Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-958/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMMC-nin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair # ###### 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMMC-i barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi aşkar edilmədiyindən xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMMC-i barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaş X1 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMMC-yə ##.##.2025-ci il tarixli, *- **-*/*-*****/**** nömrəli məktub göndərilərək müraciətə dair sənədlərin 7 iş günü ərzində DƏMX-nə təqdim edilməsi tələb edilmiş, lakin tələb olunan sənədlər təqdim edilməmişdir. Məhkəmənin ## ##### 2026-cı il tarixdə keçirilən iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və X2 Xidməti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMMC-i barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında inzibati protokol əsasında inzibati məsulliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini, eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMMC-nin nümayəndəsinin iştirakının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonrakı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə gəlməyən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər Idarəsinin vətəndaş X1 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMMC-yə ##.##.2025-ci il tarixli 3-17- */*-*****/**** nömrəli məktub göndərilərək müraciətə dair sənədlərin 7 iş günü ərzində DƏMX-nə təqdim edilməsi tələb edilmiş, lakin tələb olunan sənədlər təqdim edilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMMC-i Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər Idarəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMMC-yə ünvanlanan ##.##.2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli məktubundan görünür ki, vətəndaş X1 müraciətinə münasibət bildirilməsi üçün həmin şəxsə məxsus əmək müqaviləsinin surəti, son haqq-hesabın hesablanıb ödənilməsinə dair müvafiq sənədlərin surəti, əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlərin surəti, işçinin işlədiyi dövrdə iş vaxtının uçot tabelləri (son 12 ay), əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən müvafiq sənədlərin surəti, eləcə də vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmənin sorğusu əsasında əldə olunaraq iş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli **-*-**/*-***/**** nömrəli məktubundan görünür ki, sizin X2 Xidməti tərəfindən “ünvan 1 mülkiyyətçilərinin müştərək cəmiyyətinə ünvanlanan SS929729311AZ ştrix kodlu məktubun çatdırılıb-çatdırılmamasına dair məlumat əldə etmək üçün “xxxx” MMC-yə ünvanladığınız ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli müraciətə əlavə olaraq bildiririk ki, sözügedən məktub X2 Xidmətinə geri qaytarılmış və ##.##.2025-ci il tarixdə əməkdaşı N.Məmmədovaya təhvil verilmişdir. Əməkdaşın diqqətsizliyi nəticəsində sistem üzərindən məktub alıcıya “çatdırılmış” kimi qeyd olunmuşdur. Gələcəkdə bu kimi hallara yol verilməməsi ilə bağlı məsul əməkdaş təlimatlandırılmışdır. X1 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər Idarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin ##.##.2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli məktubu ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMMC-dən bir sıra sənədlər tələb edilmişdir. Məhkəmə tərəfindən X2 Xidməti tərəfindən “ünvan 1 mülkiyyətçilərinin müştərək cəmiyyətinə ünvanlanan SS929729311AZ ştrix kodlu məktubun çatdırılıb-çatdırılmamasına dair məlumat əldə etmək üçün “xxxx” MMC-yə sorğu məktubu ünvanlanmışdır. “xxxx” MMCnin cavab məktubu ilə müəyyən edilmişdir ki, sözügedən məktub X2 Xidmətinə geri qaytarılmış və ##.##.2025-ci il tarixdə əməkdaşı N.Məmmədovaya təhvil verilmişdir. Əməkdaşın diqqətsizliyi nəticəsində sistem üzərindən məktub alıcıya “çatdırılmış” kimi qeyd olunmuşdur. Gələcəkdə bu kimi hallara yol verilməməsi ilə bağlı məsul əməkdaş təlimatlandırılmışdır. Verilmiş şikayətə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər Idarəsinin ##.##.2026-cı il tarixli **-*-**/*-***/**** nömrəli sorğu məktubunun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMMC-yə çatdırılması mötəbər sübutlarla öz təsdiqini tapmadığından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMMC-i Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən IXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib olunan inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMMC-nin əməlində IXM-in 539.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə qüvvədə saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələri rəhbər tutularaq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMMC-i barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı qüvvədə saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-958/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-958/2026
16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver