Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-952/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 327.2-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Bakı Şəhəri Baş Polis İdarəsi X1 İdarəsinin İXP ******* saylı, ##.##.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi, R Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Bakı Şəhəri Baş Polis İdarəsi X1 İdarəsinin İXP ******* saylı, ##.##.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona məxsus nəqliyyat vasitəsinə dair Bakı Şəhər X1 İdarəsi R X3 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla o, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, hesab edir ki, aşağıdakı göstərilən hallara və səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, qərara əsasən, o, svetoforun sarı işığı yandığı anda keçdiyi üçün müvafiq inzibati tənbeh vermə haqqında qərarla cərimə edilmişdir. Bildirir ki, işıqforun yaşıl işığının yanıb-söməsi mərhələsində hərəkətdə olmuşdur. Hərəkət istiqaməti döngə üzərində yerləşdiyindən və işıqfor döngəyə çox yaxın məsafədə quraşdırıldığından, sarı işıq yandığı an avtomobili təhlükəsiz şəkildə saxlamaq imkanı olmamışdır. Mövcud sürət həddi və yol şəraiti qəfil əyləcləmə zamanı yol nəqliyyat hadisəsi riski yaratdığından, hərəkəti davam etdirmək məcburiyyətində qalmışdır. Qeyd etmək istəyir ki, hərəkətində nə qəsd, nə də yol hərəkəti təhlükəsizliyini pozmaq niyyəti olmamışdır. Əksinə qəfil dayanmanın digər hərəkət iştirakçıları üçün təhlükə yaradacağını nəzərə alaraq daha təhlükəsiz qərar qəbul etmişdir. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X1 İdarəsi R X3 tərəfindən tərtib edilmiş ##.##.2026cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 327.2-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Bakı Şəhəri Baş Polis İdarəsi X1 İdarəsinin İXP ******* saylı, ##.##.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi, R Rəşid Piriyev apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 327.2ci maddəsi ilə Bakı Şəhəri Baş Polis İdarəsi X1 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixində, saat 12:50-radələrində Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospektində idarə etdiyi “BMV X7 XDRİVE40İ M SPORT PACKAGE HİBRİD” minik markalı, 10- RA-4168 dövlət qeydiyyat nişanlı avtomobillə svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Bu vaxt ərazidə xidmət aparan Bakı Şəhəri Baş Polis idarəsi X1 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru nümayəndə1 tərəfindən sürücü saxlanılmış, xətanın mahiyyəti izah edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin tələbinə görə inzibati xətanın mövcudluğu və onun aşkarlanması inzibati xəta haqqında protokolun tərtib olunması ilə yekunlaşır. İnzibati xəta haqqında protokol özünün mahiyyəti etibarı ilə onu tərtib etmiş şəxsdən başlayaraq xəta törətmiş şəxs barəsində məlumatı, bu barədə itihamı, onun izahatını, şahidlər barəsində məlumatları, ilkin sübutlar haqqında məlumatları, inzibati xəta törətmiş şəxsin hüquq və vəzifələrinin izahı və inzibati xəta haqqında protokolla inzibati xəta törətmiş şəxsin tanış edilməsi barədə məlumatları əks etdirir ki, geniş mənada inzibati xəta haqqında protokolun mahiyyəti üzrə izahı verilmiş olunsa, onda inzibati xəta haqqında protokolu cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş ittiham aktı ilə eyniləşdirmək olar. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin l-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Hakimin mövqeyi tam qanuna ziddir və belə olan halda mexaniki nəqliyyat vasitəsinin sürücüsü Qərardan şikayət verən orqan (şəxs) svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirərək inzibati xəta törətmişdir. Belə olan halda digər mexaniki nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətməsi mümkün idi, yalnız sürücünün diqqətli olması həmin hadisənin baş verməsinin qarşısını almışdır. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) törədilmiş inzibati xətaya görə birbaşa məsuliyyət daşıyır və yuxarıda göstərilən hallarla bağlı, hər hansı şübhələr və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati işin materiallarını araşdıraraq və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi, R Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı Şəhəri Baş Polis İdarəsi X1 İdarəsinin TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 12:50 radələrində Yasamal rayonu, N.Nərimanov prospektində Azərbaycan Respublikası İXMnin 327.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yəni, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə) təqsirli bilinib 100 manat cərimə edilmişdir. Qərarın qəbul edilməsinə əsas İXP ******* saylı, ##.##.2026-cı il tarixli protokol olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, şikayətçi protokolla razılaşmamış, sarı işıq yandığı anda təhlükəsiz dayanmanın mümkün olmadığını bildirmişdir. O, işıqforun döngəyə yaxın məsafədə yerləşdiyini, qəfil əyləcləmənin yol-nəqliyyat hadisəsi riski yarada biləcəyini göstərmişdir. Lakin inzibati orqan tərəfindən dayanmanın mümkün olubolmaması araşdırılmamış, yol şəraiti qiymətləndirilməmiş, hadisəni təsdiq edən videogörüntü və ya digər obyektiv sübut təqdim edilməmişdir. “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən yol hərəkətinin əsas prinsiplərindən biri yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır. Sürücü hərəkət zamanı elə davranmalıdır ki, digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasın. Əgər qəfil dayanma digər hərəkət iştirakçıları üçün real təhlükə yaradırsa, bu halda hərəkətin davam etdirilməsi təhlükəsizliyin təmin olunmasına yönəlmiş qərar kimi qiymətləndirilə bilər. Beləliklə, iş materialları ilə şəxsin məhz qadağanedici siqnal zamanı və təhlükəsiz dayanma imkanı olduğu halda hərəkəti davam etdirməsi sübuta yetirilməmişdir. İnzibati xəta tərkibinin obyektiv və subyektiv əlamətləri tam və mötəbər sübutlarla təsdiq olunmamışdır. Sübutetmə yükünü daşıyan inzibati orqan həmin yükü yerinə yetirməmiş, aradan qaldırıla bilməyən şübhələr mövcuddur və bu şübhələr inzibati məsuliyyətə cəlb edilən şəxsin xeyrinə şərh edilməlidir. Bu səbəbdən, inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli, əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə inzibati işin materiallarını bir daha araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokolla razılaşmadığı halda iş üzrə inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübutlar müəyyən olunmadan və həmin sübutlar inzibati xəta haqqında protokolla qarşılıqlı əlaqədə araşdırılmadan yalnız inzibati xəta haqqında protokolun mövcudluğu özlüyündə inzibati xətanın törədilməsi qənaətinə gəlməyə imkan vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin rəisi, R Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 327.2-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Bakı Şəhəri Baş Polis İdarəsi X1 İdarəsinin İXP ******* saylı, ##.##.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-952/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-952/2026
16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver