Məhkəmə qərarları › İş №3(3-6)-951/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-951/2026

16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-951/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Bakı Şəhər Baş Polis İdarəsi X1i İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş Bakı şəhəri X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*****/**** nömrəli qərarından Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayətinə şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhəri X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN BDYPİ YPX tərəfindən barəsində əsassız və səhvlərlə tərtib edilmiş ##.##.2025-ci il tarixli protokol üzrə işə onun iştirakı olmadan baxılıb və nəticədə qanunsuz qərar qəbul edilib. Belə ki, sözügedən protokol tərtib edilərkən və qərar verilərkən qanunvericilikdə göstərilmiş prosessual tələblər pozulmuşdur, inzibati işə baxılarkən onun iştirakı məhdudlaşdırılmışdır və iştirakı olmadan işə baxılmışdır, eləcə də işə baxılarkən məsələ araşdırılmamışdır, sübutlar əldə edilməmişdir, qanunun maddəsi düzgün tətbiq edilməmişdir və qanun pozuntularına yol verilməklə ##.##.2025-ci il tarixli qərar qəbul edilmişdir. İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Lakin qanunun bu tələbi inspektor tərəfindən kobud şəkildə pozulmuşdur, belə ki, YPX inspektoru idarə etdiyi **-VY-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilini saxladıqdan sonra əsassız və qanunsuz olaraq qayda pozuntusu iddiasını bildirmişdir, heç bir qanuni əsas olmadan, məcburi şəkildə onu cərimə duracağına (meydançasına) aparmışdır və nə yerində nə də ki, cərimə duracağında (meydançasında) heç bir protokol tərtib etməmişdir. Protokol qanunla müəyyən edilmiş müddət ərzində deyil, 2 gün keçdikdən sonra tərtib edilmişdir. Beləliklə, protokol tərtib edilərkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Protokolda inzibati işə baxılma tarixi qeyd edilməmişdir və bu barədə ona heç bir məlumat verilməmiş, bildiriş göndərilməmişdir. Bakı şəhəri BPİ BDYPİ-nə müraciət etdikdə ona bildirilmişdir ki, onun iştirakı olmadan işə baxılıb və qərar verilib. İdarənin əməkdaşları qərarı etibarnamə ilə müraciət edən nümayəndəsinə təqdim etməkdən imtina etmişlər, daha sonra o yaxınlaşmış, tək protokolu vermişlər, təkidlə tələb etmişdir ki, qərarı da versinlər və yalnız bundan sonra qərarın da surəti ona təqdim edilmişdir. Qərarı təhlil etdikdə məlum olmuşdur ki, qərar protokolun tərtib edilmə tarixindən növbəti gün ##.##.2025-ci il tarixdə qeyri-iş günü olan bazar günü verilib. İşə baxılma tarixi və vaxtı barədə ona heç bir məlumat və bildiriş verilməməklə onun iştirakı məhdudlaşdırmışdır və iştirakı olmadan işə baxılmışdır, eləcə də işə baxılarkən məsələ araşdırılmamışdır və qanun pozuntularına yol verməklə qərar qəbul edilmişdir. İnspektorun protokolda iddia etdiyi 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozmamış və tərtib edilmiş protokol səhvdir və əsassızdır. Belə ki, “Qələbə” dairəsi adlanan yola Həsən bəy Zərdabi prospekti bitişir. Həmin Zərdabi prospektinin dairəyə doğru istiqamətində avtomobillərin hərəkət etdiyi yolun hərəkət hissəsinin sol tərəfində “Azpetrol” yanacaq doldurma məntəqəsi (YDM) yerləşir və bu YDM-ni Zərdabi prospektindən orta arakəsmə yaşıllıq zolağı ayırır. Beləliklə, YDM ayrı və tam müstəqil istiqamət hesab edilir. 3.1 “Giriş qadağandır” yol nişanı isə YDM ilə Zərdabi prospektinin arasında olan və bu iki istiqamətləri ayıran orta arakəsmə yaşıllıq zolağının künc hissəsində, daha dəqiq - Zərdabi prospektinin yaxın çiynində quraşdırılıb. Bu isə o deməkdir ki, 3.1 “Giriş qadağandır” yol nişanı yalnız bir yola, yani Zərdabi prospektinə aiddir və heç bir halda YDM istiqamətinə təsir qüvvəsinə malik deyil. Bir nişan yalnız bir hərəkət hissəsində təsir qüvvəsinə malikdir, bundan başqa, qanunun tələbinə əsasən yolun hərəkət hisəsinin çiynində quraşdırılmış yol nişanının tələbinin yalnız ona ən yaxın olan yolun hərəkət hissəsinə şamil olunur. Qanunun bu tələbindən açıq aşkar məlum olur ki, 3.1 “Giriş qadağandır” yol nişanı yalnız Zərdabi prospektinə aiddir, YDM istiqamətinə isə şamil olunmur. Bundan əlavə yol ilə YDM arasında mövcud olan arakəsmə yaşıllıq zolağının YDM-nə yaxın hissəsində məlumatverici nişan formasında sola istiqamət göstərən ox işarəsi quraşdırılıb, bu o deməkdir ki, həmin işarə ilə sürücülərə YDM-nə daxil olmaq üçün istiqamət göstərilməklə ora daxil olmağa icazə verildiyi açıq aşkar surətdə ifadə edilir. Beləliklə, dairə ilə hərəkət edərkən, o Zərdabi prospektinə doğru hərəkət etməmiş və “Giriş qadağandır” yol nişanının təsir zonasına daxil olmamışdır. YDM-nə daxil olarkən YPX inspektoru avtomobilini dayandırmış, əsassız iddia irəli sürmüş və qanunsuz olaraq avtomobilini cərimə duracağına (meydançasına) aparmışdır, lakin heç bir protokol tərtib etməmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhər RPİ-nin DYPŞ-nin tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.7-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*****/**** nömrəli qərarı ilə şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş Bakı şəhəri X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- *****/**** nömrəli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il tarixində, saat 21:15-radələrində Bakı şəhəri Yasamal rayonu H.Zərdabi küçəsində Qələbə dairəsində idarə etdiyi “CHEVROLET CRUZE” minik markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Giriş qadağandır” yol nişanının tələbini pozaraq AZPETROL yanacaq doldurma stansiyasına daxil olaraq qayda pozuntusuna yol vermişdir. Bu vaxt ərazidə xidmət aparan Bakı Şəhəri Baş Polis İdarəsi X1i idarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru tərəfindən sürücü saxlanılmış xətanın mahiyyəti izah edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hakimin mövqeyi tam qanuna ziddir ona görə ki, sürücü Qərardan şikayət verən orqan (şəxs) dairədə hərəkət edən avtomobillərin əksinə hərəkət edərək yanacaqdoldurma stansiyasına daxil olmuşdur. Belə olan halda digər mexaniki nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətməsi mümkün idi, yalnız sürücünün diqqətli olması həmin hadisənin baş verməsinin qarşısını almışdır. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) Avdın oğlu törədilmiş inzibati xətaya görə birbaşa məsuliyyət daşıyır və yuxarıda göstərilən hallarla bağlı, hər hansı şübhələr və inzibati məsuliyyətdən azad edilməsi ücün əsaslar mövcud olmamışdır. Birinci instansiya məhkəməsinin hakimi iş üzrə gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, həmçinin iş üçün əhəmiyyətli olan halları araşdırıb hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında, inzibati orqanın nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) şikayətə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*****/**** nömrəli qərarı ləğv olunmalı və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul olunmuş ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-in 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biridir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin l-ci hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.7-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343- 1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Birinci instansiya məhkəməsi inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə baxarkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sürücü Qərardan şikayət verən orqan (şəxs) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilməmiş, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Səlahiyyətli orqanın gəldiyi nəticəyə görə isə, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il tarixində, saat 21:15-radələrində Bakı şəhəri Yasamal rayonu H.Zərdabi küçəsində Qələbə dairəsində idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Giriş qadağandır” yol nişanının tələbini pozaraq “Azpetrol” yanacaq doldurma stansiyasına daxil olaraq qayda pozuntusuna yol vermişdir. Bu vaxt ərazidə xidmət aparan Bakı Şəhəri Baş Polis İdarəsi X1i idarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru tərəfindən sürücü saxlanılmış xətanın mahiyyəti izah edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Apellyasiya icraatı zamanı inzibati xəta hadisəsinin video və foto görüntüsünü özündə əks materiallara baxış keçirilmişdir. Həmin video və foto görüntü ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən dairəyə girən avtomaşınların hərəkətinə maneə törədib köndələn hərəkət etməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə toplanmış və əlavə təqdim olunmuş sənədləri, aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi, məhkəmədə araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət verməmiş, xətanın mövcudluğuna işarə edən işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi və tənbeh olunması ilə bağlı inzibati icraatın xüsusiyyətlərini düzgün təhlil etməmiş və onları işin faktiki hallarına uyğun qiymətləndirməmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına və inzibati xətalar qanunvericiliyinə əsasən, Qərardan şikayət verən orqan (şəxs) yol hərəkəti qaydaları əleyhinə törətdiyi inzibati xəta faktının aşkar edilməsi və bununla bağlı müvafiq qərarın qəbul edilməsində, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən prosessual qaydalara əməl olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsini istisna edən hallar iş üzrə müəyyən edilməmişdir. Şikayətə və inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına münasibətdə, Qərardan şikayət verən orqan (şəxs) barəsində İnzibati Xətalar Məcəlləsinin maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında birinci instansiya məhkəməsinin qərarı əsaslı olmamışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri iş materiallarına və onun faktiki hallarına uyğun hesab etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*****/**** nömrəli qərarı ləğv olunmalı və Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməsi haqqında ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-*****/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar