Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-922/2026 01.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sedrliyi ilə, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X2, Protokol tərtib edən orqanlarn nümayəndəsi nümayəndə3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN:**********) tərəfindən 20.000(iyirmi min) ABŞ dolları məbləğində vəsaiti bank vasitəsilə ## ###### 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 20 000(iyirmi min) ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar(xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ###### 2025ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş həmin ## ###### 2026-cı il tarixli, EP ******* saylı protokol baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 20 000(iyirmi min) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% miqdarında, yəni 4000(dörd min) ABŞ dolları(dolların ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və tətbiq edilmiş cərimənin aradan qaldırılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş sənədlərə və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Xaricə köçürülmüş avans əməliyyatı üzrə öhdəliklər şirkət tərəfindən yerinə yetirilmişdir. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ödəniş edilib, iki bəyannamə olubdur, sonra ödəniş olunubdur, həmin invoysi başqa bəyannəməyə əlavə edilmişdir. Belə bir səhvlik olmuşdur. Həmin il 3 bəyannamələri olubdur, məbləğləri çox yüksək idi. Malları gəlibdir. Səhv olubdur, amma bilərkdən deyil. Məqsəd ölkədən pul çıxarılmasın. Onlar ödəniş ediblər, malı gətiriblər. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etdi. Apellyasiya baxışı zamanı Protokol tərtib edən orqanlarn nümayəndəsi nümayəndə3 bildirmişdir ki, iş üzrə banka təlimat verilərək araşdırma aparıldı və məlum oldu ki, həmin bəyannamələr pul köcürülmə ilə bağlı qəbul edilmir. Verilmiş apellyasiya şikayəti əsassızdır. Belə olan halda apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti əsasssız olduğundan təmin edilməməli, iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarına olan “xxxx” ASC tərəfindən AR Mərkəzi Banka ünvanlanmış ## ###### 2025-ci il tarixli KB-***/*-*/**** saylı məktubundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in “xxxx” ASC-də olan hesabından ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara köçürülmüş 20000(iyirmi min) ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi 2 il ərzində banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. İş materiallarına olan Protokol tərtib edən orqanlar Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi nümayəndə1 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 20.000 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ###### 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasınm rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 20.000 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ###### 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir;”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən təqdim edilən gömrük bəyannamələrlə bağlı mübahisələndirilən qərarda qeyd etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi tərəfindən müxtəlif tarixli Gömrük Bəyannamələri məhkəməyə təqdim edilmişdir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsinin məhkəmə iclasına təqdim etiyi ##.##.2023-cü il tarixli ************** saylı və ##.##.2023-cü il tarixli ************** saylı Gömrük bəyannamələrinə münasibətdə qeyd edir ki, həmin GB Azərbaycan Respublikası Mərkəzi Bankı və “xxxx” ASC ilə yoxlanılmış və həmin bəyannamələrin başqa ödənişlərə bağlı olması müəyyən edilmişdir. Daha sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsinin məhkəmə iclasına ************** saylı ##.##.2024-cü il tarixli və ************** saylı ##.##.2023-cü il tarixli Gömrük Bəyannamələri təqdim etmiş və GB Azərbaycan Respublikası Mərkəzi Bankı və “xxxx” ASC ilə yoxlanılmışdır. Məhkəmə ************** saylı ##.##.2023-cü il tarixli Gömrük Bəyannaməsinə münasibətdə qeyd edir ki, ************** saylı Gömrük Bəyannaməsi saxlancda olan maldır və göndərilən mallara uyğun gəlmədiyi müəyyən edilmişdir. Belə ki, Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiqi haqqında ##.##.2014-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitsəinin ***/*** saylı sərəncamı ilə təsdiq edilmiş Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikasının: GB-nin Qrafa 1. «Bəyanamənin tipi» hissəsində “61” kodu qeyd edilmiş, yəni həmin malın müvəqqəti saxlancda olması müəyyən edilmişdir. Həmin GB üzrə mal ölkəyə daxil olmamış, gömrüyün saxlancında saxlanılması müəyyən edilmişdir. Məhkəmə ************** saylı ##.##.2024-cü il tarixli Gömrük Bəyannaməsinə münasibətdə qeyd edir ki, həmin GB ilə müəyyən edilmiş malların eyniləşdirilməsi aparıla bilməmişdir. GB üzrə invoys fərqli olduğundan və müqavilə tarixi fərqli olduğundan malların eyniləşdirilməsi aparıla bilməmişdir. Belə ki, Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiqi haqqında ##.##.2014-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitsəinin ***/*** saylı sərəncamı ilə təsdiq edilmiş Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikasına uyğun olaraq 44 qrafada 8001(İnvoys (hesab-faktura), proforma-invoys (hesab-proforma)) hissədə olan məlumatların göndərilən invoysun tarixi ##.##.2024, nömrəsi AZK241028&AZK240807B, pulun göndərilməsi baradə invoysda isə(ödəniş tapşırığı OX3 ##.##.2023-cü il) AZK230720, tarixi ##.##.2023 olması müəyyən olunmuş. İnvoyslar fərqli olduğu üçün malların eyniləşdirilməsi aparıla bilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyə əsasən malı idxalını təsdiq edən yeganə sənəd gömrük bəyannaməsidir. Mal ölkəyə daxil olubsa, gömrük bəyannaməsi mövcud olmalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ## ###### 2023-cü il tarixdə ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüş 20.000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların vəsaitin köçürüldüyü gündən 2 il müddətində ölkəyə idxal olunmasını təsdiq edəcək sənədlər təqdim olunmamışdır. Qanunla qabaqcadan ödəniş aparılmış valyuta vəsaiti üzrə konkret müddət müəyyən edilmişdir və bu müddət ən geci iki ildən ibarətdir. Bu müddət ərzində mallar artıq ölkəyə faktiki olaraq daxil olmalı idi. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə kifayət qədər təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan növdə və həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Apellyasiya şikayətində göstərilənlər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-922/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-922/2026
01.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver