Məhkəmə qərarları › İş №3(3-6)-926/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-926/2026

13.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-926/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X3, Barəsində inzibati icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidmətinin Bakı şəhər idarəsindən Nizami Rayon Məhkəməsinə baxılması üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ###### 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarla razılaşmayaraq hesab etmişdirlər ki, məhkəmə iş üzrə faktiki halları tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş və nəticədə əsassız qərar qəbul etmişdir. Məhkəmə yalnız inzibati orqanın nümayəndəsinin səsləndirdiyi fikirləri mötəbər sübüt kimi qəbul edərək qərar qəbul etmişdir. Inzibati orqanın inzibati pozuntunu sübuta yetirilməsi hissəsini hüquqi şəxsdən tələb edərək qüvvədə olan qanunvericiliyin tələbini ciddi şəkildə pozmuşdur. Bu halda hüquqi şəxsə öz təqsirsizliyini sübüta yetirməyə məcbur qalmışdır. Bu azmış kimi birdə aparılan araşdırma zamanı məhkəmə əsaslı şübhələri hüquqi şəxsin xeyrinə həll etməklə barəbər qanunun zidd olaraq hüquqi şəxsi inzibati məsuliyyətə cəld etmişdir. X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən ## ####### 2025-ci il tarixli məktubla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən müəyyən sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Məhkəmə həmin məktubun guya hüquqi şəxsə çatdırıldığını əsas gətirərək şirkətin sənədləri təqdim etməməsini inzibati xəta kimi qiymətləndirmişdir. Əslində isə inzibati orqana sənədlər tələb olunan formada vaxtında çatdırılmışdır. Tərəflərindən ## ####### 2026-cı il tarixində və ## ###### 2026-cı il tarixində inzibati orqana inzibati orqanın tələb etdiyi sənədlər göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi apellyasiya şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliyə uyğun məlumatlandırılmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Işin halları və hüquqi məslələr: Şikayətdə göstərilənlərlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış ## ####### 2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubundan görünür ki, vətəndaş X1 əmək hüquqlarının pozulması barədə Xidmətə ünvanladığı müraciətə Bakı şəhər idarəsində baxılır. Bununla əlaqədar X1 müraciətinə münasibət bildirilməsi və iş vaxtının uçotu tabeli ( son 2 il üzrə); iş vaxtından artıq vaxta işlərin görülməsinə cəlb olunmaqla bağlı işçinin razılığı və işəgötürənin əmri; iş vaxtından artıq vaxta işlərin görülməsinə cəlb olunmaqla bağlı işçiyə ödənilən əlavə əmək haqqını təsdiq edən sənədlərin surəti; işçinin vəzifə təlimatı, məzuniyyət huququndan istifadə edilməsinə dair müvafiq sənədlər (işçinin ərizəsi, işəgötürənin əmri, son 2 il üzrə); məzuniyyət haqqının ödənilməsinə dair müvafiq sənədlərin surəti (son 2 il üzrə); vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun 7 iş günü ərzində Xidmətin Bakı şəhər idarəsinə təqdim olunması xahiş edilmiş, məktub icra edilmədiyi halda Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. - “Azərpoçt”a aid poçt göndərişinin izlənmə məlumatından görünür ki, X4 Xidmətinin Bakı şəhər idarəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış 13oktyabr 2025-ci il tarixli, 3-17-5/2- *****/**** nömrəli məktubu ## ####### 2025-ci il tarixdə, saat 10:15-də ünvan sahibinə çatdırılmışdır. - Avtomatlaşdırılmış Sosial Informasiya Sistemindən çıxarışdan görünür ki, X4 Xidmətinin Bakı şəhər idarəsinin ## ####### 2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin elektron kabinetinə yerləşdirilməklə çatdırılmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış ## ###### 2025-ci il tarixli, *-*-**-*/*-******/**** nömrəli məktubundan görünür ki, vətəndaş X1 əmək hüquqlarının pozulması barədə Xidmətə ünvanladığı müraciətə Bakı şəhər idarəsində baxılır. Bununla əlaqədar X1 müraciətinə münasibət bildirilməsi və ## ######## 2019 və ## #### 2020-ci il tarixli əmək müqavilələrinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə); iş vaxtının uçotu tabeli (hər iki müqavilə üzrə çalışdığı dövrlər üzrə); iş vaxtından artıq vaxta işlərin görülməsinə cəlb olunmaqla bağlı işçinin razılığı və işəgötürənin əmri; iş vaxtından artıq vaxta işlərin görülməsinə cəlb olunmaqla bağlı işçiyə ödənilən əlavə əmək haqqını təsdiq edən sənədlərin surəti; məzuniyyət hüququndan istifadə edilməsinə dair müvafiq sənədlər (işçinin ərizəsi, işəgötürənin əmri, hər iki müqavilə üzrə); məzuniyyət haqqının ödənilməsinə dair müvafiq sənədlərin surəti (hər iki müqavilə üzrə); vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun 7 iş günü ərzində Xidmətin Bakı şəhər idarəsinə təqdim olunması xahiş edilmiş, məktub icra edilmədiyi halda Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. - Avtomatlaşdırılmış Sosial Informasiya Sistemindən çıxarışdan görünür ki, X4 Xidmətinin Bakı şəhər idarəsinin ## ###### 2025-ci il tarixli, *-*-**-*/*-******/**** nömrəli məktubu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin elektron kabinetinə yerləşdirilməklə çatdırılmışdır. -Sorğu və ona cavab məktubundan, eləcə də əlavə edilən sənədlərdən görünür ki, X4 Xidmətinin Bakı şəhər idarəsinin sorğusunda tələb olunan sənədlər (iş vaxtının uçotu tabeli 2023-cü ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə, ## ######## 2019-cu il və ## #### 2020-ci il tarixli əmək müqavilələri, hər iki müqavilə üzrə məzuniyyət əmri və ərizəsi, 2019-2025-ci illər üzrə məzuniyyət haqlarının ödənilməsini təsdiq edən sənədlər) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən natamam təqdim edilmişdir Birinci instansiya məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, DƏMX tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış sorğu rəsimi qayda da çatdırılsa da MMC tərəfindən müvafiq məlumatların səlahiyyətli orqana təqdim edilməməsi iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı inzibati iş üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün əhəmiyyət kəsb edən halların araşdırılmaması iş materialları ilə müəyyən edilməmişdir. Belə olan halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməklə təqsirli bilinərək cərimə edilməsi barədə birinci instansiya məhkəməsi qanuni və düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir; 539.1-1-ci maddəsinə görə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə-vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək In barəsində 2000 manat məbləğində cərimə tətbiq edilməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-136-ci maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar