Məhkəmə qərarları › İş №3(3-6)-934/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-934/2026

16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-934/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Əli Irfan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs), qərarından şikayət verilən orqan5 nümayəndəsi Nümayəndə iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə 1000 manat məbləğində cərimə edilməsinə dair qərarından şikayət verilən orqan5 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) qərarından şikayət verilən orqan5 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərardan verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin onun barəsindəki ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və şikayətinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandıırlmışdır ki, iş üzrə qərar maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməmişdir. Qərardan şikayət verən orqan (şəxs) vəzifəli şəxs kimi həmin inzibati xəta tərkibini törətməmişdir. Iş materialından göründüyü kimi, o, vəzifəli şəxs kimi vergi orqanlarına fəaliyyətimin dayandırılması barədə 2012-ci il tarixində rəsmi qaydada məlumat vermiş, məlumatı vergi orqanlarında qeydə alınmışdır. Həmin vaxtdan sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Həmin vaxt onunla çalışan 3 (üç) nəfər işçinin əmək müqaviləsinə də xitam verilmiş və bu barədə də müvafiq qurumlara rəsmi məlumat verilmişdir. Bu müddət ərzində onun fəaliyyəti ilə heç bir aidiyyəti qurum, o cümlədən Azərbaycan Respublikasının Əmək və və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti maraqlanmamışdır. 11 ildən sonra tərəfimdən inzibati xəta törədilməsinin aşkar edilməsi absurddur. Adları qeyd edilən işçilər onlarla bağlanmış əmək müqaviləsinin pozulduğunu bilmişlər, ona görə həmin vaxtdan başqa sahələrdə çalışırlar. Bu müddət ərzində onlara əmək haqqı ödənilməməsi və ya ölkədə müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsi barədə nə ona, nə də aidiyyəti nəzarətedici qurumlara şikayət etməmişlər. Qeyd edilən qanunvericiliyin tələbləri tərəfindən pozulmamışdır. Inzibati xəta haqqında protokol tərtib edən Azərbaycan Respublikasının Əmək və və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti və işə baxan hakim tərəfindən həmin işçilərə bu illər ərzində əmək haqqı ödənilib-ödənilməməsi faktını və sair bu kimi işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək vəşikayətin dəlillərinə uyğun çıxış edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının və X4 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan5 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, məhkəmədən həmin şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətlə əlaqədar inzibati işin materialını hərtərəfli, tam və obyektiv araşdırıb məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə 1000 manat məbləğində cərimə edilməsinə dair qərarından şikayət verilən orqan5 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli mübahisələndirilən qərarı ləğv edilməli, şikayət təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə 1000 manat məbləğində cərimə edilməsinə dair qərarından şikayət verilən orqan5 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialında olan və apellyasiya baxışında tədqiq edilmiş: qərarından şikayət verilən orqan5 tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ##.##.2025-ci il tarixdə vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 1000 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş Idarəsinin ##.##.2026-cı il tarixli *-**-*-*/*-*****/**** saylı məktubundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) vergi ödəyicisinin fəaliyyəti barədə arayışın verilməsinə dair ##.##.2026-cı il tarixli müraciət etmiş (AVIS qeydiyyatı: ##.##.2026-cı il tarixli **************** nömrəli) və həmin müraciətə Bakı şəhəri X3 və Uçotun Təşkili Baş Idarəsində baxılmışdır. ##.##.2026-cı il tarixə vergi ödəyicilərinin vahid dövlət reyestri məlumatlarına əsasən Qərardan şikayət verən orqan (şəxs) (VÖEN: 1800696892) vergi ödəyicisi kimi ##.##.2007-ci il tarixdə vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. Fəaliyyətinin dayandırılması barədə məlumatlar qoşma faylda təqdim olunur. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək mümkündür. qərarından şikayət verilən orqan5 tərəfindən təqdim edilmiş sistemdən çıxarışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X1, Şahid, X5 ilə ##.##.2014-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qərarından şikayət verilən orqan5 tərəfindən təqdim edilmiş sistemdən çıxarışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X1, Şahid, X5 ilə ##.##.2014-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, hazırda da həmin şəxslərlə aktiv əmək müqaviləsi mövcuddur. Göründüyü kimi, 2012-ci ildən əvvəl deyil, sonra, yəni ##.##.2014-cü il tarixdə adıçəkilən işçilərlə Qərardan şikayət verən orqan (şəxs) arasında əmək müqaviləsi bağlanmışdır. Iş materialına əlavə edilmiş sənədlərdən, şikayətçinin və səlahiyyətli orqanın məhkəmə iclasında verdiyi izahatlarında X1, Şahid, X5 ilə ##.##.2014-cü il tarixdə müddətsiz əmək müqaviləsinin bağlanıldığı, hazırda aktiv əmək müqavilələrinin mövcud olduğu, əmək müqavilələrinin qüvvədə olmasına baxmayaraq, əmək haqqların qüvvədə olan qanunvericiliyə uyğun şəkildə ödənilmədiyi öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılşamayaraq qeyd edir ki, Azərbaycan Respublikası IXM-nin 192.3-cü maddəsinə əsasən, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Apellyasiya icraatı zamanı verilmiş DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzinin təqdim etdiyi Sığortaolunanın fərdi şəxsi hesab haqqında məlumatdan görünür ki, sığorta edən Qərardan şikayət verən orqan (şəxs) 2008-2015-ci illər üzrə müəyyən fasilələrlə xeyrinə ödədiyi ümumi məbləğ 552,50 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi X1, Şahid, X5 ilə ##.##.2014-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanıldığı, hazırda aktiv əmək müqavilələrinin mövcud olduğu, əmək müqaviləsi qüvvədə olmasına baxmayaraq, əmək haqqların qüvvədə olan qanunvericiliyə uyğun şəkildə ödənilmədiyini göstərsə də, iş materialında olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş Idarəsinin ##.##.2026-cı il tarixli *-**-*-*/*- *****/**** saylı məktubundan görünür ki vergi ödəyicisinin fəaliyyəti ##.##.2014-cü il tarixdə dayandırılmış, fəaliyyətin aktivləşməsi araşdırma aktına əsasən və ya vaxtı çatdığı üçün olmuşdur. Həmçinin vergi ödəyicisinin bu illər ərzində hər hansı fəaliyyətinin olması müəyyən edilməmişdir. Göstərilənlər ona dəlalət edir ki, Qərardan şikayət verən orqan (şəxs) müraciətinə əsasən vergi orqanı tərəfindən onun vergi ödəyicisi kimi fəaliyyəti dayandırılmış və onun fəaliyyəti dayandırıldıqdan sonra X1, Şahid, X5, habelə digər şəxslər əmək müqavilələrinə əsasən işlərin görülməsinə cəlb edilməmişlər, başqa sözlə, əmək müqavilələri üzrə əmək funksiyalarını icra etməmişlər və nəticədə əməkhaqqı almamışlar. Bu isə o deməkdir ki, Qərardan şikayət verən orqan (şəxs) vergi ödəyicisi kimi fəaliyyəti dayandırıldığından onun tərəfindən işəgötürən kimi işçilərə əmək haqqı ödənilməmişdir. Azərbaycan Respublikası IXM-nin 192.3-cü maddəsinə əsasən, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göstərilən maddi hüquq normasının təhlili onu göstərir ki, IXM-nin 192.3-cü maddəsinə əsasən, inzibati məsuliyyət o zaman yarana bilər ki, işəgötürənlə işçi arasında münasibətlər real olsun, yəni işçi bilavasitə əmək müqaviləsi üzrə onun əmək funksiyalarına aid edilmiş işləri görmüş olsun və bunun müqabilində işəgötürən tərəfindən əməkhaqqı ödənilsin, lakin həmin əməkhaqqının aşağı həddi minimum əməkhaqqından aşağı məbləğdə olmuş olsun. Lakin işin hallarından görünür ki, tərəflər arasında bağlanmılmış əmək müqavilələri qüvvədə olsa da, işçilər işəgötürənin xeyrinə işlərə cəlb edilməmişlər və ümumiyyətlə həmin dövrdə əməkhaqqı almamışlar. Belə olduğu təqdirdə Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası IXM-nin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası IXM-nin 134.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 192.3-cü maddəsi ilə 1000 manat məbləğində cərimə edilməsinə dair qərarından şikayət verilən orqan5 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməli, qərarından şikayət verilən orqan5 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xəta hadisəsi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1 və 134.1.3-cü maddələrini rəhbər tutaraq qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilsin. qərarından şikayət verilən orqan5 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar