Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-936/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Boroyev Əli Əhməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliyev İlham Əliyar oğlunun iştirakı ilə, Əliyev İlham Əliyar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Əliyev İlham Əliyar oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixli TP******İ nömrəli qərarla barəsində İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. İnzibati məsuliyyət yalnız təqsir sübuta yetirildikdə tətbiq edilə bilər. Mövcud iş üzrə təqsiri şübhəsiz və kifayət qədər sübutlarla təsdiqlənməmişdir. “Manevr qaydalarının pozulması" iddiası əsasən video görüntüyə istinad edilməklə əsaslandırılmışdır. Lakin həmin görüntü sürücünün real vaxtda, hərəkət zamanı malik olduğu görmə şəraitini obyektiv əks etdirmir. Hadisə yerində üfüqi yol nişanlanması sürücü baxış bucağından aydın və seçilən vəziyyətdə olmamışdır. Aydın görünməyən nişanlanmaya əsasən məsuliyyət tətbiq edilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Şübhələr məsuliyyətə cəlb edilən şəxsin xeyrinə şərh edilməlidir. Göstərilənlərə əsasən ##.##.2026-cı il tarixli TP******* nömrəli qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini və şikayətə baxılana qədər qərarın icrasının dayandırılmasını (dəbbə hesablanmasının dayandırılması daxil olmaqla) xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Solmaz Mustafayeva) ##.##.2026-cı il tarixli qərarından görünür ki, Əliyev İlham Əliyar oğlunun şikayəti təmin edilməmişdir. Həmin qərardan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliyev İlham Əliyar oğlu apellyasiya qaydasında şikayət vermişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında inzibati xəta hadisəsinin videogörüntü ilə təsdiq olunduğunu qeyd etsə də, həmin videogörüntüyə və digər sübutlara obyektiv və hərtərəfli hüquqi qiymət verilməmişdir. Onun tərəfindən məhkəmədə əsaslandırılmışdır ki, hadisə baş verən ərazidə yolun hərəkət hissəsində olan nişanlanma sürücünün baxış bucağından aydın görünməmiş və seçilən olmamışdır. Bu hal həm iş materialları, həm də hadisənin faktiki şəraiti ilə təsdiq olunur. Lakin məhkəmə bu mühüm halı araşdırmadan və ona hüquqi qiymət vermədən ümumi ifadələrlə qərar qəbul etmişdir. Qərarda onun təqdim etdiyi arqumentlərin niyə rədd edilməsi konkret şəkildə göstərilməmişdir ki, bu da məhkəmə qərarının əsaslandırılmışlıq prinsipinin pozulmasıdır. Bundan əlavə, məhkəmə iclasında inzibati orqanın nümayəndəsi iştirak etməmiş, ittiham tərəfi öz mövqeyini əsaslandırmamışdır. Buna baxmayaraq məhkəmə yalnız inzibati orqanın təqdim etdiyi materiallara əsaslanaraq qərar qəbul etmişdir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliyev İlham Əliyar oğlu, şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış məhkəmə icraatının xüsusiyyətlərini, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında işin faktiki hallarına uyğun qərar qəbul edilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Əliyev İlham Əliyar oğlu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhər BPİ-nin DYPİ-nin tərəfindən qəbul olunmuş ##.##.2026cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirsə də, onun təqsiri inzibati xəta haqqında iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla müqayisədə tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən məsələ üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı dinlənilmiş, müzakirələr aparılmış, hadisəni təsdiq edən sənədlər tədqiq olunmuş və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsində də hadisəyə aid foto şəkillər və video görüntülər tədqiq edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanın Əliyev İlham Əliyar oğlu tərəfindən törədilməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi, inzibati iş üzrə toplanmış icraat materiallarında olan sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına münasibətdə, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əsaslı olmuş və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada tam sübuta yetirilmişdir. Şikayətin dəlilləri, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir əsas vermir. Odur ki, qanunvericiliyin müddəalarını nəzərə alan və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunan xüsusatlara əsasən, şikayət təmin edilməməli və Əliyev İlham Əliyar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhər BPİ-nin DYPİ tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Əliyev İlham Əliyar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhər BPİ-nin DYPİ tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-936/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-936/2026
16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver