Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-928/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan “xxxx” MMC-nin nümayəndəsi X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «xxxx” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim : Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Nəriman Mehdiyev) *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə «xxxx” MMC Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Işin halları: Materialdan görünür ki, ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, “xxxx” MMC-nin sabiq işçisi X2 ##.##.2024-cü il tarixdə səhhətinin pozulması və sonradan ölümü ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq hüquqi ünvan üzrə Bakı şəhəri Nizami rayonunda qeydə alınmış “xxxx” MMC-nin işəgötürəninə ünvanlanmış *-**-*/*- ******/**** nömrəli, ##.##.2025-ci il tarixli məktubda qeyd olunan sənədləri 7 iş günü ərzində təqdim olunması təmin edilməmişdir. Iş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs apellyasiya qaydada şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarını ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, inzibati orqan olaraq DƏMX-nin Bakı şəhər Idarəsi tərəfindən tərtib olunmuş ## ###### 2025-ci il tarixli MN seriyalı ******* saylı protokol Nizami rayon məhkəməsinə göndərilmişdir. Həmin protokolun tərtib edilməsi üçün əsas olmuş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən göndərilən ## ####### 2025-ci il tarixli məktub ## ###### 2025-ci il tarixində Cəmiyyətin hüquqi ünvanına çatdırılmışdır. Inzibati orqan tərəfindən məhkəməyə təqdim edilən sənədlər siyahısında da məktubun ## ###### 2025-ci il tarixində Cəmiyyətin ünvanına çatdırıldığı qeyd olunmuşdur. (bunu təsdiq edən poçt qəbzinin surəti bilavasitə DƏMX tərəfindən məhkəməyə təqdim olunan protokola əlavə edilmişdir.) Həmin məktubda 7 iş günü müddətində məktubda qeyd edilən sənədlərlə birlikdə cavab məktubunun verilməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə tapşırılmışdır. ## ###### 2025-ci il tarixində Cəmiyyətin hüquqi ünvanına çatdırılmış məktubun cavablandırılmasının son müddəti ## ###### 2025-ci il tarixi idi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən X4 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən göndərilən ## ####### 2025-ci il tarixli məktubuna ## ###### 2025-ci il tarixində rəsmi qaydada cavab verilmişdir. (bunu təsdiq edən sənədin surəti əlavə edilir.) Ancaq maraqlı olan hal budur ki, X4 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən məktubda qeyd edilən 7 iş günü müddəti bitməmiş, ## ###### 2025-ci il tarixində inzibati icraat başladılmaqla ## ###### 2025-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib edilmiş, bundan sonra müvafiq qərardadla iş Nizami rayon məhkəməsinə göndərilmişdir. 7 iş günü bitməmiş tərtib edilən protokolun qanunsuzluğunu birinci instansiya məhkəməsinin diqqətinə çatdırılmaqla qeyd edilən protokolun və ona əlavə edilmiş sənədlərin birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmasına dair qərardadın qəbuledilməsini məhkəmədən istəmişdik. Ancaq maraqlı olan hal budur ki, birinci instansiya məhkəməsinin hakimi bütün bu deyilənlərə məhəl qoymadan DƏMX tərəfindən göndərilən və birinci instansiya məhkəməsində iştirak edən inzibati orqanın nümayəndəsinin dediklərinisözbəsöz olduğu kimi öz qərarı ilə təsdiq etmişdir. Maraqlı olan hal budur ki, hakim öz qərarını qəbul edərkən “Inzibati Icraat Haqqında” AR Qanununun 62.2ci maddəsinin tələblərini əsas götürmüşdür. Belə ki, qeyd edilən maddənin tələblərinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Maddənin tələblərindən göründüyü kimi qeyd edilən maddə poçt vasitəsilə çatdırılmanı nəzərdə tutduğu kimi, sənədin elektron üsulla göndərilməsini də nəzərdə tutur. Yuxarıda da qeyd etdiyimiz və işdə olan materiallardan da göründüyü kimi poçt vasitəsilə göndərilmiş olan sorğu məktubuna Cəmiyyət tərəfindən 5 iş günü müddətində cavab verilmişdir ki, bu halın özü inzibati xəta tərkibinin formalaşmadığını göstərir. Bundan başqa Inzibati Icraat haqqında Qanunun 62.2-ci maddəsinin tələblərində inzibati aktın poçt vasitəsilə və ya elektron üsulla göndərilməsi və hansı müddətdə çatdırılmış hesab edilmə nəzərdə tutulur. Bildirmək istəyirik ki, DƏMX tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə göndərilən sorğu məktubu isə bir inzibati akt deyildir və bu səbəbdən qeyd edilən maddənin bu hala tətbiq edilməsi mümkün ola bilməzdi. Belə ki, Inzibati Icraat Haqqında AR Qanununun 2.0.2-ci maddəsinin tələblərindən də göründüyü kimi inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Öz qərarında Inzibati Icraat Haqqında Qanunun 62.2-ci maddəsində inzibatiakt anlayışına istinad edən hakim həmin qanunun 2.0.2- ci maddəsində inzibati aktın nədən ibarət olduğuna dair tərifin tələblərini görməzlikdən gələ bilməzdi. Yəni qeyd edilən qanunun 62.2-ci maddəsinin tələbləri eyni qanunun 2.0.2-ci maddəsinin tələblərindən mücərrəd qaydada tətbiq edilə bilməzdi. Işdə olan materiallardan da göründüyü kimi DƏMX tərəfindən “xxxx” MMC-yə göndərilmiş olan ## ####### 2025-ci il tarixli sənəd sadəcə sorğu məktubudur və araşdırma aparılması üçün müvafiq sənədlərin verilməsinə dair tələbnamədir. Bu cür tələbnaməyə və ya sorğu məktubuna inzibati akt kimi yanaşılması “hüquq aləmində bir yenilikdir ki, bunu da öz qərarı ilə hakim Nəriman Mehdiyev etmişdir”. Yəni bu qərarla sorğu məktubuna inzibati akt kimi yanaşıldığının da şahidi olduq. Birinci instansiya məhkəməsində aparılan araşdırmalar zamanı hüquqi şəxsin nümayəndəsi tərəfindən Cəmiyyətdə kadrlar üzrə mütəxəssis vəzifəsinin olmadığını, ona görə də Cəmiyyətin elektron informasiya sisteminə yerləşdirilən məktubdan vaxtında xəbər tutulmadığı, belə bir məktubun elektron infoirmasiya sisteminə yerləşdirilməyindən məhkəmə araşdırmasası zamanı xəbər tutduğumuzu, ancaq ## ####### 2025-ci il tarixli sorğu məktubunu ## ###### 2025-ci il tarixində aldıqdan sonra 5 iş günü müddətində DƏMX-ə cavab verilərək tələb olunan sənədlərin müşayiətedici məktubla inzibati orqana təqdim etdiyimizi məhkəməyə bildirsək də, birinci instansiya məhkəməsinin hakimi dediklərinə ümumiyyətlə qulaq asmaq istəmədi. Hətta birinci instansiya məhkəməsində araşdırma aparılarkən Cəmiyyətin rəhbərliyinin inzibati xəta törətmədiyini, belə ki, inzibati xətanən ola bilməsi üçün qəsdən və ya ehtiyatsızlıqla da olsa, göndərilən sorğu məltubunu cavab verilməməsi kimi bir halın olmadığını bildirsə də dediklərinə məhəl qoyulmadı. Bundan başqa məhkəmə öz qərarında qeyd etmişdir ki, “Istinad olunan sorğu məktubunun əlavə tədbir kimi poçt vasitəsi ilə göndərilərək ## ###### 2025-ci il tarixdə çatdırılması, sözügedən müddətin yenidən və həmin tarixdən hesablanmalı olması kimi qəbul edilə bilməz. Irəli sürülən dəlillər və etirazın əsasını təşkil edən hallar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur”. Hesab edir ki, birinci instansiya məhkəməsi sorğu məktubunun poçt vasitəsi ilə göndərilməsini əlavə tədbir kimi qəbul etməsi qanunsuz və əsassızdır. Buradan belə bir nəticəyə gəlmək olur ki, məhkəmə bir məktubun daha əvvəlcədən elektron informasiya sisteminə yerləşdirilməsini əsas tədbir, daha sonradan inzibati orqan tərəfindən poçt vasitəsi ilə göndərilməsini isə əlavə tədbir kimi tövsif etməkdədir. Bir məktubun elektorn informasiya sistemi və poçt vasitəsilə göndərilməsi inzibati orqan tərəfindən tərtib olunmuş bir sorğu məktubunun altenativ üsullarla ona cavab verməli olan subyektə göndərilməsi deməkdir. Yəni bir məktub bir neçə üsulla ona cavab verməli olan təşkilata göndərilə bilər. Qanunvericilik isə bu altenativ üsullardan ilkin olaraq göndərilən sənədin icra müddətinin göndərildiyi tarixdən etibarən hesablanmalı olacağını nəzərdə tutmamışdır. Maraqlı olan budur ki, görəsən ## ###### 2025-ci il tarixində elektron informasiya sisteminə sorğu məktubunu yerləşdirən DƏMX, sorğu məktubunu Cəmiyyətin poçt (və ya hüquqi ünvanı) ünvanına əlavə tədbir olaraq mı göndərmişdi? Birinci instansiya məhkəməsinin hakimi Nəriman Mehdiyev hansı əsaslarla və ya meyarlarla elekton informasiya sisteminə göndərilən məktubu əsas tədbir, poçt vasitəsilə göndərilən məktubu isə əlavə tədbir kimi tövsif edir? Bu sadəcə Nizmai rayon məhkəməsinin hakimi Nəriman Mehdiyev tərəfindən qanunvericiliyin tələblərini öz subyektiv mülahizəsi əsasında tövsif edilməsinə əyani sübut təşkil edir. Əgər barəsində protokol tərtib edilən hüquqi şəxs tərəfindən qeyd edilən sorğu məktubu cavablandırılmasaydı, o zaman hüquqi şəxs tərəfindən AR IXM-nin 539.3-cü maddəsinin tələblərinin pozulduğunu qeyd etmək olardı. Ancaq yuxarıda da qeyd etdiyimiz kimielektron informasiya sistemi vasitəsilə göndərilən sorğu məktubuna poçt vasitəsilə göndərildikdən sonra məktubda nəzərdə tutulan müddətdə cavab verilməklə inzibati xətaya münasibətdə subyektiv tərkibin formalaşmasına imkan verilməmişdir. Yəni zamanında verilən cavab məktubu qəsdən və ya ehtiyatsızlıqla olan inzibati xətanın formalaşmasının qarşısınıalmışdır. Bundan başqa hazırki iş Nizami rayon məhkəməsinin icraatında olarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X6 DƏMX-nin Bakı şəhər Idarəsi tərəfindən ## ###### 2025-ci il tarixli *-**-*/*-A-****/**** saylı məktub göndərilmişdir. Həmin məktubda daha əvvəlcədən Cəmiyyətin direktoru barəsində ## ###### 2025-ci il tarixində MN ******* saylı inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qəbul edilmiş qərarın Cəmiyyət tərəfindən ## ###### 2025-ci il tarixli **/** saylı məktubla zərərçəkən X2 aid tələb edilmiş sənədlərin təqdim edilməsi səbəbindən tərtib edilmiş şərti qərarın qüvvəyə minmədiyi qeyd olunmuşdur. (qeyd edilən məktub daha əvvəlcədən birinci instansiya məhkəməsinə təqdim olunmuşdu və yenə də şikayətə əlavə edilir.) ## ###### 2025-ci il tarixli **/** saylı cavab məktubu məhz Cəmiyyət tərəfindən DƏMX-nin ## ####### 2025-ci il tarixli sorğu məktubuna verilən cavab məktubudur. Maraqlı olan hal budur ki, DƏMX, Cəmiyyətin direktoruna münasibətdə şərti qərarın ona görə qanuni qüvvəyə minmədiyini göstərir ki, sorğuya vaxtında cavab verilmişdir, ancaq hüquqi şəxsə münasibətdə isə ## ###### 2025-ci il tarixli **/** saylı cavab məktubunu qəbul etmir, vaxında cavab verilmədiyini bildirir. Birinci instansiya məhkəməsinin hakimi Nəriman Mehdiyev də bu absurd və bir-biri ilə ziddiyyət təşkil edən təzadlı durumu Cəmiyyəti cərimələməklə təsdiq edir. Məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun çıxış etmiş, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi IXMin 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatları sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Şikayətdə MMC tərəfindən heç bir inzibati xəta törədilmədiyi iddia edilsə də, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək tənbeh vermə haqqında qərar çıxarmışdır. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Iş materiallarında olan “Elektron sistem”dən çıxarışdan görünür ki, X4 Xidmətinin Bakı şəhər idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubu ƏMAS vasitəsi ilə ## ###### 2025-ci il tarixdə saat 08:36-da “xxxx” MMC-nin elektron kabinetinə yerləşdirilməklə göndərilmişdir. Hüquqi şəxs “xxxx” MMC-nin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”ndə mövcud olan şəxsi (elektron) kabinetinin “Rəsmi yazışmalar-Daxil olan məktublar” bölməsinə birinci instansiya məhkəməsinin iclasında tərəflərin iştirakı ilə real vaxt rejimində baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC-yə X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli, 3- **-*/*-******/**** nömrəli məktub, ##.##.2025-ci il tarixdə, saat 10:04-də “xxxx” MMC-nin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”ndə mövcud olan şəxsi (elektron) kabinetinin “Rəsmi yazışmalar-Daxil olan məktublar” bölməsində qeydə alınmışdır. Odur ki, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi MMC-nin barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxs tərəfindən IXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gələrək hüquqi şəxsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmişdir. Hüquqi şəxsə tətbiq edilmiş tənbehə münasibətdə isə məhkəmə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətinini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq MMC barəsində minimum həddə cərimə növündə inzibati tənbeh tətbiq etməklə nəticəyə gəlsə də, qanunun normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, IXM-nin 40-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) aşağıdakılardır; 40.0.1. rayon (şəhər) məhkəmələri və hərbi məhkəmələr; 40.0.2. uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan); 40.0.3. müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən Bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Eyni Məcəllənin 43.3-1-cü maddəsinə əsasən Bu Məcəllənin 18.6-cı maddəsində nəzərdə tutulan hallarda inzibati xətalar haqqında işlərə məhkəmələr baxır. IXM-nin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Eyni Məcəllənin 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. Işə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Göründüyü kimi, MMC IXM-də inzibati cərimənin şərti olaraq tətbiq edilməsi nəzərdə tutulan xətanı törətmiş, MMC-nin eyni inzibati xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi MMC-yə tətbiq etdiyi inzibati cəriməni şərti olaraq tətbiq etməli olduğu halda etməmiş, bununla da qanunun norması düzgün tətbiq edilməmişdir. Sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanunun norması düzgün tətbiq edilməklə dəyişdirilməli, MMC-yə IXM-nin 539.3cü maddəsi ilə tətbiq edilən inzibati cərimə şərti olaraq tətbiq edilməli, hüquqpozmanı aradan qaldırması üçün müddət təyin edilməli, hüquqpozmanı aradan qaldırdıqda məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi MMC-yə izah edilməlidir. IXM-in 134.1.2-ci maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və IXM-in 134.1.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldım: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin «xxxx” MMC-nin IXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsinə dair *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilsin. IXM-nin 116.1-ci maddəsinə əsasən «xxxx” MMC-yə IXM-nin 539.3-cü maddəsi ilə tətbiq edilmiş 2000 (iki min) manat miqdarında inzibati cərimə şərti tətbiq edilsin. «xxxx” MMC-yə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 1 (bir) ay müddət təyin edilsin. Hüquqpozmanı aradan qaldırdıqda məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cəriməni ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi «xxxx” MMC-yə izah edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-928/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-928/2026
16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver