Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-938/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İbrahimova İlahə Arif qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Masallı Rayon Məhkəməsinin 2(050)- 179/2020, 2(050)-168/2024, *(***)-****/**** saylı icra sənədləri üzrə ödənilməli olan aliment borcu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ödənilməmişdir. Hazırda borc 3974 manat təşkil edir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verib, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, tərəflərin övladlarından biri - ##.##.2014-cü il təvəllüdlü X2 ##.##.2024-cü il tarixdən faktiki olaraq onun himayəsində yaşayır. Bu hal barədə müvafiq arayış məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə bu mühüm halı nəzərə almadan qərar qəbul etmişdir. Halbuki uşaqlardan birinin borclunun himayəsində yaşaması aliment öhdəliyinin həcminə və icrasına birbaşa təsir edən haldır. İcra məmuru tərəfindən aliment tələbinin icrası əmək haqqısına yönəldilmişdir və alimentin tutulması aylıq gəlirindən alındığından barəsində 700 manat cərimə qərarı cıxarılmamalıydı. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 65-ci maddəsinə əsasən icra sənədləri üzrə tələblər borclunun əmək haqqısına və digər gəlirlərinə yönəldilə bilər və bu halda tutulma işəgötürən tərəfindən həyata keçirilir. Belə olan halda borclunun əmək haqqısından tutulmalı olan aliment məbləğinə görə inzibati məsuliyyətə cəlb edilməsi qanuna ziddir. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə əsasən onların iştirakları olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, uşaqlardan biri faktiki olaraq onun himayəsindədir. Alimentdən indiyədək 7.100 manat ödəniş etmişdir. Qarşı tərəfin kartına göndərilmişdir. Məhkəmədən verdiyi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Masallı Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı icra vərəqəsinə əsasən mülki işin məhkəmədə həllinə qədər ## ##### 2014-cü il tarixdə anadan olmuş X2 və ## ###### 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ## ####### 2019-cu il tarixdən başlayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində müvəqqəti aliment tutulub X3 verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında ##.##.2019-cu il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Masallı Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün bildirişlə birlikdə həmin tarixdə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqdim edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)- ***/**** saylı icra vərəqəsinə əsasən tərəflərin birgə nikahdan ## ##### 2014-cü ildə doğulmuş X2 və ## ###### 2015-ci ildə doğulmuş X1 adlı uşaqları anaları X3 yanında qalmaqla, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ## ###### 2020-ci il tarixdən başlayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay aylıq qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulub X3 verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında ##.##.2020-ci il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Masallı Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün bildirişlə birlikdə həmin tarixdə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqdim edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- ***/**** saylı icra vərəqəsinə əsasən Masallı Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, 2(050)- ***/**** saylı qətnaməsi ilə ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2015-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş aliment miqdarı hər ay hər uşaq üçün 190 manat, ümumilikdə 380 manat müəyyən olunmaqla cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alınaraq iddiaçı X3 ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında ##.##.2024-cü il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Masallı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün bildirişlə birlikdə həmin tarixdə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqdim edilmişdir. İş materiallarında olan icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan Masallı Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı, ##.##.2020-ci il tarixli, *(***)-***/**** saylı və ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan borclunun əmlakı üzərinə həbs qoyulması haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin *(***)-***/****- *** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mülkiyyətində olan Hyundai Sinata minik markalı, **LR*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarından müəyyən olunur ki, borclunun bu günə olan aliment borcu 3974 manat təşkil edir. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərarla hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Masallı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli icra sənədinin icrasını təmin etməmiş icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hakiminin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək və uşaqların saxlanılması üçün müəyyən edilmiş aliment ödənişlərini vaxtıvaxtında ödəməyərək icra məmurun məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni tələblərinin yerinə yetirməmişdir. Həmçinin borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs övladlarından birinin onun himayəsində olduğunu iddia etsə də, bununla bağlı məhkəmə qətnaməsi mövcud deyil və iş materiallarında olan qətnamədə uşaqların hər ikisinin anasının yanında qalması qət edilmişdir. Odur ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti təmin edilməsin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-938/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-938/2026
16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver