Məhkəmə qərarları › İş №3(3-6)-959/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-959/2026

13.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-959/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının iştirakları ilə, Hüseynova Mehriban Yaşar qızının Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş EQ ******** saylı, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Hüseynova Mehriban Yaşar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Hüseynova Mehriban Yaşar qızı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş EQ ******** saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırımışdır ki, ## ###### 2026-ci il tarixdə, saat 13:00 radələrində ona məxsus olan “Hundai SantaFe" minik markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Nizami rayonu, Kamil Balakişiyev küçəsi 65-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən 40 manat məbləğində protokol əsasında cərimə edimişdir. Lakin protokol yol hərəkət hissəsinə aid olmayan yerdə tərtib olunmuşdur. Belə ki, həmin kəsişmə yol kəsişməsi deyil, binanın inşası zamanı avtomobil qarajı kimi inşa olunmuşdur. Eyni zamanda həmin istiqamətdə çıxış və giriş yoxdur, sakinlərin girişi-çıxışı üçün istifadə olunur və günün istənilən saatında minimum 6 maşın saxlanılır. X1 xidməti kobud səhvə yol verərək orada ona protokol tərtib etmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən barəsində tərtib edilən EQ ******** saylı, ## ###### 2026-cı il tarixli qərarı qanunsuz və əsassız hesab etdiyindən həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli qərarı ilə şikayətçi Hüseynova Mehriban Yaşar qızının Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş EQ ******** saylı, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsinin təmin edilməmişdir. Həmin qərardan narazı qalan Hüseynova Mehriban Yaşar qızı şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə icarata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qaununvericiliyə uyğun qaydada məlumatlandırılmış tərəflər iştirak etmədiyindən məhkəmə məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfin çıxışını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Hüseynova Mehriban Yaşar qızının Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş EQ ******** saylı, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(*-**)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ## ###### 2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Hüseynova Mehriban Yaşar qızı Azərbaycan Respublikasının İnizbati Xətalar Məcəlləsinin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şikayətçi Hüseynova Mehriban Yaşar qızı tərəfindən İnizbati Xətalar Məcəlləsinin 346.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapdığından həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməsi qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş EQ ******** saylı, ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan Hüseynova Mehriban Yaşar qızının verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən “X2” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə şəxs qırx manat məbləğində cərimə edilir. X2 Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, xətanın törədilməsini istisna edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Birinci instansiya məhkəməsinin Hüseynova Mehriban Yaşar qızının Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş EQ ******** saylı, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsinin təmin edilməməsi barədə qənaəti əsaslıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### ****-ci nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Hüseynova Mehriban Yaşar qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hüseynova Mehriban Yaşar qızının Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş EQ ******** saylı, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar