Məhkəmə qərarları › İş №3(3-6)-956/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-956/2026

15.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-956/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəhimov Elmar Eldar oğlu, Məhkəmə iclas katibi Nəcəfova Lamiə Amil qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X2 Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-nin) 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası IXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)- ****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X2 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq İ.Müəyyən etdim:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən “xxxx” MMC barəsində Azərbaycan Respublikası IXMnin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə (hakim M.M.Seyidov) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası IXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır.

3. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X2 Xidmətinin Hüquq Idarəsi tərəfindən şikayət verilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən “xxxx” MMC barəsində tərtib edilmiş ## ####### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

II.Şikayətin dəlilləri və etirazlar:

4. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən inzibati orqanın protokoluna və ona əlavə edilmiş sənədlərinə sübut kimi düzgün qiymət verilməmişdir. MMC-yə ünvanlanmış məktubdan görünür ki, araşdırma aparılması üçün müvafiq sənədlərin 7 gün ərzində Xidmətə təqdim edilməsi barədə “xxxx” MMC-yə göndərilən ##.##.2025-ci il tarixli, *- **-*/*-*****/**** nömrəli məktublar MMC tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilmişdir. Lakin, “xxxx” MMC tərəfindən həmin sənədlər Xidmətə təqdim edilməmiş və təqdim edilməmənin səbəbləri barədə məlumat verilməmişdir Məhkəmənin müddətin ötməsinə dair mövqeyinə münasibətdə qeyd ediriki, tərəfimizdən tərtib edilmiş müvafiq protokol baxılması üçün məhkəməyə ilk dəfə göndərilərkən 4 ay müddət ötürülməmişdir. Bununla da, məktublarda göstərilən müddət ərzində “xxxx” MMC tərəfindən tələb olunan sənədlər Xidmətə təqdim edilmədiyindən IXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və məsuliyyətə cəlb etmə müddəti ötürülməmişdir. Bununla da, məktublarda göstərilən müddət ərzində “xxxx” MMC tərəfindən tələb olunan sənədlər Xidmətə təqdim edilmədiyindən IXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Nəticədə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmiş və nəticədə əsassız qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən IXM-in 539.3-ci maddəsi ilə “xxxx” MMC barəsində qəbul edilmiş inzibati xəta haqqında protokol tam qanuni və əsaslıdır. “xxxx” MMC-nin təqsiri iş materiallarında mövcud olan və yuxarıda qeyd olunmuş mötəbər, qanuni və etibarlı sübutların birlikdə qiymətləndirilməsi nəticəsində sübut olunmuşdur. Iş materiallarında olan sənədlərə əsasən hüquqi şəxs tərəfindən IXM-in 539.3-ci maddəsinin tələblərinin pozulması faktı və Xidmətin Bakı Şəhər Idarəsi tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması öz təsdiqini tapır.

5. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.

III. Proses iştirakçılarının izahatları:

6. Apelyasiya icraatında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X2 Xidmətinin nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə etdiyini bildirərək məhkəmədən şikayətin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilərək ##.##.2025-ci il tarixli MN ******* nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.

IV. Işin faktiki halları və hüquqi məsələlər:

8. Iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X2 Xidmətinin nümayəndəsinin mülahizəsini dinləyib, aşağıdakı əsaslara görə hesab edirəm ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

9. Iş materiallarına əlavə edilmiş ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 müraciəti əsasında AR ƏM-nin 15ci maddəsinin 2-ci hissəsinə əsasən Cəmiyyətə ##.##.2025-ci il tarixli, 3-17- */*-*****/**** nömrəli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin BŞI-nə təqdim edilməsi tələb olunmuş, məktub ##.##.2025-ci il tarixdə çatdırılmasına baxmayaraq tələb olunan sənədlər bugünki günədək təqdim edilməmiş, nəticədə “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xxxx Xidmətinin göndərişlərin izlənilməsi altsistemindən çıxarış ilə təsdiq edilir.

10. Iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən “xxxx” MMC-nin rəhbərliyinə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubdan görünür ki, vətəndaş X1 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 “Çağrı Mərkəzi”nə ünvanlandığı müraciətinə Nazirlik yanında X2 Xidmətinin Bakı şəhər idarəsində baxılması ilə əlaqədar X1 aid sənədlərin 7 iş günü ərzində X2 Xidmətinin Bakı şəhər idarəsinə təqdim edilməsi xahiş edilmişdir. Məktubda əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə), podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələrin (olduğu təqdirdə) surəti, vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu tələb edilmişdir.

11. Iş materiallarında olan “xxxx” MMC-nin elektron sisteminin “poçt göndərişlərinin izlənməsi” bölməsindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən “xxxx” MMC-yə ünvanlanmış məktub ##.##.2025-ci il tarixdə MMC-nin ünvanına çatdırılmışdır

12. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən “xxxx” MMC-yə ünvanlanmış ## ####### 2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli bildirişdən görünür ki, MMC-nin nümayəndəsi MMC barəsində protokolun tərtib edilməsində iştirak məqsədi ilə ##.##.2025-ci il tarixdə saat 14:30-da Bakı Dost Mərkəzinə dəvət edilmişdir.

13. Iş materiallarında olan “xxxx” MMC-nin elektron sisteminin “poçt göndərişlərinin izlənməsi” bölməsindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən “xxxx” MMC-yə ünvanlanmış məktub ##.##.2025-ci il tarixdə MMC-nin ünvanına çatdırılmışdır.

14. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutların məcmusu ilə - izahat, inzibati xəta haqqında protokol, sənədlərin tələb edilməsi barədə məktub və digər sənədlərlə “xxxx” MMC-nin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatları (sənədləri) təqdim etməməsi tam sübuta yetirilmişdir. Bununla da “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

15. Həmçinin, müəyyən edilmişdir ki, vətəndaş X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Idarəsinə ünvanladığı şikayəti əsasında “xxxx” MMC-yə ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub göndərilərək, şikayətin araşdırılması məqsədi ilə lazımi sənədlərin 7 iş günü ərzində idarəyə təqdim edilməsi xahiş edilmişdir. Qeyd edilən məktub ##.##.2025-ci il tarixdə hüquqi şəxsə rəsmi olaraq çatdırılmışdır. Lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfindən göstəriş icra edilməmişdir.

16. Bununla yanaşı, qeyd edilir ki, hüquqi şəxs “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası IXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, hüquqi şəxs “xxxx” MMC barəsində MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol ## ####### 2025-ci il tarixdə tərtib edilmişdir. Halbuki, ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubun ##.##.2025-ci il tarixdə çatdırılmasından sonra 7 iş günü ərzində DƏMX-nin BŞI-nə müvafiq sənədlərin təqdim edilməsi tələb olunsa da, təqdim edilməmiş və buna görə də inzibati xətanın törədilməsi vaxtı ## ######## 2025-ci il tarixi hesab olunmalıdır.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hüquqi şəxs “xxxx” MMC-nin Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutlmuş xətanı törətməsi iş materialları ilə sübuta yetirilsə də, başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə, AR IXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir.

18. Iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edirəm ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*- ***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, iş materiallarının araşdırılması zamanı “xxxx” MMC tərəfindən səlahiyyətli orqanın qanuni tələblərini icra etməməsi, bununla da Azərbaycan Respublikası IXM-nin 539.3cü maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilsə də, ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubun ##.##.2025-ci il tarixdə çatdırılmasından sonra 7 iş günü ərzində DƏMX-nin BŞI-nə müvafiq sənədlər təqdim edilməmiş, MN 2408042 № protokol ##.##.2025-ci il tarixdə tərtib edilib yalnız ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuş və görünən səbəbdən iş üzrə inzibati tənbeh vermə müddətləri keçmişdir. Belə ki, xətanın törədildiyi gündən etibarən IXM-nin 38.1-ci maddəsində dörd aylıq imperativ müddət ötürüldüyündən şəxsin təqsirlilik dərəcəsindən asılı olmayaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

20. Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

22. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.

24. Azərbaycan Respublikası IXM-nin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xətadır və Məcəllənin 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur.

25. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

26. Azərbaycan Respublikası IXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

27. Həmin Məcəllənin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir.

28. Qeyd olunanlara əsaslanaraq hesab edirəm ki, şikayət təmin edilməməli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası IXMnin 53.1.6-cı maddəsinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5-104)-1512/2026 qərarı dəyişdirilmədən saxlanılmalıdır. 29.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİM:

Şikayət təmin edilməsin. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası IXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)- ****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Hakim Elmar Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar