Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-924/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, Məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsMMC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından barəsində inzibati tənbeh tədbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, işçilərin xüsusi geyim vasitələri olmadan işə cəlb edilmələri barədə mediada dərc olunmuş məlumat əsasında münasibət bildirmələri və sənədləri təqdim etmələri üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin işəgötürəninə *-**-*/*- *****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktub ünvanlanmış, lakin 7 iş günü ərzində məktuba cavab verilməmiş, sənədlər təqdim olunmamışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında iddia olunmaqdadır ki, X3 Xidməti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2025-ci il tarixli, *-**-*/*-***** saylı sorğu ünvanlanmışdır, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən hər hansı cavab ünvanlanmamışdır. Buna görə də, İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə) törədilmişdir. Qeyd olunan məktub ümumiyyətlə MMC-yə çatdırılmamışdır. Bu barədə və ümumilikdə həmin məktubun göndərilmiş olması barəsində belə poçt qəbzi iş materiallarına əlavə edilməmişdir. Birinci İnstansiya Məhkəməsi tərəfindən əsaslandırma sorğu məktubunun “ƏMAS” vasitəsi ilə elektron qaydada göndərilməsi istiqamətində aparılmışdır. Bu barədə “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə istinad edilmişdir. Nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə elektron üsulla göndərilmiş inzibati akt göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Məhkəmədə mübahisə predmetini isə inzibati akt deyil də, X3 Xidməti tərəfindən göndərilmiş sorğu təşkil etməkdədir. Sorğu isə inzibati akt hesab edilə bilməz, çünki “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Belə olan halda, halhazırki iş üzrə “İnzibati icraat haqqında” Qanunun 62.2ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Xüsusilə nəzərə alınmalıdır ki, halhazırki is üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, iddia olunmaqdadır ki, sorğun “ƏMAS” vasitəsi ilə elektron qaydada göndərilərək ## ###### 2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə çatdırılmışdır. MMC tərəfindən isə 7 iş günü ərzində sorğuda əksini tapmış müvafiq məlumatların (sənədlərin) təqdim edilməməmişdir. Bununla da, inzibati xətanın törədildiyi gün ## ###### 2025- ci il tarixidir. İXM-nin 38.1-ci maddəsinə görə isə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Hal-hazırki iş üzrə isə şikayətin təqdim edildiyi tarixə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barədə qanuni qüvvəyə minmiş inzibati tənbeh yoxdur. Halbuki artıq inzibati xətanın törədildiyi tarixdən 4 aydan uzun müddət keçmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsMMC-nin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, işdə iştirak edən şəxsi dinləyib məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-***/*-*****/**** nömrəli məktubundan görünür ki, Bakı şəhəri Yasamal rayonu ərazisində Cəfər Cabbarlı, Fuad İbrahimbəyov, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazidə hündürmərtəbəli yaşayış kompleksinin tikintisi davam etməkdə olan “E” blokunda işləyən işçilərin fərdi mühafizə vasitələrindən istifadə olunmadan, eyni zamanda gecə vaxtı işlərə cəlb edilmələri barədə Xəzər TV-də təqdim olunan video görüntülərə və məlumatlara Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. Bununla əlaqədar müvafiq sənədlərin işçilərin fərdi mühafizə vasitələrindən istifadə olunmadan və gecə saatlarında işə cəlb edilmələri ilə bağlı məsələyə münasibət məktubları (ətraflı məlumat, qeyd olunan iş prosesinin nə zaman, hansı sahədə və şəraitdə baş verməsi; qeyd olunan tikinti sahəsində çalışan işçilərin fərdi mühafizə vasitələri və geyimlərlə təmin olunmaları barədə təsdiqedici sənədlərin surəti; həmin blokun tikintisində işləyən şəxslərin əmək müqavilələrinin surəti; həmin şəxslərin iş vaxtlarının uçotu tabellərindən çıxarışlar; istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən çıxarış; əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair keçirilən təlimatlar haqqında sənədlərdən çıxarışlar; gecə saatlaında işləyən işçilərin növbə cədvəlləri, iş vaxtlarının uçotu tabellərindən çıxarışlar - 7 iş günü ərzində Xidmətin Bakı şəhər idarəsinə təqdim olunması xahiş edilmiş, məktub icra edilmədiyi halda Azərbaycan Respublikası İXMnin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubu “ASİS” elektron sistemi ilə ## ###### 2025-ci il tarixdə şəxsi kabinetə yerləşdirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında Əsasnamə”nin 1.1-ci bəndindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 539.3cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi şəxsin nümayəndəsinin yazılı etirazında və məhkəmə iclasında göstərdiklərinə münasibətdə qeyd etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən “ƏMAS” vasitəsi ilə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli sorğu məktubu, ##.##.2025-ci il tarixdə “ASİS” elektron sistemi ilə şəxsi kabinetə yerləşdirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Sözügedən sorğunun “ƏMAS” vasitəsi ilə elektron qaydada göndərilərək ## ###### 2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə çatdırılmasından sonra, 7 iş günü ərzində sorğuda əksini tapmış müvafiq məlumatların (sənədlərin) təqdim edilməməsi, İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə nəticələnmişdir. İrəli sürülən dəlillər və etirazın əsasını təşkil edən hallar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Baxmayaraq ki, barəsində inzibati icraat aparılan şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir, hüquqi şəxsin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”ndə mövcud olan şəxsi (elektron) kabinetinin “Rəsmi yazışmalar-Daxil olan məktublar” bölməsinə real vaxt rejimində baxış keçirilməsi üçün şərait yaradılmamışdır, görüntü şəklində təqdim olunan sübuta baxış zamanı isə həmin görüntülərin iş üçün sübut əhəmiyyəti daşıyan mötəbər sübut kimi qəbul edilməsinə əsasların olmadığı müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə, inzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati tənbeh verilməsinə mane olan, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri olsa da, hazırda inzibati məsuliyyətə cəlb etmə müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün təqsirli bilinməli, lakin inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməli, iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-**/**** nömrəli qərarı ləğv edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 105.1 və 135.1.5-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ləğv edilsin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-924/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-924/2026
15.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver