Məhkəmə qərarları › İş №3(3-6)-949/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-949/2026

08.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-949/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Əli Irfan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayev Elmir Məhəmməd oğlunun katibliyi ilə, X1 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Binəqədi Rayon Polis Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsindən daxil olmuş materiallara əsasən X1 “Tofaş” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobillə ##.##.2026-cı il tarixdə, saat 15:00 radələrində hərəkətdə olarkən avtoxuliqanlıq hərəkətləri etmişdir. Qeyd olunanlara əsasən X1 barəsində Binəqədi Rayon Polis Idarəsinin Dövlət Yol Polisi Şöbəsinin R Isa Əliyev Əlibаbа tərəfindən ##.##.2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə X1 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Binəqədi Rayon Polis Idarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və X1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyası həddində tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş materialı nəzərdən keçirib hesab edir ki, Binəqədi Rayon Polis Idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət Azərbaycan Respublikası IXM-nin 130-cu maddəsinin tələblərinə əməl edilməsi üçün material ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası IXM-nin 130.1-ci maddəsinin tələbinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Bununla bağlı qeyd edilməlidir ki, iş materialından görünür ki, mübahisələndirilən birinci instansiya məhkəməsinin qərarı ##.##.2026-ci il tarixdə qəbul edilmiş, ##.##.2026-cı il tarixdə isə Binəqədi Rayon Polis Idarəsinin Dövlət Yol Polisi Şöbəsinin R X2 tərəfindən qəbzə imza edilərək qəbul edilmişdir. Binəqədi Rayon Polis Idarəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından şikayət isə ##.##.2026-cı il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qərarından apellyasiya qaydasında şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət buraxılmış və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edilməmişdir. Azərbaycan Respublikası IXM-nin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 130-cu maddəsini rəhbər tutaraq, qərara aldı: X1 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Binəqədi Rayon Polis Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası IXM-nin 130-cu maddəsinin tələblərinin yerinə yetirilməsi üçün material ilə birlikdə həmin Məhkəməyə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar