünvanına uyğun olaraq baxılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 fevral 2026-cı il tarixli, 3(5-96)-497/2026 nömrəli qərardadından görünür ki, Əliyev Cavid Elnur oğlunun Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 06.02.2026-cı il tarixli, TP 7837466 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsi və ona əlavə olunmuş materiallar baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2026-cı il tarixli, 3(5-104)-2764/2026 nömrəli qərardadı ilə inzibati xətaya dair materiala Qaradağ Rayon Məhkəməsində baxılmalı olması əsas gətirilərək, məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həll edilməsi üçün materialın Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Materialı nəzərdən keçirib hesab edirəm ki, Əliyev Cavid Elnur oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 06 fevral 2026-cı il tarixli, TP seriyalı 7837466 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, İXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Həmin Məcəllənin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İXM-in 129.1-1-ci bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. Qeyd olunmalıdır ki, inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs şikayətinə yaşayış yeri üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılması haqqında vəsatət əlavə etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Eyni zamanda həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. İş materiallarına əsasən müəyyən edilmişdir ki, şikayətçi Ağdam rayonu, Ağdam şəhəri, T. İsmayılov küçəsi, ev 57A ünvanında qeydiyyatdadır. Həmçinin şikayətçi tərəfindən vəsatətə əlavə olunmuş Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 150 saylı Mənzil- Kommunal İstismar Sahəsinin 05 dekabr 2025-ci il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, Əliyev Cavid Elnur oğlu Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi, ev 24, mənzil 24 ünvanında qeydiyyatsız yaşayır. Göründüyü kimi, şikayətçi şəxsiyyət vəsiqəsinə əsasən Ağdam rayonunda qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhərinin Qaradağ rayonu ərazisində qeydiyyatsız yaşayır. Qeyd olunmalıdır ki, qanunvericiliyə əsasən ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsəd şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağılabatan müddətdə baxılmasının prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Həmçinin qanunvericiliklə şikayətçiyə inzibati xəta haqqında qərardan şikayət verərkən prosessual qənaət prinsipinə uyğun olaraq materiala inzibati xətanın törədildiyi yer üzrə, yaxud iddiaçının yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsində baxılması ilə bağlı seçim hüququ verilmişdir. Qeyd olunanlara əsasən hazırkı materiala inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. İXM-də məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 77.1-ci maddəsinə istinad olunmalıdır. CPM-in 77.1-ci mаddəsinə əsаsən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Şərh edilənlərə əsasən və CPM-in 77-ci mаddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Əliyev Cavid Elnur oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 06 fevral 2026-cı il tarixli, TP seriyalı 7837466 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №3(3-6)-920/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-920/2026
09.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver