Məhkəmə qərarları › İş №3(3-6)-927/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-927/2026

14.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-927/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, məhkəmə iclas katibi X2 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti inspektoru Nümayəndə Çingiz oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli saylı qərarı ilə, X1 (## ###### 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-nin) 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, X1 barəsində IXM-nin 329.3 və 332.1-ci maddələri ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Işin halları: Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti inspektoru Nümayəndə Çingiz oğlu tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, IXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X1 ## ###### 2026-cı il tarixdə, saat 11:00-da Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsində “Chevrolet Cruze minik” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə IXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı, bundan başqa həmin Məcəllənin 329.3 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Iş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şikayət verərək Bakı şəhər Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti inspektoru Nümayəndə Çingiz oğlu protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, yerində guya ki, müayinənin nəticəsi ilə razılaşmışdır, sərbəst yazdığı izahatında da içkili olmasını guya ki, etiraf etmişdir. Protokol əsasında şəxsin barəsində inzibati tənbeh tətbiq olunmasını guya ki, məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında o izahatında göstərmişdir ki, o maşın ustası kimi fəaliyyət göstərir. ## ###### 2026-cı il tarixdə müştərinin maşınını park etmək üçün servisdən çıxaran zaman polis əməkdaşı ona yaxınlaşmış və onu patrul maşınına dəvət etrmişdir. Alkotestri üfləməsini demiş, o da alkotestri üfləmişdir. Bu zaman 0,3 promil sərxoşluq aşkar olunmuşdur. O bildirmişdir ki, 3 gün əvvəl az miqdarda spirtli içki qəbul etmişdir. Onu Nizami Rayon Polis idarəsinə apararaq, orada izahat yazdırmışdılar. Lakin, o sərxoş olmamışdır. Daha sonra özü həkim müayinəsindən keçərək və sərxoş olmadığım müəyyən edilmişdir. Həmin sənədi polisə aparmışdır. Kağıza polis əməkdaşı yazmışdır ki, işə məhkəmədə baxılmalıdır. Ilk dəfədir ki, məsuliyyətə cəlb olunduğunu bildirmişdir. Əvvəl məhkəmədə heç bir işi olmamışdır. Ona polis əməkdaşı demişdir ki, müştərinin maşınını qaytarmaq istəyirsənsə izahatını təsdiqlə, o da məcbur qalıb izahat yazmışdır. Qeyd etdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Hesab edir ki, bu hal IXM-nin 8-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə ziddir. O hesab edir ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** saylı inzibati xəta haqqında iş üzrə qərarı tam obyektiv deyil və əsassızdır. Bildirmək istəyir ki, o, polis idarəsinə aparılan zamanda və sonrasında ayıq olmuşdur. Polis əməkdaşı ona təzyiq edərək bildirmişdir ki, o izahatlara imza atsın ki, müştərinin avtomobilini tez zamanda geri qaytara bilsin. Hətta onu Polis Idarəsində işinə uzun vaxt ərzində baxaraq onu yubatmışlar ki, o, həkim müaniyəsindən gec keçsin. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək tərəfindən verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti inspektoru Nümayəndə Çingiz oğlu şikayətin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırma aparıldığını, şəxsin özünün sərxoş olması barədə etirafı etdiyini, ona təzyiq və təsir edilmədiyini, həkim müayinəsi təklif etdiklərini, Vüqar Əliyevin qəbul etmədiyini göstərib birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi IXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatı, sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək inzibati tənbeh tədbiri tətbiq etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırda sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətinin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli ## #### 2014-cü il tarixli qərarının 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs saxlanılan zamanı sərxoş olmamasını bildirsə də, xəta törədilən zaman sərxoşluq vəziyyətini müəyyən etmək üçün istifadə edilmiş xüsusi texniki vasitənin nəticəsindən müəyyən olunur ki, müayinə zamanı X1 alkoqolun miqdarı 0.681 promill olmuşdur. O, izahatında alkotesterin nəticəsinin kifayət etdiyini, həkimə getməyə ehtiyac olmadığını bildirmiş, spirtli içki qəbul etdiyini etiraf etmişdir. Vüqar Əliyev tibbi müayinəyə aparılmadığını iddia etsə də, bu dəlil də əsaslı olmamışdır. Çünki, IXM-in 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Vüqar Əliyev xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşdığından tibbi müayinəyə aparılmasına zərurət olmamışdır. Məhkəmə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna münasibətdə qeyd edir ki, Vüqar Əliyev həmin gün saat 11:00-da xüsusi texniki müayinədən keçmiş, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu üzrə müayinə isə 03 saat 40 dəqiqədən sonra saat 14:40-da aparılmışdır. Göründüyü kimi, müayinələr arasında vaxt fasiləsi olmuş, saat 11:00-da sərxoş olmuş şəxsin 03 saat 40 dəqiqədən sonra ayıq olunması mümkün olmaqla, şəxsin saat 11:00-da sərxoş olmasını təkzib etməmişdir. Vüqar Əliyev izahatları aldatma nəticəsində verməsi barədə dəlillər irəli sürsə də bu əsaslı görünməmiş, onun aldadılması iddiaları müvafiq dəlillərlə dəstəklənməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə baxışı zamanı verdiyi izahata iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə verdiyi izahat həqiqətə uyğun deyil, onun bu məzmunda izahat verməsi inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, hazırki iş üzrə toplanmış sübutlar kifayət etmiş və həmin sübutlar yekun nəticəyə gəlməyə imkan vermişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar