Məhkəmə qərarları › İş №3(3-6)-923/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-923/2026

16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-923/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X2, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Azərbaycan Respublikası Bakı şəhər X1 İdarəsi Müşayiət Eskort Bölüyünün ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Bakı şəhər X1 İdarəsi Müşayiət-Eskort Bölüyünün ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırılmışdır ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyət tətbiq edilmiş və IXP******* nömrəli protokol əsasında 100 (yüz) manat məbləğində cərimə və 3 cərimə balı təyin edilmişdir. Protokola əsasən hadisə ## ###### 2026 tarixində saat 13:17-də ona məxsus olan 10 TK999 nömrə nişanlı, Jetour T2 markalı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti Keşlə qəsəbəsi, ünvanında qeydə alınmışdır. Hadisə baş verən ərazi park və servis ərazisindən əsas yola çıxış olan köməkçi yol hissəsidir. O, həmin köməkçi yoldan əsas yola daxil olmuşdur. Həmin istiqamət üzrə ayrıca işıqfor mövcud deyildir. Ərazidə yerləşən işıqfor yalnız əsas yol üzrə hərəkəti tənzimləyir və onun hərəkət istiqamətinə aid deyil. Bundan əlavə sağ tərəfdən gələn yol üçün ayrıca işıqfor mövcuddur və həmin işıqforun qırmızı siqnalı onun hərəkət istiqamətimə aid deyildir. Onun hərəkət etdiyi köməkçi yol ilə əsas yol arasındakı məsafə təxminən 1 metrdir və bu hissə tənzimlənən yol kəsişməsi deyil. Tətbiq olunmuş inzibati cərimə ilə razı deyil. O, həmin qanunda nəzərdə tutulmuş xətanı törətməmişdir. Hadisə zamanı onu Yol Patrul Xidməti əməkdaşı saxlamış, vəziyyətin mübahisəli olduğunu bildirmiş və xəbərdarlıq edərək hərəkətini davam etdirməyə icazə vermişdir. Hadisə yerində inzibati protokol tərtib edilməmişdir. Lakin təxminən 15-20 dəqiqə sonra sistem vasitəsilə ona inzibati cərimə tətbiq edildiyi məlum olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Bakı şəhər X1 İdarəsi Müşayiət-Eskort Bölüyünün ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsi, həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun hərəkət istiqaməti üzrə işıqfor mövcud deyildir. Məhkəmə qərarında qeyd olunmuşdur ki, hadisə köməkçi yol üzərində baş vermiş və həmin istiqamət üzrə ayrıca işıqfor mövcud deyil. Buna baxmayaraq 327.2-ci maddəsi tətbiq olunmuşdur. Qərar daxili ziddiyyətlidir. Bir tərəfdən işıqforun olmadığı qeyd olunur, digər tərəfdən qırmızı siqnalın pozulması iddia edilir. Obyektiv sübutlar mövcud deyil. Video və ya digər texniki sübut təqdim olunmamışdır. Şikayət verilən orqan məhkəmədə iştirak etməmişdir. Onun arqumentlərinə hüquqi cavab verilməmişdir. Məhkəmə araşdırması formal xarakter daşımışdır. Məhkəmə birtərəfli yanaşma nümayiş etdirmişdir. Apellyasiya icraatı zamanı çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Azərbaycan Respublikası Bakı şəhər X1 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər X1 İdarəsi Müşayiət- Eskort Bölüyünün ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə, saat 13:17-də idarə etdiyi **- TK-*** dövlət qeydiyyat nişanlı “Jetour T2 Plug-İn Hibrid” minik markalı nəqliyyat vasitəsi ilə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat cərimə edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə svetoforun qadağanedici işarəsi verilərkən, yəni qırmızı işıq yanarkən svetoforun qadağanedici siqnalını əsas tutmayaraq və siqnala əməl etməyərək öz hərəkətini davam etdirmişdir. İşdə olan sübutlarla müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə, saat 13:17-də idarə etdiyi **-TK-*** dövlət qeydiyyat nişanlı “Jetour T2 Plug-İn Hibrid” minik markalı nəqliyyat vasitəsi ilə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirmiş və əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi əlamətləri baş vermişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin IV hissəsinə əsasən svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətə (istiqamətlərə) şamil edilir. Həm də sola dönməyə icazə verən ox, müvafiq yol nişanının geriyə dönməyi qadağan etmədiyi hallarda, geriyə dönməyə də icazə verir. Əlavə bölmədəki yaşıl oxun da mənası belədir. Əlavə bölmənin işığının sönməsi bu bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İ hissəsinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin IV hissəsinə Svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır və bu əmələ görə şəxs yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi və şəxsin təqsiri sübuta yetirilmişdir. Məhkəmə apellyatora məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermiş və birtərəfli işə baxmamışdır. Məhkəmə işıqforun olmamasını qərarda qeyd etməmişdir. Ona görə məhkəmə şikayətin dəlilləri ilə razılaşmayaraq onları əsassız hesab edir. Bu səbəbdən və yuxarıda qeyd edilənlərdən məhkəmə, birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşır və hesab edir ki, səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Bakı şəhər X1 İdarəsi Müşayiət Eskort Bölüyünün ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar