Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-941/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsinin nümayəndəsi Nümayəndə və inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Innovasiyaya Doğru” X1 Birliyinin (VÖEN: 1701281591) sədri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə “Innovasiyaya Doğru” X1 Birliyinin sədri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1.000 (min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarını ləğv edilməsini və inzibati iş üzrə icraata xitam veriməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN №******* saylı protokol əsasında Inzibati xəta üzrə işə baxılması üçün ##.##.2026-ci il tarixində Bakı Şəhər Səbail Rayon Məhkəməsinə müraciət ünvanlanmışdır. Müvafiq protokolda Ictimai birlik tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” AR qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş hesabatı nəzarət orqanına təqdim edilmədiyi qeyd olunmuşdur. Protokolda həmçinin Ictimai Birliyə xəbərdarlıq məktubunun göndərilməsi faktı da qeyd olunmuşdur. Lakin nəzərinizə çatdırmaq istərdik ki, həmin xəbərdarlıq məktubu rəsmi qaydada bizə çatdırılmamışdır. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” AR qanunun 12.3-cü maddəsinə əsasən tələb olunan hesabat tərəfimizdən Bakı şəhəri, Azadlıq prospekti, 72 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsində poçt qutusuna atılmışdır. Tərtib olunan inzibati protokola barəsində inzibati icraat aparılan şəxs tərəfindən bu faktları təsdiq edən qeydlər verilsə də, nə inzibati xəta haqqında protokolu tərtib edən qurum tərəfindən, nə də inzibati xəta haqqında icraatı aparan birinci instansiya məhkəməsi tərəfindən bu faktlar araşdırılmamışdır. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, № * (*- ***)-***/**** saylı qərarı ilə Azərbaycan Respublikasının vətəndaşı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1.000 (min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Inzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-nin 598.8-1-ci maddəsində inzibati xəta tərkibinin yaranması üçün müvafiq heasabatın göndərilməməsi faktı qeyd olunmuşdur, lakin yuxarıda da qeyd olunduğu kimi Ictimai birlik tərəfindən həmin hesabat göndərildiyinə görə hesab edirik ki, birinci instansiya məhkəməsinin qərarı və Ədliyyə Nazirliyinin tərtib etdiyi protokol əsassızdır. “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 5.2-ci maddəsinə əsasən Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və nümayəndəlikləri illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar. Həmçinin yuxarıda göstərilən müvafiq qərar üzrə yazılı xəbərdarlıq birinci instansiya məhkəməsinə təqdim olunsa da, cavabdeh şəxsə bununla bağlı heç bir məlumat verilməmiş və həmin xəbərdarlığın rəsmi poçt göndərişi ilə və ya hər hansı digər rəsmi yolla göndərilməsini sübut edən fakt təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, “Innovasiyaya Doğru” X1 Birliyinə 2024-cü il üzrə maliyyə hesabatının 30 gün müddətində təqdim edilməli olması, əks halda inzibati məsuliyyət daşıyacağı barədə xəbərdarlıq olunmuşdur. Iş materiallarında olan ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli Inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən “Innovasiyaya Doğru” X1 Birliyinin rəhbərliyi tərəfindən 2024-cü il üzrə maliyyə hesabatları Ədliyyə Nazirliyinə təqdim edilməmişdir. “Innovasiyaya Doğru” X1 Birliyinin sədri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta haqqında protokolda öz qeydini apararaq izahatında göstərmişdir ki, hesabatın təqdim olunmaması ilə bağlı heç bir bildiriş almamışlar. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsinə əsasən Qeyri-hökumət təşkilatları, o cümlədən xarici qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri tərəfindən əmlaklarının pul və ya digər şəkildə formalaşdırılma mənbələri, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatının “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilən nəzarət orqanına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun 12.3cü maddəsinin tələbinə əsasən Terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı dini qurum, qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyrihökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmalı, əmlakının pul və ya digər şəkildə formalaşdırılma mənbələri, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatı tərtib etməlidir. “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin ## ###### 2009-cu il tarixli Qərarına əsasən: 5.1. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, aşağıdakı qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə “e-mühasibat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilməlidir: 5.1.1. hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat üzrə mövcud qalıqların istifadəsinin və maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat üzrə dəyişikliyin olmaması barədə arayış (Forma № *); 5.1.2. hesabat dövrü ərzində maliyyə fəaliyyəti olan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat və əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər. 5.1-1. Qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatını bu Qayda ilə müəyyən edilmiş formalara uyğun tərtib etməli (6 və * nömrəli formalar) və hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməlidir. 5.2. Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar. Həmin Qərarın 6-ci maddəsinə əsasən qeyri-hökümət təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: - qeyrihökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla; - il ərzində oktyabr ayının 1dək yeni yaradılan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; - oktyabr ayının 1-dən sonra yeni yaradılmış qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq hüquqi şəxslər kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslər formasında yaradıla bilər. Məhkəmə şikayətin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, qeyrihökumət təşkilatları, o cümlədən xarici qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri tərəfindən əmlaklarının pul və ya digər şəkildə formalaşdırılma mənbələri, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatının “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilən nəzarət orqanına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə IXM-in 598.8-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Beləliklə, sadalanan qanunun tələbləri və işin bütün hallarının tədqiqi nəticəsinə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-941/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-941/2026
13.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver