Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-933/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nuhbalayev İlqar Vüqar oğlunun iştirakları ilə, Nuhbalayev İlqar Vüqar oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Nuhbalayev İlqar Vüqar oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı material ## #### 2026-cı il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında ## #### 2026-cı il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Nuhbalayev İlqar Vüqar oğlu ## #### 2026-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində ictimai qaydanı kobud şəkildə pozaraq ünvansız şöyüşlər söymüş, ona yaxınlaşan zaman polis əməkdaşının qanuni tələblərinə tabe olmamış, bununla da İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli *(*-**)-****/**** saylı qərarı ilə Nuhbalayev İlqar Vüqar oğlunun İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi və həbsetmənin əvvəlinin ## #### 2026-cı il saat 13:00-dan hesablanması qərara alınmışdır. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini, barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ictimai qaydanı kobud surətdə pozmayaraq bu əsasda başqalarının qanunla qorunan hüquqlarını məhdudlaşdırmamış, konkret kiməsə şər-böhtan və nalayiq söz deməmiş, ictimaiyyətə qarşı kobud rəftar və o cümlədən polisə müqavimət göstərməmişdir. Odur ki, qərarda barəmdə şişirdilmiş formada məlumatlar yazılmışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 12-ci, 34.2-ci və 34.3-cü maddələrində yazıldığı kimi o, ictimai münasibətlərə qəsd etməmiş, qəsdən hüquqazidd hərəkət və ya hərəkətsizlik törətməmiş və həmçinin eyni və ya müxtəlif vaxtlarda bir neçə inzibati xəta törətməmişdir. Kiməsə qarşı xuliqanlıq hərəkəti də etməmişdir. Odur ki, bu iş üzrə kimsə ondan şikayətçi olmamışdır. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 12-ci, 34.2-34.3-cü, 510.1 və 535.1-ci maddələri onun barəsində tətbiq oluna bilməz. Digər tərəfdən, bu maddələrin tətbiqi zamanı ümumilikdə 50 manatdan 200 manatadək cərimə nəzərdə tutulduğu halda, cəzanın bu yüngülləşdirici halları nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən Nuhbalayev İlqar Vüqar oğlu hadisə zamanı yüksək səslə danışdığını, anasının onun həbsinə görə stress yaşamasını istəmədiyini, əmisinin vəfat etdiyini, həbsə alındığı üçün yasa gedə bilmədiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə şikayətlə əlaqədar proses iştirakçısının izahatını dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya şikayəti aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialından görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayevə ünvanlanan ## #### 2026cı il tarixli raportdan görünür ki, ## #### 2026-cı ildə saat 12:30-da Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi yaxınlığında əməliyyat tədbirində olarkən bir nəfər tanımadıqları şəxsin ucadan ünvansız nalayiq söyüşlər söyməsi diqqəti cəlb etdi. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş, onu intizama dəvət edib ictimai qaydanı pozmaması barədə xəbərdarlıq etmiş, lakin irada məhəl qoymadı, polis əməkdaşı olduqlarını bildikdən sonra hərəkətlərini daha da aqressivləşdirdi, onu sakitləşdirməyə yönəlmiş cəhdlərə qarşı nalayiq ifadələr işlətməklə, əl-qol hərəkətləri ilə cavab vermişdir. Vətəndaşı bu səbəbdən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmək istəyərkən onların qanuni tələblərinə əməl etməyərək bir neçə dəfə qaçmağa cəhd göstərdi. Onu saxlayaraq Baş İdarəyə gətirmişlər. Baş İdarədə məlum olmuşdur ki, həmin şəxs ## ###### 1997-ci ildə Şamaxı şəhərində doğulmuş Nuhbalayev İlqar Vüqar oğludur. İnzibati xəta törətmiş şəxsi tutmaq haqqında ## #### 2026-cı il tarixli protokoldan görünür ki, Nuhbalayev İlqar Vüqar oğlu ## #### 2026-cı il tarixində saat 13:00-da polis əməkdaşları tərəfindən saxlanılmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nuhbalayev İlqar Vüqar oğlu özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, ## #### 2026-cı il tarixdə saat 13:00-da ünvan 1 ünvanında olarkən şəxsi problemləri olduğundan əsəbi olmuş və ünvansız nalayiq söyüşlər söymüş, bu zaman bir neçə polis əməkdaşları ona yaxınlaşmış, lakin o, polis əməkdaşlarının tələbinə riayət etməmiş, davranışına davam etmişdir. Əməlindən peşmandır, göstərilənlərə iş üzrə barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Nuhbalayev İlqar Vüqar oğluna istinad edilən inzibati xətaların törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin izahatı, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Nuhbalayev İlqar Vüqar oğlunun İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, birinci instansiya məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. “İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin II hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə, hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə də düzgün nəticəyə gəlmiş və bu qərar ədalətli olmaqla inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə xidmət edir. Bu səbəbdən məhkəmə birinci instansiya məhkəməsi tərəfindən Nuhbalayev İlqar Vüqar oğluna tətbiq edilən inzibati tənbeh növünün və bu tənbehin həddinin dəyişdirilməsi üçün, həmçinin qərarını ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsi üçün hər hansı bir əsas görmür. İnzibati xəta haqqında protokol, tərəflərin məhkəmə iclasında səsləndirdiyi izahatlarının qarşılıqlı təhlili, o cümlədən protokolların məzmunu və s. belə qənaətə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və Nuhbalayev İlqar Vüqar oğlunun məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan izahatı tərəfindən törədilmiş inzibati xətanı təkzib edən sübut kimi qəbul edilə bilməz. Baxılan məsələ üzrə işin bütün faktiki hallarını araşdıraraq məhkəmə hesab edir ki, Nuhbalayev İlqar Vüqar oğlunun İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirliliyi tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzbati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Nuhbalayev İlqar Vüqar oğlu barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsini nəzərə almış və sonuncuya törətdiyi inzibati xətalara görə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq etmişdir Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Nuhbalayev İlqar Vüqar oğlunun apellyasiya şikayətinə istinad etmiş olduğu dəlillər onun İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhdi kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Eyni zamanda, birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə Nuhbalayev İlqar Vüqar oğlunun törətdiyi inzibati xətanı etiraf edib peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə almış, təqsirli bilindiyi maddələrin sanksiyası hüdudlarında ədalətli inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələri rəhbər tutularaq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Nuhbalayev İlqar Vüqar oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-933/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-933/2026
07.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver