Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-935/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsinə dair ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş materiallardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş ## ###### 2025ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Məhkəmənin həmin qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Nəsimi rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərarının ləğv edilməsini və şikayətinin təmin olunmasını, Qərarından şikayət verilən orqan MN seriyalı ******* nömrəli ## ###### 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, həmin qərar əsasında ons tətbiq olunmuş 5000 manat məbləğində cərimənin silinməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Qərarından şikayət verilən orqan ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Prokurorluğunun ## ####### 2025-ci il tarixli və ## ###### 2025-ci il tarixli qərarlarına əsasən Qərardan şikayət verən orqan (şəxs) 2025-ci ilin avqust-noyabr aylarında lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloq) göstərməsi aşkar edilmiş, bu səbəbdən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 5000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Apellyator şikayətində tərəfindən heç bir inzibati xətaya yol vermədiyini qeyd etsə də, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Prokurorluğunun ## ####### 2025-ci il tarixli və ## ###### 2025-ci il tarixli qərarlarına əsasən Qərardan şikayət verən orqan (şəxs) 2025-ci ilin avqust-noyabr aylarında lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloq) göstərməsi aşkar edilmişdir. Belə ki onun gözaltı işıq dolğusu, dodaq dolğusu və digər kosmetoloji prosedurlar həyata keçirdiyi müəyyən edilmişdir. Bu hal şəxsin inzibati tənbeh vermə qərarı qəbul edilən zaman kosmetoloji fəaliyyət ilə məşğul olmasına dəlalət edir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq Qərardan şikayət verən orqan (şəxs) İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməklə onun şikayətini təmin etməmişdir. İXM-in 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Tətbiq edilmiş inzibati tənbehin növü və həddi ilə bağlı olaraq isə qeyd edilməlidir ki, səlahiyyətli orqan Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almış, sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş yeganə tənbeh növü olan cəriməni vəzifəli şəxsə münasibətdə minimum həddə tətbiq etmişdir ki, bu da öz növbəsində İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsinə dair ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-935/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-935/2026
20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver